Azərbaycanın Əməkdar İdman ustası

tərbiyəsinin inkişafında fəal iştirak edən idmançılar təltif edilirlər.


“Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı ilə respublikada idmanda yüksək nəticələr qazanan, idmanın və bədən

Azərbaycanın Əməkdar İdman ustası
Kimə verilir fəxri adı ilə respublikada idmanda yüksək nəticələr qazanan, idmanın və bədən tərbiyəsinin inkişafında fəal iştirak edən idmançılar təltif edilirlər.
Təltif edir “Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı Gənclər və İdman Nazirliyinin Kollegiyası tərəfindən İdman şöbəsinin təqdimatı əsasında verilir.
Təltifə əsas Olimpiya oyunlarında şəxsi yarışlarda 1-3-cü yerləri tutan idmançılara; - Olimpiya oyunlarında komanda oyun növləri yarışlarında 1-8-ci yerləri tutan idmançılara; - dünya çempionatında şəxsi yarışlarda 1-ci yer, oyun idman növləri yarışlarında 1-3-cü yerləri tutmuş idmançılara; - Avropa oyunlarında şəxsi yarışlarda 1-ci yer, oyun idman növlərində 1-3-cü yerləri tutmuş idmançılara; - Avropa çempionatında şəxsi yarışlarda 2 dəfə 1-ci yeri, komanda oyun növləri yarışlarında 1-2-ci yerləri tutmuş idmançılara. Olimpiya oyunları proqramına daxil olmayan idman növləri üzrə aşağıdakı nəticələrə görə verilir: - Ümumdünya Şahmat Olimpiadasında komanda tərkibində 1-2-ci yeri tutmuş idmançılara; - 2 dəfə dünya çempionu adını və 3 dəfə Avropa çempionu adını qazanmış idmançılara.

Haqqında[redaktə | mənbəni redaktə et]

“Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı ilə təltif olunmaq üçün təqdim olunan idmançılar fəal ictimai iş aparmalı, öz təcrübələrini gənc idmançılara öyrətməli, idman sahəsində göstərdikləri nəticələri və nöqsansız davranışları ilə fərqlənməlidirlər.

“Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı[1] Olimpiya oyunları proqramına daxil olan idman növləri üzrə aşağıdakı nəticələri göstərən idmançılara verilir:

- Olimpiya oyunlarında şəxsi yarışlarda 1-3-cü yerləri tutan idmançılara;

- Olimpiya oyunlarında komanda oyun növləri yarışlarında 1-8-ci yerləri tutan idmançılara;

- dünya çempionatında şəxsi yarışlarda 1-ci yer, oyun idman növləri yarışlarında 1-3-cü yerləri tutmuş idmançılara;

- Avropa oyunlarında şəxsi yarışlarda 1-ci yer, oyun idman növlərində 1-3-cü yerləri tutmuş idmançılara;

- Avropa çempionatında şəxsi yarışlarda 2 dəfə 1-ci yeri, komanda oyun növləri yarışlarında 1-2-ci yerləri tutmuş idmançılara.

Olimpiya oyunları proqramına daxil olmayan idman növləri üzrə aşağıdakı nəticələrə görə verilir:

- Ümumdünya Şahmat Olimpiadasında komanda tərkibində 1-2-ci yeri tutmuş idmançılara;

- 2 dəfə dünya çempionu adını və 3 dəfə Avropa çempionu adını qazanmış idmançılara.

“Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı Gənclər və İdman Nazirliyininı[2] [3]tərəfindən İdman şöbəsinin təqdimatı əsasında verilir.

“Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adına layiq görülən şəxslərə vəsiqə və döş nişanı verilir.

Qeyd: Bu yarışlarda azı 20 dövlətin komandasının iştirakı və hər proqramda (kq, metr, bal) 12 dövlətin idmançısının iştirakı vacibdir.

Paralimpiya proqramına daxil olan idman növləri üzrə

“Azərbaycan Respublikasının Əməkdar idman ustası” fəxri adı Paralimpiya oyunları proqramına daxil olan idman növləri üzrə aşağıdakı nəticələrə görə verilir:

1) Paralimpiya Oyunlarında şəxsi və komanda yarışlarında idmançılara 1-3-cü yerləri tutan idmançılara;



İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Asgarov, SmartScoring | Developed by: Ayaz. "Gimnastlar". https://agf.az (az.). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.
  2. "Nazirlik bu il fəxri ad alan idman adamlarının sayını açıqladı". Report İnformasiya Agentliyi (az.). 2020-12-21. 2023-11-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-15.
  3. "Gənclər və İdman Nazirliyinin Kollegiya iclası keçirilib". www.mys.gov.az (ingilis). 2023-10-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-30.