Azər Qasımov (alim)

Azər Əlibala oğlu QasımovAzərbaycan alimi, AMEA akad. Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutununNeft-kimya proseslərinin texnologiyası” laboratoriyası müdiri, texnika üzrə elmlər doktoru, professor.[1][2]

Azər Qasımov
Azər Əlibala oğlu Qasımov
Doğum tarixi (82 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Milliyyəti azərbaycanlı
Elm sahəsi kimya
Elmi dərəcəsi texnika üzrə elmlər doktoru
Elmi adı professor
İş yeri AMEA Neft-Kimya Prosesləri İnstitutu
Təhsili Azərbaycan Neft və Kimya İnstitutu (indiki Azərbaycan Dövlət Neft Akademiyası)

Ümumi məlumatlar

[redaktə | mənbəni redaktə et]

Azər Əlibala oğlu Qasımov 1942-ci il fevralın 17-də Bakıda ziyalı ailəsində anadan olmuşdur. 1950-60-cı illərdə Bakı şəhəri 160 saylı məktəbdə təhsil almışdır. 1960-cı ildə M.Əzizbəyov adına Neft-Kimya İnstitutunun kimya-texnologiya fakültəsinə daxil olmuş və 1965-ci ali təhsilini başa vurmuşdur. İnstitutu bitirdikdən sonra A.Ə.Qasımov 1965-1968-ci illərdə Yeni Bakı Neftayırma zavodunda mühəndis vəzifəsində çalışmışdır. 1968-1972-ci illərdə təhsilini Azərbaycan Elmlər Akademiyasının Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun aspiranturasında davam etdirmişdir. Aspiranturanı bitirdikdən sonra həmin institutun “Neft-kimya proseslərinin texnologiyası” laboratoriyasında müxtəlif vəzifələrdə çalışmışdır. 1988-ci ildən həmin laboratoriyaya rəhbər təyin edilmişdir. A.Ə.Qasımov hal-hazırda həmin laboratoriyanın müdiri vəzifəsində çalışır. 1973-cü ildə “Xrom-kalsium-nikel-fosfor katalizatoru əsasında n-butenlərin dehidrogenləşməsində oksigenin seksiyalı verilməsi prosesinin tədqiq və texnologiyasının öyrənilməsi” mövzusunda namizədlik, 30 sentyabr 1983-ci ildə isə “Neftin kimyası və neft-kimyəvi sintez” ixtisası üzrə böyük elmi işçi adına (Moskva şəh.) layiq görülmüşdür. A.Ə.Qasımov 1991-ci ildə “C9H20-C14H30 və izoamilenlərin oksid katalizatorlarında dehidrogenləşməsi” mövzusunda “Kimyəvi kinetika və kataliz” ixtisası üzrə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2009-cu ildə isə “Neft-kimya” ixtisası üzrə professor adına layiq görülmüşdür.

Elmi nailiyyətləri

[redaktə | mənbəni redaktə et]

C3-C5 olefin və parafin karbohidrogenlərinin dehidrogenləşməsi və olefin tərkibli qazların tərkibində olan karbohidrogenlərin çevrilməsi prosesi, katalitik krekinq qazları əsasında benzinlərə yüksəkoktanlı komponenetlərin alınması, H2O-nun çevrilməsindən hidrogenin, H2O və CO2-nin birgə çevrilməsindən karbohidrogenlərin alınması prosesləri üçün texnologiya və katalizatorların işlənib hazırlanması. Dehidrogenləşməsi yolu ilə olefin karbohidrogenlərinin alınması və suyun katalitik çevrilməsi üsulu ilə hidrogenin alınmasının kimyası və texnologiyası sahələrini əhatə edir. A.Ə.Qasımov keçmiş Sovet məkanında böyük əhəmiyyətə malik elmi-texniki problemlərin həllində Ümumittifaq (SSRİ) elmi texniki proqramın – “Sənayedə məqsədli məhsulların maksimal çıxımını, xammaldan və yarımməhsullardan kompleks şəkildə istifadəni təmin edən əsas üzvü sintez məhsullarının alınması üçün texnoloji proseslərin və avadanlıqların işlənib hazırlanması və mənimsənilməsi” proqramının rəhbərlərindən biri olmuşdur. A.Ə.Qasımov C9-C14, C3-C4 parafin və olefin karbohidrogenlərinin alınması üçün yeni yüksəkeffektli katalizatorlar və texnoloji proseslər, həmçinin oksid əsaslı katalizatorların iştirakı ilə müxtəlif siniflərə məxsus karbohidrogenlərin dehidrogenləşməsinin elmi əsaslarını işləyib hazırlamışdır. A.Ə.Qasımov ilk dəfə olaraq oksigenin katalizatorun layı boyu paylanmasını təcrübi və nəzəri əsaslandırmış və müəyyən etmişdir ki, bu dehidrogenləşmə zonasında oksigenin optimal qatılığının təmin olunmasına imkan verir. Uyğun texnoloji reqlament tərtib edilmişdir. İzoamilenlərin izoprenə oksigenin iştirakı ilə dehidrogenləşməsi prosesi təcrübi-sənaye miqyasında Nijnıy Kamsk neft kombinatında müvəffəqiyyətlə sınaqdan keçmişdir. Dünya praktikasında ilk dəfə olaraq A.Ə.Qasımov “Üzvü sintez” İB-də analoqu olmayan sulfanol istehsalında ekoloji zərərli xlor üsulunu əvəz edən yüksəkmolekullu parafin karbohidrogenlərinin xətti α-olefinlərə oksigenin iştirakı ilə dehidrogenləşməsində iştirak edən katalizator işləyib hazırlamışdır. A.Ə.Qasımov tərəfindən izoamilenin dehidrogenləşmə yolu ilə izoprenə çevrilməsi və olefin karbohidrogenlərindən xammal kimi istifadə edərək səthi-aktiv maddələrin alınması sənayedə tədbiq edilmək üçün təklif edilmişdir. Bu katalizatorlarin iştirakı ilə PP və BB fraksiyalarına görə maye məhsulların çıxımı uyğun olaraq 57,6 və 29,7 %-ə qədər artmışdır.

Əsas fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Dehidrogenləşmə prosesləri, metallarla modifikasiya olunmuş seolit katalizatorlarda katalitik krekinq qazlarından yüksək oktanlı benzinin alınması, suyun termo-katalitik parçalanması ilə hidrogenin alınması və karbon dioksid ilə su buxarının qarşılıqlı təsirindən müxtəlif sinif üzvü birləşmələrinin sintezinin yeni istiqamətləri.

Əsas elmi nəticələri

[redaktə | mənbəni redaktə et]

