Kəngərli rayonu — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının tərkibində inzibati – ərazi vahidi. Ərazisi şimal-şərqdə Ermənistan Respublikası, cənub və cənub-qərbdə İranla həmsərhəddir. Ərazisi 681,94 km2 -dir. Rayonda 1 qəsəbə, 10 kənd vardır. Mərkəzi Qıvraq qəsəbəsidir. Arazboyu sahə Kəngərli düzü adlanır. Dərələyəz silsiləsinin rayonun ən yüksək dağ zirvələri:
Rayon | |
Kəngərli | |
---|---|
39°24′23″ şm. e. 45°06′45″ ş. u.HGYO |
|
Ölkə | |
Daxildir | Naxçıvan |
İnzibati mərkəz | Qıvraq |
Tarixi və coğrafiyası | |
Yaradılıb | 19 mart 2004 |
Sahəsi | 700[1] km² |
Hündürlük | 965 m |
Əhalisi | |
Əhalisi | 32 400[2] nəfər |
Rəqəmsal identifikatorlar | |
ISO kodu | AZ-KAN |
Telefon kodu | 994 36 |
Vikianbarda əlaqəli mediafayllar |
Bu məqalə Kəngərli rayonu haqqındadır. Kəngərli rayonunun inzibati mərkəzi haqqında üçün Qıvraq səhifəsinə baxın. |
Keçəltəpə(2744 m), Qaraquş (2600 m), Anabadgədik dağı (2081 m), Qabıllı (1125 m), Xok (1063 m), Tənənəm dağı (1007 m), Tazıuçan dağı (935 m), Binədüz dağı (885 m)
Rayon ərazisində bir çox faydalı qazıntı, o cümlədən əhəgdaşı və travertin yataqları vardır. Şahtaxtı-Xok daş karxanaları burada yerləşir. [3]
Kəngərli rayonu 19 mart 2004-cü ildə təşkil edilmişdir. Kəngərlər Azərbaycanın etnogenezində iştirak etmiş ən qədim və önəmli 4 prototürk tayfalarından (hun, quz-oğuz, qıpçaq, kenq) biridir. Aral dənizi ilə Balqaş gölü arasında türk əsilli Kang (Kəng) dövləti mövcud olmuşdur. Onlar özlərini kəng-ər kəng ərləri adlandırırdılar. Sonralar antik — yunan mənbələrində patszmak adlandırılan kəngərlər rus mənbələrində peçeneq adını almışdır. Naxçıvanın irsi hakimləri, əsasən, bu tayfanın nümayəndələri olmuşlar. Naxçıvanın ilk və son xanları (Heydərqulu xan və Ehsan xan Kəngərli) bu tayfanın nümayəndələrindən idi.[4]
XV-XVI əsrlərdə Naxçıvan diyarı Qaraqoyunlu və Ağqoyunlu feodal dövlətlərinin hakimiyyəti altında olmuş və XVI əsrdə Azərbaycan Səfəvilər dövlətinin tərkibinə daxil olmuşdur. Bu dövrdə Səfəvi şahları Naxçıvan ölkəsinin idarə edilməsi hüququnun özlərinin ən güclü dayaqlarından olan Kəngərli tayfa başçılarına vermişdilər. Kəngərli tayfa başçıları Naxçıvanın irsi hakimləri olaraq Naxçıvanı XIX əsrin 40-cı illərinə qədər idarə etmişlər. Kəngərlilər tayfasının Azərbaycan xalqının etnogenezinin formalaşmasında böyük rolu olmuşdur. Səfəvilər dövlətinin dövründə Kəngərlilər dövlətin daxili və xarici siyasətində və işlərində fəal iştirak etmişlər.[5]
Kəngərli rayonu ərazisində qədim insanların əmək fəaliyyətini və həyat tərzini əks etdirən maddi mədəniyyət qalıqları ilə zəngin xeyli arxeoloji abidə var. Bu abidələr qədim yaşayış yerləri, qalalar, qəbiristanlıqlar, kurqanlar və tarixi-memarlıq abidələrindən ibarətdir. Son Tunc və ilk Dəmir dövrlərinə aid Qalacıq yaşayış yeri, şimalında orta və son Tunc dövrünə aid I Qarabağlar qəbiristanı, Qarabağlar Govurqalası, cənubda Son Tunc və ilk Dəmir dövrlərinə aid II Qarabağlar qəbiristanı, Çalxanqalada Tunc dövrünə aid qala və son Tunc dövrünə aid yaşayış yeri, indiki Şahtaxtı kəndindən şimal-qərbdə Tunc, ilk dəmir dövrlərinə aid şəhər yeri, son Tunc, ilk Dəmir dövrlərinə aid Şahtaxtı Govurqalası, I və II Şahtaxtı nekropolları bu ərazinin insanların ən qədim yaşayış yerləri olduğunu sübut edir. 80-ci illərdə indiki Yurdçu kəndinin cənub-qərbində ilk Dəmir dövrünə aid yaşayış yeri, qərbində antik dövr kurqanları, Tunc və ilk Dəmir dövrlərinə aid Yurdçu nekropolu, kəndin şimal-qərbində Dəmir dövrünə aid sərdabə aşkar edilmişdir. Yurdçu kəndinin ərazisində müxtəlif dövrlərə aid gümüş və mis sikkə dəfinəsi tapılmışdır. Bu sikkələr Bizans imperatoru I Yuanın (969–976), Səlcuq sultanlarından II Toğrulun, Məsudun, Arslan şahın, Atabəylər hökmdarlarının adlarına aiddir.[5]
Çalxanqala kəndi yaxınlığında tunc dövrünə aid Çalxanqala yaşayış yeri, e.ə. II minilliyə aid Çalxanqala kurqanları, Böyükdüz kəndi yaxınlığında tunc və dəmir dövrlərinə aid yaşayış yeri, nekropol mövcuddur
Babək və Şərur rayonlarının arasında yerləşir. Rayon dağlıq relyefə malik olmaqla, Dərələyəz dağlarında yerləşir. Muxtar Respublikanın hər yerində olduğu kimi, iqlimi kəskin kontinentaldır – yayda çox isti, qışda soyuq olur. Rayonun ərazisindən, Azərbaycanla İranın dövlət sərhəddi boyunca Araz çayı axır. Dağlıq relyef, iqlimin xüsusiyyətləri və kiçik çayların olmaması yerli bitki örtüyünü şərtləndirir. Onlar əsasən, yarımsəhra və dağ növləri ilə (kolluqlar, otlar, nadir ağaclar) təmsil olunur.
