Azərbaycanın şuralaşmasının birinci ildönümü qısametrajlı sənədli filmi 1921-ci ildə Azərbaycan XMK-nın Foto-Kino Şöbəsində istehsal edilmişdir. Burada 1920-1921-ci illərin hadisələri : Azərbaycanda sovet hakimiyyəti qurulması, zəhmətkeşlərin paradı öz əksini tapmışdır.
Azərbaycanın şuralaşmasının birinci ildönümü | |
---|---|
Fayl:Azərbaycanın şuralaşmasının birinci ildönümü (film, 1921).jpg | |
Janr |
sənədli qısametrajlı |
Operator | Kosiçkin |
İstehsalçı | Azərbaycan XMK-nın Foto-Kino Şöbəsi |
İlk baxış tarixi | 1921 |
Filmin digər adı | Sovet Azərbaycanının I ildönümü |
Filmin növü | qısametrajlı sənədli film |
Ölkə | Azərbaycan SSR |
Dillər | səssiz (titrlər azərbaycanca və ruscadır) |
Texniki məlumatlar |
2 hissə 196 metr |
Rəng | ağ-qara |
Çəkiliş yeri | Bakı |
Kinoreportaj. Burada 1920-1921-ci illərin hadisələri: Azərbaycanda sovet hakimiyyəti qurulması, zəhmətkeşlərin paradı öz əksini tapmışdır. Tribunada Azərbaycan İnqilab Komitəsinin sədri Nəriman Nərimanov əmək qabaqcıllarına keçici Qırmızı Bayraq təqdim edir.[1]