Katalitik krekinq prosesi üçün "qaynar lay" texnologiyası yaradılmış, bunun əsasında Bakı NEZ-da iri sənaye İ-B və İ-A tipli qurğular quraşdırılmışdır. Proses üçün yüksək keyfiyyətli alümosilikat katalizatoru hazırlanmışdır. Monoolefinlərin alınması məqsədi ilə C3-C5 parafin karbohidrogenlərinin dehidrogenləşməsi üçün dünyada ilk dəfə olaraq kiçikdispersli K-5 katalizatorunun qaynar layında katalitik dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır. Bu prosesin sənayedə tətbiqi divinil istehsalında istifadə olunan etanolun həcminin kəskin dərəcədə azalmasına səbəb olmuşdur. Bu proses keçmiş Sovet İttifaqının bir çox şəhərlərində - Sumqayıtda, Kuybışevdə, OmskdaRumıniyada sintetik kauçuk zavodlarında geniş tətbiq olunmuşdur. Sintetik yuyucu maddələrin istehsalında xammal kimi iştifadə olunan C9-C14 xətti olefinlərinin alınmasını təmin edən C9-C14 parafin karbohidrogenlərinin oksidləşdirici dehidrogenləşmə prosesi işlənib hazırlanmışdır. Sənaye katalizatorlarının iştirakı ilə C4-C5 karbohidrogenlərinin uyğun dien karbohidrogenlərinə dehidrogenləşmə prosesinin yaradılması sahəsində orijinal tədqiqatlar aparılmışdır. Akril və epoksi birləşmələrinin əsasında yeni, suda həll olan polimerlər alınmışdır. Para-tret-butilfenol və para-tret-oktilfenolun alınmasını təmin edən atmosfer təzyiqində maye fazada seolittərkibli katalizatorun iştirakı ilə fenolun izobutilen ilə alkilləşməsi prosesi işlənib hazırlanmışdır. Alınmış alkilfenollar neft-kimya və üzvi sintez sənayesində geniş tətbiqini tapmışdır. Onlardan səthi-aktiv maddələr istehsalında, sürtgü yağlarında aşqar kimi geniş istifadə edilir. İzobutilenin oliqomerləri ilə fenolun alkilləşməsi prosesinin texnologiyası işlənib hazırlanmışdır. Proses stasionar laylı katalizatorun iştirakı ilə pilot qurğusunda sınaqdan çıxarılmışdır. C2-C3 parafin karbohidrogenlərinin oksid və oksixlormanqan tərkibli katalizatorun iştirakı ilə oksidləşdirici cevrilmələrinin qanunauyğunluqları öyrənilmişdir. Katalizatorun selektivliyinə natriumin təsiri və olefinlərin yüksək çıxımını təmin edən optimal tərkib təyin edilmişdir. Müxtəlif oksid katalizatorlarının iştirakı ilə metanın, etanın, propanın karbondioksidlə çevrilmə reaksiyalarının əsas qanunauyğunluqları öyrənilmişdir. Prosesin optimal şəraiti kinetik qanunauyğunluqları, mexanizmi və kataliz prosesində CO2-nin istifadəsinin imkanları öyrənilmişdir. Etilenin, propilenin xətti və tsiklik oliqomerlərin, butadienin, izoprenin istehsalı üçün yeni effektiv proseslər və katalizatorlar işlənib hazırlanmışdır. Yeni bifunksional katalizator-stabilizatorlar və onların əsasında aşağı və yüksəkmolekullu polibutadien istehsalı üçün yeni, ekoloji cəhətdən təhlükəsiz texnologiya işlənmişdir.

Son illər laboratoriyada hazırlanmış oksid katalizatorların iştirakı ilə propanın və izobutanın dehidrogenləşmə proseslərinin işlənib hazırlanması istiqamətində tədqiqatlar aparılır. Oksid katalizatorları termovakuum şəraitində hazırlanırlar. Bu üsulla sintez olunmuş katalizatorların fiziki-kimyəvi tədqiqi göstərir ki, termovakuum şəraitində eyni zamanda K2Cr2O7 əmələ gəlir. Dehidrogenləşmə reaksiyasının gedişində böyük rol oynayan K2Cr2O7, məqsədli məhsulun yüksək çıxımını təmin edir. İstilik və material axınını nəzərə alınaraq oksigenin iştirakı ilə propanın dehidrogenləşmə prosesinin tam riyazi modeli işlənib hazırlanmışdır.

Laboratoriyada Ni, Cr, Bi metalları ilə modifikasiya olunmuş və γ-Al 2O3 əlaqələndiricisi olan seolittərkibli katalizatorlar işlənib hazırlanmışdır. Bu katalizatorlar eyni zamanda parafin karbohidrogenlərinin olefin karbohidrogenlərinə dehidrogenləşməsi reaksiyasının və parafin karbohidrogenlərinin olefinlərlə alkilləşmə reaksiyasının həyata keçirilməsinə imkan verir. Bu ardıcıllıqla gedən reaksiya nəticəsində xüsusi reaktorlarda C3H8 -dən maye məhsullar alınır. Maye məhsulların çıxımı ilkin C3H8-ə görə 60-70%-dir. Katalitik krekinq qazlarının tərkibində olan (PPF və BBF) karbohidrogenlərin seolittərkibli sənaye katalizatorlarının iştirakı ilə maye məhsullara çevrilməsi prosesinin texnoloji sxemi hazırlanmışdır və geniş tədqiqatlar aparılmışdır. Bu prosesdə istifadə olunan katalizatorlarda əlaqələndirici kimi gildən istifadə olunmuşdur. Tədqiqatlar stasionar laylı katalizatoru olan reaktorda aparılmışdır. Reaksiyada alınan maye məhsullarının çıxımı xammalda çevrilən olefinlərin cəminə görə 150-160%, PPF 77,5%, BBF 72,2%, BBF-da çevrilən C2–C4 olefinlərin miqdarı 235,4%, motor üsulu ilə müəyyən edilmiş oktan ədədi 80-82, tədqiqat üsulu ilə 90-92, başlanğıc qaynama temperaturu 60 °C, son qaynama temperaturu 200 °C-dir.