Rayonun şimal hissəsi Dərələyəz silsiləsindən ibarət dağlıq ərazilərdir. Cənub hissəni Korosman silsiləsi (900 m), Böyükdüz və Kəngərli düzü (800–1300 m) təşkil edir.
Düzənlik və dağətəyi hissədə, əsasən. Antropogen, dağlıq hissədə Devon, Perm, Trias, Təbaşir çöküntüləri yayılmışdır.
Əsas çayları Araz, Lizbirt və Cəhri çaylarıdır. Mineral bulaqlarla (Salaxan və s.) zəngindir.
Boz və çəmən-boz, şorakətvarı boz-qonur, dağ-şabalıdı və qəhvəyi dağ-meşə torpaqları yayılmışdır. Bitki örtüyü, əsasən, yarımsəhra bitkilərindən və dağ-kserofitləriııdən ibarətdir. Ərazidə yayı quraq keçən soyuq yarımsəhra, quru çöl və yayı quraq keçən soyuq iqlim yayılmışdır. Salaxan meşə-kolluq ərazisi təbii abidə və yay otlaqları, Böyükdüzün mərkəz və cənub hissələri isə qış otlaqları kimi qiymətləndirilir. Burada, əsasən, səhra, yarımsəhra, dağ-kserofıt, dağ-bozqır, az miqdarda meşə-kolluq bitkilikləri yayılmışdır. Ərazi florasında şoran- yer qarğasoğanı, qozbel zanbaqca, florenski dağlaləsi, Yuliya dağlaləsi, voronov soğanı, toudar buğdası, təkdənli buğda, ağrıdağ buğdası, gözəl dazı, girdəqanad binertiya, qaraquş zəngçiçəyi, darləçək qlobulariya, tumefor difelipeyası, şovits ilankölgəsi və s. nadir və endem bitkilər yayılmışdır. Burada və ona yaxın ərazilərdə məməli heyvanlardan bezoar keçi, asiya muflonu, qonur ayı yaşayır. Quşlardan səhra zəvzəyi, adi sığırçın, kəklik, berkut, xəzər uları, dağ kətanquşu, ilancıl qartal və s. yaşayır. Böyükdüz ərazisində isə doydaq köçmə zamanı müşahidə olunur. Vaxtilə Keçəltəpə dağında bəbirə də rast gəlinirdi, lakin son onilliklərdə müşahidə edilmir. Bu zonada zəhərli ilanlar (Cənubi Qafqaz və çöl gürzəsi) da digər rayonlara nisbətən çoxsaylıdır.
Naxçıvan Muxtar Respublikasının hər yerində olduğu kimi burada da böyük sayda qədim abidələr qalır ki, bu da diyarın arxaik zamanlardan əhali ilə məskun olduğundan xəbər verir: Çalxan-Qala kurqanları, Qazma mağarası, eləcə də Qalacıq, Govurqala, Damlama, Qulamlıtəpə, Balatəpə yaşayış məskənləri. Sonrakı dövrlərin salamat qalmış abidələri: Xok kəndində came məscidi (XVIII əsr). Şahtaxti kəndində hamam (XIX əsr). Qarabağlar kəndi yaxınlığında tarixi-memorial kompleks (XII–XIV əsrlər), Qarabağlar yaşayış yeri (XII–XVII əsrlər), Gavurqala (X — XII əsrlər).
