Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Sergey İosifoviç Yutkeviç (rus. Сергей Иосифович Юткевич; 15 (28) dekabr 1904[1][2], Sankt-Peterburq[7] – 24 aprel 1985[3][4][…] və ya 23 aprel 1985[5][6][…], Moskva) — Sovet kinorejissoru və ssenaristi.
Sergey Yutkeviç | |
---|---|
rus. Сергей Иосифович Юткевич | |
Doğum tarixi | 15 (28) dekabr 1904[1][2] |
Doğum yeri | |
Vəfat tarixi | 24 aprel 1985[3][4][…] (80 yaşında) və ya 23 aprel 1985[5][6][…] (80 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Vətəndaşlığı |
|
Fəaliyyəti | kinorejissor, ssenarist, aktyor, rejissor, professor, teatr rejissoru, səhnə dizayneri, rəssam, teatr pedaqoqu[d] |
Fəaliyyət illəri | 1925–1980 |
Təhsili |
|
İstiqamət | sosialist realizmi |
Üzvlüyü |
|
Mükafatları |
|
IMDb | ID0951170 |
Vikianbarda əlaqəli mediafayllar |
Sergey İosifoviç Yutkeviç 28 dekabr 1904-cü ildə Sankt-Peterburqda anadan olmuşdur. 1921–1923-cü illərdə o, V.E. Meyerholdun kursunda təhsil almışdır. 1938-ci ildə "Tüfəngli adam" işinə quruluş verir. Rejissor eləcə də Lenin mövzusuna xüsusilə diqqət yetirirdi. Onun yaradıcılığında əsas yer tutan bu mövzu əsasında Yutkeviç "Lenin haqqında hekayələr" (1957), "Lenin Polşada" (1966), "Lenin Parisdə" (1981) filmlərini çəkmişdir. Onun dünya kinematoqrafiyasına bəxş etdiyi ən böyük miqyaslı və ən möhtəşəm ekran əsəri isə Vilyam Şekspirin "Otello" faciəsi əsasında yaratdığı eyniadlı film olmuşdur. Həmin filmin uğurunun bir hissəsini də baş rolu məharətlə canlandırmış Sergey Bondarçuku hesab etmək olar. 1955-ci ildə ekranlara çıxmış "Otello" filmi Sergey Yutkeviç yaradıcılığında ən çox tamaşaçı auditoriyası toplamış film idi. Bu film 1956-cı ildə Kann kinofestivalında iştirak etmiş və Ən yaxşı rejissor işinə görə mükafat almışdır[8].
Sergey Yutkeviç ÜDKİ-də dərs demişdir. Onun tələbələri sırasında Azərbaycanın görkəmli kinorejissorları Tofiq Tağızadə və Əjdər İbrahimovun da adlarını çəkmək olar.
Sergey İosifoviç Yutkeviç 23 aprel 1985-ci ildə vəfat etmişdir.