Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 16 saniyə əvvəl InternetArchiveBot (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Bu səhifədə iş davam etməkdədir. |
Azərbaycan Ətraf Mühit İcması — Azərbaycanın təbiətini qorumaq, bərpa etmək və ətraf mühitin qorunmasında icma fəaliyyətinin təşviqinə kömək etmək məqsədli insanları birləşdirən təşəbbüs qrupu mahiyyətli icma.[1][2]
Azərbaycan Ətraf Mühit İcması | |
---|---|
ing. Community of Environmentalism of Azerbaijan | |
Yaranma tarixi | 21 mart 2021 |
Rəsmi dili | Azərbaycan dili |
Mərkəzi | Xaçmaz, Azərbaycan |
Fəaliyyət göstərdiyi yer | Azərbaycan |
Qurucusu | Ülvi Məmmədov, Vəfa Musayeva, Günel Atakişiyeva, İslam Şükürov |
Sədr | Ceyhun Fərzəliyev (2023-cü ildən) |
Üzvləri | 64 nəfər (2023) |
Azərbaycan Ətraf Mühit İcması (AƏMİ) Azərbaycanın təbiətini qorumaq, bərpa etmək və ətraf mühitin qorunmasına kömək etmək məqsədi ilə 2021-ci ilin mart ayında təşkil olunmuşdur. İcma ətraf mühitdə tarazlığın qorunması, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin idarə olunması və biomüxtəlifliyin mühafizəsinin təşviqi üçün könüllülərin icma şəklində fəaliyyət göstərmək məqsədini daşıyır.[3][4][5]
Vizyon: Ekoloji tarazlığın qorunması, təbii ehtiyatların, su, torpaq, hava kimi əvəzsiz sərvətlərin, meşələrin və biomüxtəlifliyin mühafizəsi sahəsində savadlılığın artırılması istiqamətində fəaliyyət göstərmək, ekologiya üçün ölkənin bu sahə üzrə ixtisaslaşmış qurumları, təşkilatları ilə çiyin-çiyinə çalışmaq
Missiya: AƏMİ ətraf mühitin qorunması və bərpası üçün strateji və tədbirlər təşkil edərək, ictimai səfərbərabərliyi artırmaq, ekoloji fərqliyini gücləndirmək və təbiətə hörmət mədəniyyətini təbliğ etmək üçün çalışır.[6]
Azərbaycan Ətraf Mühit İcması 14 iyun 2021-ci il tarixindən DANMA-nın (Dayanıqlı Azərbaycan Naminə Milli Alyans) üzvüdür.[7]
Azərbaycan Ətraf Mühit İcmasının Strategiya Planı doqquz geniş məqsəd və xüsusi məqsədləri, hərəkətləri, qrafikləri, nisbi fəaliyyətləri və ətraf mühitin ekoloji inkişafını müəyyən etməyə kömək edən xüsusiyyətlərin qorunmasında irəliləyişin ölçülməsi yollarını təsvir edən həyata keçirmə strategiyasını təmin edir. Planın hazırlanması zamanı dayanıqlı inkişaf siyasətləri və iqlim dəyişikliyi üzrə fəaliyyətlə bağlı öhdəliklər nəzərdən keçirilmişdir.
Əsas məqsədlər və vəzifələr aşağıdakılardır:
Su
1: Su hövzələrinin canlı aləminin mühafizəsində icma dəstəyi
2: Su ekosisteminə tullantıların mənfi təsirinin ölçülməsi
3: İçməli su ehtiyatlarının məsuliyyətli istehlakı
Torpaq
4: Torpaq ekosistemində canlı aləmin mühafizəsində icma dəstəyi
5: Torpaq ekosisteminə tullantıların mənfi təsirinin ölçülməsi
6: Yaşıllaşdırma fəaliyyətinin hamı üçün əlçatanlığı və təşviqi
7: Təkrar emalın insanlar arasında təşviqi və müvafiq qanunvericiliyə təkliflər
Hava
8: Hava kirliliyinin səbəblərinin araşdırılması və ekoloji qiymətləndirilməsinin aparılması
9: İqlim dəyişikliyi və qlobal istiləşmənin təsirlərinin cəmiyyətə çatdırılması və icma fəaliyyətləri
2024-2025-ci illər üçün:
№ | Ad, soyad və ata adı | Vəzifə | Başlama tarixi |
---|---|---|---|
1 | Ceyhun Fərzəliyev Nizam oğlu | İcma rəhbəri | 03.04.2023 |
2 | İntiqam Rzayev Eldar oğlu | İdarəetmə şurası üzvü | 14.04.2024 |
3 | Ülvi Məmmədov Üzeyir oğlu | İdarəetmə şurası üzvü | 14.04.2024 |
4 | Vəfa Musayeva Şakir qızı | İdarəetmə şurası üzvü | 14.04.2024 |
5 | İslam Şükürov Adil oğlu | İdarəetmə şurası üzvü | 14.04.2024 |
6 | Pərvanə İsmayılova Cavanşir qızı | Nəzarət-Təftiş şurası üzvü | 14.04.2024 |
7 | Eltun Alıyev Əhməd oğlu | Nəzarət-Təftiş şurası üzvü | 14.04.2024 |
8 | Yusif Məmmədəli Elçin oğlu | Nəzarət-Təftiş şurası üzvü | 14.04.2024 |