Çalxanqala kəndi yaxınlığında m.ə. II minilliyə aid (Tunc Dövrü) Çalxanqala yaşayış yeri və kurqanlar. Tənənəm kəndi yaxınlığında Paleolit Dövrünə aid (80–90 min il əvvəl) düşərgə — Qazma mağarası. Mağaranın uzunluğu 22 m, eni 1.0–6.0 m-dir. Buradan obsidian çaxmaqdaşı, daşlı şistlərdən hazırlanmış əmək alətləri aşkar edilmişdir. Aşağı Yaycı kəndi yaxınlığında orta əsrlərə aid Qalaciq yaşayış yeri, Govurqala. Qarabağlar kəndi yaxınlığında m.ə. IV–I minilliklərə aid Damlama yaşayış yeri. Qıvraq və Yurdçu kəndləri arasında m.ə. Ill — I minilliyə aid Qulalıtəpə yaşayış yeri. Qıvraq qəsəbəsi yaxınlığında m.ə. Ill — I minilliklərə aid Qıvraq nekropolu. Şahtaxtı kəndi yaxınlığında m.ə. I minilliyə aid küp qəbirlər, m.ə. II–I minilliklərə aid Gavurqala yaşayış yeri.
Orta əsrlərə aid Qarabağlar memarlıq kompleksi Azərbaycan memarlıq abidələri içərisində mühüm yer tutur. Memarlıq kompleksi 2 qoşa minarədən, 16 m hündürlükdə olan kərpic türbədən ibarətdir. Qoşa minarənin arasında dini bina qalıqları da vardır. Qoşa minarənin 12 əsrin sonu və 13 əsrin əvvəllərində tikildiyi ehtimal olunur. Minarələri bir-birinə bağlayan baştağ isə 14 əsrə aiddir. baş tağın üzərində Elxani hökmdarı Hülaku xanın arvadı Quti xatunun adı yazıldığından, onun Quti xatunun şərəfinə tikildiyi güman edilir. Qarabağlar türbə kompleksi Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tövsiyəsi ilə ümumdünya bankının ayırdığı vəsait hesabına təmir edilmişdir (2004).
Qıvraq qəsəbəsi – 2004-cü ildə yaradılmış rayonun inzibati mərkəzidir. Qıvraq Naxçıvan-Şərur şossesi üzərində, diyarın paytaxtı Naxçıvan şəhərindən 30 km aralıda yerləşir. Qəsəbədən Araz çayınadək 6 km-dir. Rayonun inzibati mərkəzi statusunu təzəlikcə alması ilə bağlı olaraq Qıvraq qəsəbəsində hələlik turistlərin qəbulu üçün infrastruktur yoxdur. Lakin, burada yerli sakinlərin evlərində qonaq qalmaq olar.
# | Bələdiyyələrin adı | Hər bələdiyyə üzrə əhalinin sayı |
---|---|---|
1 | Qarabağlar kənd bələdiyyəsi | 5833 |
2 | Xok kənd bələdiyyəsi | 4887 |
3 | Qıvraq qəsəbə bələdiyyəsi | 4182 |
4 | Şahtaxtı kənd bələdiyyəsi | 3092 |
5 | Çalxanqala kənd bələdiyyəsi | 2140 |
6 | Böyükdüz kənd bələdiyyəsi | 1435 |
7 | Yurdçu kənd bələdiyyəsi | 1068 |
8 | Qabıllı kənd bələdiyyəsi | 1025 |
9 | Xıncab kənd bələdiyyəsi | 604 |
10 | Təzəkənd kənd bələdiyyəsi | 505 |
11 | Yeni Kərki kənd bələdiyyəsi | 368 |
12 | Cəmi | 25139 |
Rayonun əhalisi 26,7 min nəfərdir (01.07.2008) Orta sıxlıq 1 km2 -ə 37 nəfər düşür. Rayonun ən böyük yaşayış məntəqəsi Qarabağlar kəndidir. Digər böyük yaşayış məntəqələri Qıvraq qəsəbəsi,Xok və Şahtaxtı kəndləridir.
Kəngərli rayonu əsasən kənd təsərrüfatı rayonudur. Muxtar respublikada istehsal edilmiş kənd təsərrüfatı məhsullarının 9,1%-i taxıl, 8,1%-i kartof, 4,8%-i tərəvəz, 6,6%-i bostan, 4,4%-i şəkər çuğunduru, 5,9%-i üzüm, 10,7%-i ət, 11,1%-i süd, 13,5%-i yumurta, 15,5% yun Kəngərli rayonunun payına düşür. Muxtar respublikadakı qaramalın 7,9%-i, inək və camışların 10%-i, xırdabuynuzlu heyvanların 14,7%-i Kəngərli rayonunun payına düşür.
Rayonda 13 ümumtəhsil məktəbi, 4 məktəbdənkənar tərbiyə müəssisəsi, 12 kitabxana, 13 klub müəssisəsi, 1 muzey, 2 uşaq musiqi məktəbi, mərkəzi xəstəxana, sahə xəstəxanası, 4 həkim ambulatoriyası, 5 feldşer-mama məntəqəsi, Gigiyena və Epidemiologiya Mərkəzi və s. fəaliyyət göstərir.
Bu məqalədəki istinadlar müvafiq istinad şablonları ilə göstərilməlidir. |
Kəngərli rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |