Cavid Qurbanov

Qurbanov Cavid Qənbər oğlu (19 sentyabr 1958, Ağdaban, Kəlbəcər rayonu) — Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sabiq sədri. Milli Məclisinin III, IVV çağırışlarin deputatı. Texniki elmləri namizədidir.

Cavid Qurbanov
Vəzifədədir
24 may 2022-ci ildən
NazirRəşad Nəbiyev
9 fevral 2015 – 24 may 2022
ƏvvəlkiArif Əsgərov
SonrakıRövşən Rüstəmov
Şəxsi məlumatlar
Doğum tarixi 19 sentyabr 1958(1958-09-19) (66 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi
Atası Qənbər Şəmşiroğlu

Təltifləri "Şöhrət" ordeni
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Cavid Qurbanov 1958-ci ildə Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kəndində anadan olmuşdur[1]. 1975-ci ildə Kəlbəcər rayon orta məktəbini bitirdikdən sonra 1975–1976-cı illərdə Kəlbəcər şəhərində elektroenergetika sahəsində çalışmışdır. 1977-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olmuşdur. 1977–1979-cu illərdə ordu sıralarında hərbi xidmət etdikdən sonra 1979-cu ildə 26 Bakı Komissarı nəşriyyatında kuryer vəzifəsi ilə əmək fəaliyyətinə yenidən başlamışdır. 1980–1981-ci illərdə "Azəryollayihə" Layihə İnstitutunda texnik-cizgiçi, 1982–1987-ci illlərdə "Azərnəqliyyattikinti" Trestinin avtobazasında mexanik, baş mexanik, rəis müavini vəzifələrində çalışmışdır. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu bitirmişdir. 1987–1992-ci "Elektromexanizasiya" Trestinin 4 saylı Avtonəqliyyat Kontorunda direktor, 1992–1993-cü illərdə Respublika İxtisaslaşdırılmış "Avtonəqliyyat" Birliyində baş direktor vəzifəsində çalışmışdır.

İki övladı var. İlk həyat yoldaşı ağır xəstəlikdən vaxtsız vəfat etmişdir.[2].

Aşıq Qurban Ağdabanlının nəticəsi, Aşıq Şəmşirin nəvəsi, Qənbər Şəmşiroğlunun oğludur.

İctimai-siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

1993–1994-cü illərdə "Azəravtoyol" Dövlət Şirkətində Prezident vəzifəsində işləmişdir. 1995-ci ildə "Azərərzaqnəqliyyat" Birliyində direktor, 1996–1997-ci illərdə Azərbaycan Dövlət Dəmiryolu İdarəsinin Təchizat şöbəsində rəis, 1997–2001-ci illərdə "Azərdəmiryolservis" İstehsalat Birliyində rəis kimi çalışmışdır. 2003-cü ildən "Yolnəqliyyatservis" Departamentinin rəisi, 2004-cü ildən Nəqliyyat Nazirliyi "Yolnəqliyyatservis" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəisi olmuşdur. 2007-ci ilin fevral ayından "Yolnəqliyyatservis" Departamentinin "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti olması ilə əlaqədar olaraq, "Azəryolservis" ASC-nin sədri vəzifəsini tutmuşdur. Texniki elmləri namizədidir.

123 saylı Kəlbəcər Seçki Dairəsindən III, IV və V çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib və Milli Məclisin İqtisadi Siyasət daimi Komitəsinin üzvüdür.

Yeni Azərbaycan Partiyasının üzvüdür.

9 fevral 2015-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə təyin olunmuşdur. O, 24 may 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə vəzifəsindən azad edilmiş,[3] Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin digər Sərəncamı ilə Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini vəzifəsinə təyin edilmişdir.[4]

12 oktyabr 2016-cı il tarixindən Cavid Qurbanov Azərbaycan Voleybol Federasiyasının prezidenti seçilib.

Azərbaycan Atletika Federasiyasının prezidenti (1 aprel 2023-cü il tarixindən)[5].

18 sentyabr 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib.[6]

  1. "Qurbanov Cavid Qənbər oğlu". 2021-02-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  2. "Cavid Qurbanov ailə qurub". 2013-03-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-03-16.
  3. "Arxivlənmiş surət". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  4. "Arxivlənmiş surət". 2022-05-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-05-25.
  5. "Избран новый президент Федерации атлетики Азербайджана - ФОТО". 2023-04-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-04-01.
  6. "C.Q.Qurbanovun "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2021-03-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-18.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]