Bu məqalənin neytrallığı şübhə doğurur. |
Bu məqalənin ensiklopedik tələblərə cavab vermədiyinə dair şübhələr var. |
Azərbaycan İqtisadçılar İttifaqı — missiyası açıq bazar iqtisadiyyatı yaradılması ilə bağlı islahatların həyata keçirilməsi üçün ictimaiyyətin səylərini birləşdirmək və onu qlobal iqtisadiyyata qovuşdurmaq olan ittifaqdır.
Aİİ 30 iyun 1992-ci ildə yaradılmışdır. 70 üzvü var. Təkilatın sədri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın həqiqi üzvü, iqtisad elmləri doktoru, professor, görkəmli iqtisadçı Ziyad Səmədzadədir.
Aİİ Beynəlxalq İqtisadçılar İttifaqının üzvü kimi 43 dövlətdə öz nümayəndəliklərini yaratmışdır. İqtisadçılar İttifaqı San-Fransiskoda (1993), Barselonada (1994), Avstraliyada (1995), Parisdə (1996), Moskvada (2003) və başqa yerlərdə keçirilən iri müşavirə və konfransların iştirakçısı olmuşdur. Aİİ-nin fəal iştirakı ilə son illərdə bir sıra elmi-praktiki konfrans təşkil edilmiş, sosial-iqtisadi inkişafın taleyüklü problemlərinə dair fundamental işlər dərc edilmişdir. Aİİ bir neçə qrant layihəsinin həyata keçirilməsində, 1998–2000-ci illərdə Aİİ "Cənubi Qafqazın sosial-iqtisadi və ərazi inkişafının sistemli təhlili və perspektiv meylləri TRASEKA proqramı çərçivəsində", "İqtisadçıların hazırlanması və onlardan istifadə edilməsi sistemində beynəlxalq standatların tətbiq edilməsində Cənubi Qafqaz ölkələrinin peşə assosiasiyalarının iştirakı" layihələrinin həyata keçirilməsində fəal iştirak etmişdir.
Aİİ-nin ən yaxın perspektiv planları iqtisadiyyat, menecment, maliyyə-büdcə, marketinq, audit, təsərrüfat hüququ və sahibkarlıq hüququ, elmin və istehsalatın inteqrasiyasına yardım edilməsi, ölkə iqtisadiyyatının yenidən qurulmasında gənc iqtisadçıların fəal iştirakı, onların daha da təkmilləşməsi və peşəkar səviyyəsinin artırılması üçün şərait yaradılması, milli iqtisadiyyatın inkişafının ən mühüm sosial-iqtisadi problemlərinə dair çoxvariantlı təkliflərin işlənib hazırlanması ilə bağlıdır. Ümumiyyətlə, ictimai qeyri-hökumət təşkilatı olmaqla Aİİ-nin fəaliyyəti keçid dövrünün məsul vəzifələrinin əhəmiyyətinin dərk edilməsinə əsaslanır. Aİİ qasrşıdakı illərdə bu potensialı və öz səylərini Azərbaycanın sosial-iqtisadi tərəqqisinə, sülh və xalqların tərəqqisi naminə inteqrasiya proseslərinin inkişafına yönəltməyi nəzərdə tutur.