Suyun termo-katalitik çevrilməsinə dair tədqiqatlar aparılmışdır. Müəyyən edilmişdir ki, reduksiyaedicinin (CO) iştirakı ilə suyun parçalanması fasiləsiz şəraitdə baş verir. Tərkibində Fe olan katalizatorda 200-300  °C-də suyun konversiyası ~90% təşkil edir.

A.Ə.Qasımovun son illərdə apardığı suyun katalitik çevrilməsindən hidrogenin alınması sahəsindəki işləri də diqqətə layiqdir. Bu istiqamətdə aparılan tədqiqat işlərinin genişləndirilməsi məqsədilə 2011-ci ildə A.Ə.Qasımovun Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fonduna Qrant müsabiqəsinə təqdim etdiyi «Nanostrukturlaşmış Fe2O3 tərkibli katalizatorların sintezi və onların sudan hidrogenin alınması reaksiyasında tədqiqi» adlı layihə qalib olmuş və Elmin İnkişafı Fondu tərəfindən maliyyələşdirilmişdir. A.Ə.Qasımov tərəfindən suyun katalitik çevrilməsi üçün katalizatorların sintezinin yeni üsulları işlənib hazırlanmış və elmi əsaslandırılmışdır. A.Ə.Qasımov tərəfindən təklif olunan və patentləşdirilmiş katalizatorun hazırlanma üsulu, katalizatorun nanostrukturlaşmış vəziyyətə gəlməsinə imkan verir. Həmçinin katalizatorda yaranan oksigen vakansiyaları aktiv mərkəz rolunu oynayır və suyun çevrilməsi reaksiyasında iştirak edirlər. Suyun yüksək konversiyasını və prosesin fasiləsiz getməsini təmin edən şərait seçilməsi istiqamətində geniş tədqiqat işləri aparılmışdır. Reaksiyani mexanizmi tərtib olunmuşdur.

Müəyyən edilmişdir ki, tərkibində Fe olan katalizatorlarda 300  °C temperaturunda CH4 alınır, 300  °C-dən yüksək temperaturda isə C2H6 alınır. AMEA NKPİ-də hazırlanan bu metodun üstünlüyü prosesin, sistemə xaricdən H2 vermədən həyata keçməsi ilə əlaqədardır. Sistemə lazım olan hidrogen suyun parçalanması zamanı alınır. Bu istiqamətdə laboratoriyada aparılan elmi-tədqiqat işlərinin genişləndirilməsi məqsədilə bir sıra layihələr hazırlanaraq Qrant müsabiqələrinə təqdim edilmışdir və qalib olmuşdur. “Nanostrukturlaşmış Fe2O3 tərkibli katalizatorların sintezi və onların sudan hidrogenin alınması reaksiyasında tədqiqi” adlı layihə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə (2011-2013-cü illər) müvəffəqiyyətlə həyata keçirilmişdir. “CO2 və H2O-nun karbohidrogenlərə birgə termokatalitik çevrilməsi” adlı layihə isə ARDNŞ-nin “Elm Fondu”nun dəstəyi ilə hal-hazırda həyata keçirilir (2013-2014-cü illər).

2012-ci ildə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Elm Fondunun keçirdiyi Qrant müsabiqəsində qalib olmuş “CO2 və H2O-nun karbohidrogenlərə birgə termokatalitik çevrilməsi” adlı layihənin icraçı rəhbəridir. Texnika elmləri doktoru, professor A.Ə.Qasımov neft kimyası, kimyəvi kinetika və kataliz sahəsində aparıcı mütəxəssislərdən biridir. Onun elmi işləri həm respublika, həm də keçmiş Sovet məkanında tanınır.

Elmi Tədqiqatları

[redaktə | mənbəni redaktə et]

Onun rəhbərliyi altında 8 namizədik dissertasiyası müdafiə edilmişdir. 1 elmlər doktoruna məsləhətçi olmuşdur.

Elmi - təşkilati fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

A.Ə.Qasımov AMEA NKPİ-nin Böyük Elmi Şurasının və Dissertasiya Şurasının üzvüdür.

