Azər Tağıyev

Azər Cabir oğlu Tağıyev (25 aprel 1948, Nuxa30 aprel 2018, Bakı) — azərbaycanlı vəkil, Azərbaycan Respublikasının əməkdar hüquqşünası, Mərkəzi Seçki Komissiyasının üzvü, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının sabiq sədri.[1][2][3]

Azər Tağıyev
3 noyabr 2004 – 7 dekabr 2017
ƏvvəlkiVəzifə təsis edilib.
SonrakıAnar Bağırov
Şəxsi məlumatlar
Doğum tarixi 25 aprel 1948(1948-04-25)
Doğum yeri
Vəfat tarixi 30 aprel 2018(2018-04-30) (70 yaşında)
Vəfat yeri
Dəfn yeri

Təltifləri "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adı — 2008

Azər Tağıyev 25 aprel 1948-ci ildə Şəki şəhərində anadan olmuşdur.[3] Orta məktəbi bitirdikdən sonra o, 1967–1973-cü illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində ali təhsil almışdır.[1]

1974-cü ildə Azərbaycan SSR Vəkillər Kollegiyası üzvlüyünə qəbul olunaraq Bakı şəhəri 14 saylı hüquq məsləhətxanasında vəkillik fəaliyyətinə başlamışdır. 1980-ci illərin əvvəlində Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü, 1980-ci illərin sonunda Rəyasət Heyətinin sədr müavini, 1995-ci ildə isə Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri seçilmişdir.

Azər Tağıyev uzun sürən xəstəlikdən sonra, 30 aprel 2018-ci ildə vəfat etmişdir.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2004-cü il 3–4 noyabr tarixində Bakı şəhərində Təsis Yığıncağı keçirilərək, Azərbaycan Respublikasının yeni Vəkillər Kollegiyası yaradılmış və o, 7 dekabr 2017-ci ilədək Kollegiyaya rəhbərlik etmişdir.

26 iyun 1998-ci ildə Mərkəzi Seçki Komissiyasına üzv təyin edilmiş və vəfat edənə qədər Komissiyanın işində fəal iştirak etmişdir.

Azərbaycan Respublikasının Prezidentinin 24 aprel 2008-ci il tarixli Sərəncamı ilə Azər Tağıyevə əməkdar hüquqşünas fəxri adı verilib. O, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri fərmanı" və "Fəxri diplomu" ilə təltif edilib, ona Azərbaycan Respublikası Vəkillər Kollegiyasının "Fəxri Hüquq Doktoru" və "Fəxri vəkil" adları verilib, onun adı Kollegiyanın "Vəkillərin Şərəf Kitabı"na daxil edilib.[3]

  1. 1 2 "Azər Tağıyev vəfat etdi". 2020-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
  2. "Azər Tağıyev istefa verdi". 2017-01-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.
  3. 1 2 3 "Azərbaycan Respublikası Vəkillər Kollegiyasının sabiq sədri, vəkil Azər Tağıyevin vəfatı ilə bağlı nekroloq". 2020-08-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-05-01.