Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Maşın Şou"[1] (tam adı "Maşın" realiti şou) — realiti şou janrında olan layihə. Şounun müəllif və aparıcısı Murad Dadaşovdur. M Group Production şirkətinin layihəsidir. Layihə uzun müddət Lider (11 buraxılış), ATV (4 buraxılış) və ANS telekanalında (bir buraxılış) yayımlanıb. 2005-ci ildə başlayan şounun bu illər ərzində 16 buraxılışı və 288 iştirakçısı olmuşdur. İlk 3 buraxılışda sıravi vətəndaşlar iştirak etsə də, 4-cü şoudan başlayaraq, maşın ətrafında yalnız şou biznesin tanınmış simaları olub.
İyirmi gün canlı efirdə yayımlanan layihənin 18 günü yarışmadan ibarətdir və 18 nəfər iştirak edir. Layihədə iştirakçı olmaq ödənişsizdir və hər bir iştirakçı yarışmaya M Group Production şirkətinin rəhbərliyi adından şəxsən dəvət olunur. Eyni zamanda canlı efirdə tamaşaçı qismində iştirak edən auditoriya da şirkət tərəfindən məxsusi dəvətnamə ilə çağırılır.
Oyunun şərtlərinə görə, iştirakçı tələb olunan vaxtda əlini maşın üzərindən çəkə bilməz. Əks halda oyunu tərk etməlidir.
İştirakçılar arasında keçirilən gizli səsverməyə əsasən hər gün bir nəfər yarışmadan getməlidir. Getməli olan iştirakçının oyunda qalıb-qalmaması canlı efirdə topladığı sms-lərdən asılı olur. Beləliklə, yetərincə səs toplamayan iştirakçı yarışmanı tərk edir. Qaldığı təqdirdə isə digər oyun yoldaşını şoudan uzaqlaşdıra bilər. Əks halda özü gedir. "Maşın" realiti şousunun ən məşhur ifadəsi də bu zaman səslənir: "Maşın əldən getdi!"
Oyunda sona qalan üç nəfər artıq finalda sayılır. Bu andan etibarən şouda final şərtləri qüvvəyə minir: finalçılar günün çox hissəsini maşından ayrılmadan, ayaqüstə, yuxusuz və digər fizioloji tələbatlarını ödəmədən keçirir. Bu məqamda yalnız mənən deyil, fiziki cəhətdən də güclü olan şəxs maşına sahib olur.
"Maşın" realiti-şousunun 15-ci "sürəti"[2]. "XANIMLAR VS CƏNABLAR" adlandırılmışdır[3]. Şounun qalibi Talıb Tale olmuşdur.
Bu yubiley buraxılışda iştirakçılar cinsi bərabərlik prinsipi ilə bölünmüşdür; 9 kişi iştirakçı və 9 qadın iştirakçı[3].
Ən yaşlı iştirakçının 67, ən cavanının isə 30 yaşı var idi[4]. Siyahıda yer alan 18 nəfərin içində müxtəlif peşə sahibləri – aktyorlar, teleaparıcılar, müğənnilər və reperlər, meyxanaçılar və jurnalistlər vardı.
İştirakçılar arasında ən təcrübəlisi Mehriban Xanlarova və Günel Ələkbərovadır. Bu onların artıq 3-cü iştirakları idi. Tünzalə Əliyeva, Nazim Pişyari, Vüqar Əbdulov və Elşad Xose isə ikinci dəfə iştirak edirdilər.
Realiti-şouya 8 oktyabr 2017-ci ildə, saat 22:15 ATV telekanalında start verilmişdir[4].
"Maşın" realiti-şousunun 16-cı "sürəti". "XANIMLAR VS CƏNABLAR 2" adlandırılmışdır. İlk gün meyxanaçı Ələkbər Yasamal, ikinci gün aparıcı Günel Hümbətova, üçüncü gün aparıcı Azər Axşam, dördüncü gün aktyor Məcid Hüseynov, beşinci gün "Qurd" ləqəbli reper Fərid İmanov, altıncı gün aparıcı Firuzə Cəlilova və aparıcı Ilhamə Bədəlova, yeddinci gün aktyor Cavidan Novruz, səkkizinci gün aparıcı Mətanət Əliverdiya, doqquzuncu gün müğənni Əli Mirəliyev, onuncu gün müğənni Ruhəngiz Musəvi, şounu tərk etmişdir. On birinci gün isə, müğənni Rahidə Baxışova, on ikinci gün müğənni Abbas Bağırov, on üçüncü gün aktrisa Pərvin Abıyeva və aparıcı Aytən Səfərova şounu tərk etmişdir. Finala isə 3 nəfər: Uran, Roza Zərgərli və Hüseyn Əzizoğlu qalmışdır. Finalın 1-ci günü Uran şounu tərk etmişdir. İki günlük final mübarizəsi isə müğənni Roza Zərgərlinin qələbəsi ilə başa çatmışdır, amma Roza Zərgərli Maşın Şou tarixində ilk dəfə bir qalib kimi maşından imtina etmiş və şounun təşkilatçısı və aparıcısı Murad Dadaşovdan maşının hansısa xeyriyyə işinə sərf olunmasını xahiş etmişdir.
Şouda maşın uğrunda mübarizə aparmış 9 tanınmış kişi və 9 tanınmış qadın[5]:
Realiti-şouya 29 may 2018-ci ildə, saat 22:15 ATV telekanalında start verilmişdir.
"Maşın" realiti-şousunun 17-ci "sürəti". "Hind Kinosu" adlandırılmışdır. Şounun qalibi Xəyalə Quliyeva olmuşdur.
Realiti-şou 2018-ci ilin dekabr ayında ATV telekanalında yayımlanmışdır.