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

A.Ə.Qasımov 190 elmi əsərin, o cümlədən 16 müəlliflik şəhadətnaməsi və patentin müəllifidir. Onun 132 məqaləsi 15 xarici jurnalda dərc olunmuşdur.

Cəmi 155 iş çap olunub: 22 xaricdə, 60 respublika jurnallarında, 57 tezis, 16 patent.

A.Ə.Qasımov dəfələrlə müxtəlif Respublika və Beynəlxalq konfranslarda məruzələrlə çıxış etmişdir. Onun 34-ü xaricdə olmaqla 46 məruzəsi tezis şəklində dərc olunub.

Əsas elmi əsərlərin adları

[redaktə | mənbəni redaktə et]
  1. Джафаров Р.П., Гаджизаде С.М., Касимов A.A., Алиев Н.А., Джамалова С.А. Математическое моделирование процесса дегидрирования пропана при участии кислорода на алюмохромовом катализаторе, промотированном оксидами Co, Ni,Bi и K // Кинетика и катализ, 2012, том 53, №2, с.1-6
  2. Керимова У.Н., Ахмедов Ф.И., Кулиев А.Д. и др. Влияние состава, способа приготовления и условий предварительной обработки оксидных Ni, Fe /γ-Al2O3 катализаторов разложения воды на их электропроводность. // Процессы нефтехимии и нефтепереработки, 2012, т.13, №3(51), C.310-323.
  3. Джафаров Р.П., Тагиева Ш.Ф., Касимов А.А. Влияние продолжительности реакции превращения воды на количество образующегося водорода в присутствии гетерогенного катализатора Ni, Fe /γ-Al2O3. //Научно-технический журнал, «ЭКОЭНЕРГЕТИКА», 2012, №2, c.38-43
  4. Рустамов М.И., Керимова У.Н., Гаджи-Касумов В.С., Тагиева Ш.Ф., Касимов А.А. К вопросу о методах получения водорода// «Процессы нефтехимии и нефтепереработки», 2012, т.13, №4(52), с.415-426
  5. Керимова У.Н., Алиев Н.А., Зейналова С.А. и др. Разложение воды на Ni,Fe/γ-Al2O3 катализаторе // Ж.Актуальные проблемы современной науки №6(50), Москва-2009, С.143-149
  6. Джафаров Р.П., Гаджизаде С.М., Касимов A.A. , Алиев Н.А., Джамалова С.А. Математическое моделирование процесса дегидрирования пропана при участии кислорода на алюмохромовом катализаторе, промотированном оксидами Co, Ni,Bi и K // Кинетика и катализ, 2012, том 53, №2, с.1-6
  7. Пириева Х.Б., Азизов А.Г., Гаджизаде С.М., Джамалова С.А., Зейналова С.Х. Зависимость выхода жидких продуктов реакции алкилирования на цеолитсодержащем модифицированном Ni, Cr, Co // Нефтепереработка и нефтехимия, №3, 2014, с.4
  8. Пириева Х.Б., Джамалова С.А., Азизов А.Г., и др. Исследование процесса получения жидких продуктов реакции превращения С34 углеводородов содержащихся в газах каталитического крекинга на модифицированном цеолитсодержащем катализаторе//Естественные и технические науки, Москва.
  9. Пириева Х.Б., Джамалова С.А., Азизов А.Г.,и др. Исследование процесса превращения С34 углеводородов в жидкие продукты на модифицированном цеолитсодержащем катализаторе // Химическая технология
  10. Азизов А.Г., Тагиева Ш.Ф., Гаджизаде С.М., Керимова У.Н., Термодинамическое обоснование возможности получения углеводородов из СО2 и Н2О// Нефтепереработка и нефтехимия, №9, 2013, с.43-47.
  11. Касимов A.A.,Пириева Х.Б., Джамалова С.А., Джафаров Р.П. Получение высокооктанового компонента бензина из С34 газов каталитического компонента крекинга на цеолитсодержащем каталиторе, модифицированном Ni, Co, Cr. Lambert Academic Publishing. 2018. 84 C.
  1. "Arxivlənmiş surət". 2019-11-09 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.
  2. "Arxivlənmiş surət". 2020-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-02-27.