Azərbaycan ərazisinin dərinlik quruluşu

Geoloji qırılma — yerdəyişmədən və ya qırılma səthi boyunca süxurların yerdəyişməsi ilə süxurların davamlılığının pozulmasıdır.

Ə. Ş. Şixalibəyli Qafqazın dərinlik qırılmalarını yerləşmə və inkişaf etmə vaxtına görə kənar, qaymalarası, sərhəd tiplri kimi təsnif etmişdir. Bu qırılmaların bir çoxu geofiziki məlumatların əsasında aşkarlanmış və əksəriyyətləri geoloji məlumatlarla təsdiqlənmişdir.

Mahaçqala-Krasnovodsk (Ortaxəzər) dərinlik qırılma zonaları

[redaktə | mənbəni redaktə et]

Qravitasiya məlumatlarına əsasən müəyyən olunmuşdur. Qafqazönündən Xəzərin akvatoriyası boyu qravitasiya anomaliyası qeyd olunmuşdur. Bu anomaliyalar Tırnauz-Xəzər-Türkmənistan qırılmalırı boyu yerləşmişlər.

Siyəzən qırılması

[redaktə | mənbəni redaktə et]

Şimal-şərqdə Böyük Qafqazın şimal intensiv qırışıqlıq qanadında Usuxçay boyu Şahdağ-Xızı sinklinorisinin və Tengi-Beşbarmaq antiklinorisinin şimal-qərb qanadı boyu qırılmalar keçir ki, onu ədəbiyyatda Qazmaqrız və Siyəzən üstəgəlməsi də adlandırırlar.

Başqafqaz dərinlik qırılması

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın oxu boyu dərinlik qırılmalarının iri zonası keçir. Bu zona boyu kristallik şistlərdən ibarət nüvə cənub yamacının aşağı yura yaşlı şistlərlə tektonik təmas yaradır. Yəni Qafqazın özülü kəskin yerdəyişməyə məruz qalmışdır.

Qaynar-Zəngi qırılma zonaları

[redaktə | mənbəni redaktə et]

Böyük Qafqazın Vəndam zonasından şimalda yerləşmişdir və mezokaynozoyda regionun iki struktur-formasion zonasını ayırır: Kiçik Qafqazın evgeosinklinalı Böyük Qafqaz miogeosinklinalından.

Acıçay-Ələt və ya Ələt-Ləngəbiz-Hacınour qırılma zonaları

[redaktə | mənbəni redaktə et]

Ləngəbiz-Hacınour qalxmalarının cənub dağətəyi zonası boyu yayılmışdır.

Kür qırılması

[redaktə | mənbəni redaktə et]

54 km uzunluğunda Kür çayının hövzəsində yerləşən Ağstafaçay və Gənjəçayın arasındakı antiklinal qalxma boyu uzanmışdır. Səthdə o üstəgəlmə kimi ifadə olunmuşdur.

Qafqazönü qırılması

[redaktə | mənbəni redaktə et]

Şixalibəyli tərəfindən aşkar olunmuşdur. Şəmkir və Qoşqarçayların arasında alt bayosun çöküntüləri Qafqazönü çökəkliyin aşağı senon yaşlı çöküntülərilə tektonik təmas yaratmışdır.

Göyçə-Qarabağ qırılma zonaları

[redaktə | mənbəni redaktə et]

Eni 20-dən 40–50 km-ə qədər olub, Kiçik Qafqazın hiperbazit sahəsini əhatə edir və Ə. Ş. Şixalibəyli tərəfindən ayrılmışdır. Bu qırılmalar qrupu Murovdağ, Qarabağ və Başlıbel dərinlik qırılmalarından ibarətdir.

Murovdağ dərinlik qırılması

[redaktə | mənbəni redaktə et]

Müasir strukturda aydın ifadə olunmuş üstəgəlmədən ibarətdir. Ən şimal qırılma strukturu olaraq o ofiolit formasiyasını Lok-Qarabağ strukturundan ayırır.

Qarabağ dərinlik qırılması

[redaktə | mənbəni redaktə et]

Tikiş xəttidir və təbaşir və paleogen yaşlı ultraəsasi, orta və turş intruziyalardan təşkil olunmuş Sarıbaba sinklinorisini orta və yura yaşlı çöküntülərdən ibarət olan Qarabağ antiklinorisini ayırır və müasir strukturda üstəgəlmə kimi təsvir olunur.

Laçın-Başlıbel dərinlik qırılması

[redaktə | mənbəni redaktə et]

Ofiolit formasiyasının yayıldığı zonanın cənub sərhədidir və Lök-Qarabağ və Misxan-Qafan tektonik zonalarını ayırır. Uzunluğu 150–160 km-dir.

Ənkəvan-Sünik qırılması

[redaktə | mənbəni redaktə et]

Misxan-Qafan və Araz zonasını ayırır və Zəngəzur silsiləsində suayrıcı boyu keçir. Yer səthində iki iri qırılma ilə ifadə olunmuşdur: Girratax və Dəbəkli.

Naxçıvan qırılması

[redaktə | mənbəni redaktə et]

Ş. Ə. Əzizbəyova görə Naxçıvan törəmə çökəkliyinin şimal qanadı ilə Şərur antiklinorisinin qovuşma zonasında yerləşir.

Qeyd edilən uzununa qırılmalarla yanaşı Azərbayjanda eninə şimal-şərq istiqamətli qırılmalarda geniş yayılmışdır. Belə qırılmalar Transqafqaz eninə dərinlik qırılmasına aiddir və bir çox alimlər tərəfindən, o cümlədən M. A. Qaşqay tərəfindən təsvir olunmuşdur. Belə qırılmalar Kür çökəkliyində, Böyük Qafqazda da geofiziki-geoloji üsullarla müəyyən olunmuşdur. Kiçik Qafqazda yayılan belə qırılmalara misal kimi Ağstafa, Şəmkir-Əliabad, Xanlar-Xoşbulaq-Alazan, Murovdağ-Zod, Arpa-Samur Xaçınçay, Palmiro-Abşeronu və bir çox başqalarını göstrəmək olar.[1]

  1. Azərbaycan tektonikası. geokniga-azerbaydzhana-tom-iv-tektonika.pdf. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-24.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

Tektonik zonalar