Azərbaycan Atletika Federasiyası — Azərbaycan Atletika Federasiyası (AAF) 1923-cü ildə yaradılmış və 1992-ci ildən yenidən təsis edilmişdir. AAF 1992-ci ildən etibarən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyası və Asiya Atletika Federasiyaları Assosiyasiyasının üzvüdür. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən Atletika Federasiyalarının Beynəlxalq Assosiyasiyasının konqresində Azərbaycan Atletika Federasiyasının müraciətinə əsasən, Avropa Atletika Federasiyaları Assosiyasiyasının (EAA) üzvlüyünə keçirilmişdir.[1]
Azərbaycan Atletika Federasiyası AAF | |
---|---|
Yaranma tarixi | 1923 |
Qeydiyyat tarixi | 1992 |
Mərkəzi | |
Prezident | Cavid Qurbanov |
af-aze.org |
Bakıda ilk atletika yarışları 1922-ci ildə keçirilmişdir. 1920-ci illərdə Sovet İttifaqı qurulduqdan sonra Azərbaycan SSR-də yüngül atletika inkişaf etməyə başladı. Azərbaycan Atletika Federasiyası (AAF) 1923-cü ildə yaradılmışdır.[2] 1992-ci ildən yenidən təsis olunduqdan sonra Avropa Atletika Assosiasiyasına (EAA) yox, Asiya Atletika Federasiyasına üzv qəbul olunub. 1996-cı ildə AAF rəhbərliyinə Çingiz Hüseynzadənin gəlişindən sonra ilkin addım kimi Asiyadan Avropaya keçid məsələsi qaldırılıb. Vaxt azlığı ilə əlaqədar Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının (İAAF) 1997-ci ildə keçirilmiş konqresinədək EAA-ya üzvlük məsələsi həllini tapmayıb. Buna görə də AAF 1998-ci ilədək Asiya miqyaslı yarışlarda təmsil olunub. 1999-cu ildə İspaniyanın Sevilya şəhərində keçirilən İAAF-ın konqresində isə federasiyanın Avropa Atletika Assosiasiyasına üzvlüyü reallaşıb. Çingiz Hüseynzadə EAA-ya üzvlüyün vacibliyini belə əsaslandırır:
“Asiya üzvlüyündə qalmaq düzgün deyildi. Azərbaycan dövləti Avropa siyasi ittifaqlarının, Milli Olimpiya Komitəsi Avropa Olimpiya Komitəsinin üzvüdür. Bu halda AAF Asiyada qala bilməz. Çox qəribədir ki, Asiyadan Avropaya keçid prosesi də çox uzun müddət tələb edirdi. Asiya Atletika Federasiyası bizi buraxmaq istəmirdi, indiyədək də öz tədbirlərinə dəvət edir”.[3] |
AAF birinci prezidenti Səməd Salehov seçilmişdir. 1994-cü ildən Elxan Ağayev AAF rəhbərlik etmişdir. 1996-cı ildən 223-cü ilə qədər Çingiz Hüseynzadə AAF prezidenti olmuşdur.[4] 01 aprel 2023-cü ildə Cavid Qurbanov AAF-ın yeni Prezidenti seçilmişdir.[5]