Azərbaycanın qazlaşdırılması — ölkənin yanacaq ehtiyaclarının təbii və maye qazla təmin edilməsi, eləcədə qaz infrastrukturunun istismarıdır.
Azərbaycanın qaz təsərrüfatının yaranması və inkişafı prosesi dörd mərhələdən ibarət olmuşdu:
Abşeron yarımadasının bəzi bölgələrində təbii qazdan XIX yüzilliyin ikinci yarısından istifadə edilməyə başlanılsa da, qaz təsərrüfatı XX yüzilliyin əvvəllərində yaranmışdı. O zaman qazı əsasən Suraxanı və Balaxanının sənaye müəssisələri və neft şirkətləri istifadə edirdilər. Daha sonra mavi yanacaq məişətdə də istifadə edilməyə başlamışdı. İlk olaraq Suraxanı və Balaxanının, eləcə də Bakıda “Qara şəhərin” bəzi mənzilləri qazlaşdırılmışdı. Statistik sənədlərə görə 1921-ci ilə qədər cəmi 2152 mənzilə qaz verilmişdi. Həmin ilin ərzində məişətdə istifadə edilən qazın ümumi sərfi orta hesabla 13,8 milyon kubmetrə bərabər olub. qaz təsərrüfatının istismarı ilə neft sənayesinə və başqa təşkilatlara aid olan bir neçə idarə məşğul olub.
Sovet hakimiyyəti qurulandan sonra bəzi Xəzərsahili bölgələrin qaz təsərüfatının istismarı üçün "Azərqaz" tresti yaradılmışdır. Qazlaşdırmanın yeni mərhələsi 1932−1933-cu illərdən başlamışdı. O zaman Bakı şəhər İcraiyyə komitəsi yanında “Bakıqaz” tresti yaradılmış və bundan sonra şəhərin mərkəzi hissələrinin qazlaşdırılmasına başlanılmışdı. 1935 ildə isə Bakının qazla təchiz edilməsi üzrə baş planı hazırlanmış və 1955-ci ilə qədər bütün işlər onun əsasında aparılmışdı.
Respublikanın qazlaşdırılması dövrü SSRİ rəhbərliyi tərəfindən Cənubi Qafqaz magistralının çəkilməsindən sonra başlamışdı. Onların çəkilməsində əsas məqsəd Tbilisi və İrəvan şəhərlərinin təbii qazla təmin edilməsi idi. Ancaq, o zaman Nazirlər Soveti Azərbaycan SSR-in də şəhər və qəsəbələrinin qazlaşdırılmasında israrlı oldu. Bunun nəticəsində qaz təsərrüfatı çox böyük sürətlə inkişaf etməyə başladı və Sovet İttifaqında artıq mövcud olmuş strukturun örnəyi ilə ilk dəfə olaraq 1960-cı ildə Azərbaycan SSR Kommunal Təsərrüfatı Nazirliyində şəhər və qəsəbələrin qazlaşdırılması və istismarını həyata keçirən Baş Qaz İdarəsi yaradıldı və bu tarixə qədər pərakəndə fəaliyyət göstərən qaz idarələri və yeni yaradılmış bütün strukturlar onun tərkibinə qatıldı. Daha sonra bu vahid qurumun əsasında Nazirlər Sovetinin Qaz təsərrüfatı Baş idarəsi yaradıldı. Eyni zamanda, 1970-ci illərdə Azərbaycanda qazın nəqlini həyata keçirən və mərkəzi Bakıda yerləşən SSRİ Qaz sənayesinin “Azərqaznəql” İstehsalat Birliyi də təsis edildi. Elə o zaman Azərbaycan nümayəndələri ilk dəfə olaraq qaz nəqli ilə bağlı beynəlxalq müqavilələrin imzalanmasında iştirak etmişdilər. Bu iki qurumun əsasında gələcəkdə müstəqil Azərbaycanın qaz təsərrüfatı yaradıldı.
Təbii ki, bütün bu strukturların yaradılması və görülən işlər SSRİ-də gedən ümumi proseslərlə bağlı olmuşdu və onların bir hissəsi idi. O dövrün qaz təsərrüfatı sahəsinə rəhbərlik edən adamların xidmətləri ondan ibarət idi ki, onlar yaranmış imkanlardan yetırincə yararlana və başqa respublikalarla, xüsusən də Ermənistan və Gürcüstanla, ağır rəqabət şəraitində güclü iradə göstərib Azərbaycanın qaz təsərrüfatı və infrastrukturunu inkişaf etdirə bildilər. Bu sahədə kifayət qədər iradə göstərilməsə idi yüksək inkişaf templərinə nail olmaq olmazdı. Çünki mərkəzi Sovet hakimiyyəti Azərbaycanda geniş miqyaslı qazlaşdırma işlərinin aparılmasında maraqlı deyil idi; onların məqsədi yalnız Bakının və bəzi Xəzərsahili bölgələrin qazlaşdırılması, qalan qaz ehtiyatlarını ilə isə Ermənistana və Gürcüstana ötürməkdən ibarət idi. Buna görə Azərbaycanın şəhər və qəsəbələrinin qazlaşdırılması və Respublikanın bölgələrində qaz təsərrüfatının yaradılması və inkişafı o zamankı dövlət və qaz təsərrüfatı xadimlərinin iradəsi və prinsipiallığı sayəsində mümkün olmuşdu. Məsələn, o zaman Orta Asiya respublikalarında qaz ehtiyatlarının olmasına baxmayaraq, onların qaz təsərrüfatları Azərbaycandakı qədər inkişaf etməmişdi. Bu da o deməkdir ki, dövlət və təsərrüfat xadimlərinin iradəsi və məqsədyönlü fəaliyyəti olmasaydı bu sahədə uğurlar əldə etmək olmazdı. Vəsaitin, kadr potensialının və texniki təminatın qıtlığı, eləcə də elmi-texniki bazanın zəyifliyi şəraitində onlar Azərbaycanda böyük qaz layihələrini həyata keçirə bildilər və müstəqillik dövrünün qaz təsərrüfatının əsasını qoydular. Həmin illər ərzində onlar həm də Azərbaycanın Qafqaz regionunda və ümumiyyətlə SSRİ-də qaz sənayesi sahəsində liderliyin təmin edilməsi uğrunda mübarizə apardılar və bu sahədə uğurlar əldə etdilər.
XX yüzilliyin ikinci yarısında qaz təsərrüfatında gedən iri miqyası tikinti işlərinin gedişi və idarəetmə strukturlarının yaradılması nəticəsində aşağıdakı tarixi əhəmiyyətli uğurlar əldə edilmişdi: