Azər Zahid (16 dekabr 1980, Bakı) — televiziya aparıcısı ve media rəhbəri.
Azər Zahid | |
---|---|
Azər Zahid İsmayılov | |
Doğum tarixi | |
Doğum yeri | Bakı, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Təhsili | Azərbaycan Texniki Universiteti |
Fəaliyyəti | televiziya aparıcısı |
Fəaliyyət illəri | 2004-indiyə kimi |
Azər Zahid İsmayilov 1980 ci ildə dekabr ayının 16 – da anadan olub. Binəqədi rayonunda yerləşən 244 saylı orta məktəbdə təhsilini başa vurduqdan sonra , 1997 ci ildə Azərbaycan Texniki Universitetinin Rabitə və Telekommunikasiya fakultəsinə daxil olub. 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən 1 ay müddətində hərbi təlimləri mənimsəyərək uğurla imtahandan keçərək Hərbi Leytenant rütbəsinə yiyələnmişdir . 2001 ci ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri ilə hərbi xidmətə çağırılmışdır. 2001 ci ildən 2004 ci ilə kimi Zabit rütbəsi vəsifəsində çalışmışdır. Ailəlidir, bir qız övladı var.[1]
2004 cü ildə özəl telekanallardan birində ANS televiziyasında radioda fəaliyyətə balamış , 2005 ci ildən isə adı çəkilən telekanalda tv proqramda canlı yayıma çıxmaqla gənclər üçün proqram hazırlayır. X-missiya , X-dans , X-xəbər proqramlarının müəllifi və rəhbəri olur. 2006 ci ildə Dövlət Sərhəd Xidmətinin təşkilatçılığı ilə keçirilən Var gücü ilə adlı telelayihədə 1- ci yerə layiq görülüb. 2007 ci ildə Azad Azərbaycan TV telekanalında yeni layihəyə başlayır. Azərbaycan teleməkanında maraqla izlənilən Performans layihəsinin müəllifi və rəhbəri vəzifəsinə keçir. Bundan başqa Azad Azərbaycan TV telekanalında Bizdən-sizə adlı gənclər üçün proqramın eyni zamanda da Sirli Avrasiya proqramının layihə rəhbəri vəzsifəsində çalışmağa başlayır. 2008 ci ildə telekanaldan öz istəyi ilə çıxaraq Amedia[2] – group şirkətini yaradır . Amedia group media şirkəti olaraq , Xəzər TV televisiyasında Dünya səyahəti Eldən-Elə proqramının istehsalına və yayımına müəllif və rəhbər olaraq başlayır. AMEDİA group olaraq bir çox layihələri istehsal edərək , bir neçə kanalda yayım hüququ qazanır. Bunlara misal olaraq Top Ulduzlar[3][4] reality şousu, dünya ölkələrində yayımlanan lisenziyalı Yoxlama[5][6] [7][8] layihəsi, Şanslı masa yumoristik, maarifləndirən eyni zamanda , tamaşaçıları qazandıran layihə, Biraz şou əyləncəli televiziya layihələri . 2017 ci ildə Maşın realiti şousunda iştirak edib[9][10].
İngilis, Rus dillərini mükəmməl bilir.[mənbə göstərin] Dünyanın 46 ölkəsində səyahətdə olub. Şəxsi biznesi yoxdur . Amedia group şirkəti olaraq gördüyü işlər sayəsində , eyni zamanda Yoxlama layihəsi çərçivəsində istehlakçıları maarifləndirdiyi , onların hüquqlarını qoruduğu üçün Beynəlxalq standartlaşdırma təşkilatı ISO beynəlxalq sertifikatına layiq görülüb.