Emin Əmrullayev

Emin Eldar oğlu Əmrullayev (30 dekabr 1982, Bakı) — Azərbaycan Respublikasının elm və təhsil naziri (2022-ci ildən), Neftçi PFK Müşahidə Şurasının üzvü (2022-ci ildən), Azərbaycan Respublikasının təhsil naziri (2020–2022).

Emin Əmrullayev
Vəzifədədir
28 iyul 2022-ci ildən
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiVəzifə təsis edildi
Vəzifədədir
14 dekabr 2021-ci ildən
ƏvvəlkiNadir Nəsibov
27 iyul 2020 – 28 iyul 2022
Prezidentİlham Əliyev
Baş nazirƏli Əsədov
ƏvvəlkiCeyhun Bayramov
SonrakıVəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 30 dekabr 1982(1982-12-30) (41 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti dövlət xadimi

Təltifləri "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi" yubiley medalı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Emin Eldar oğlu Əmrullayev 1982-ci il dekabrın 30-da Bakı şəhərində anadan olmuşdur. 1999–2003-cü illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının İnzibati idarəetmə fakültəsində təhsil alaraq təhsil müəssisəni fərqlənmə diplomu ilə bitirmişdir. 2003–2004-cü illərdə Mərkəzi Avropa Universitetində (Budapeşt) siyasi elmlər üzrə magistr pilləsində təhsilini davam etdirmişdir.

2010–2012-ci illərdə "2007–2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" və "Fulbright" proqramının birgə dəstəyi ilə Kolumbiya Universitetində ictimai (inzibati) idarəetmə ixtisası üzrə magistr pilləsində təhsil almışdır.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Emin Əmrullayev 2005–2009-cu illərdə Qafqaz Universitetinin Beynəlxalq münasibətlər fakültəsində müəllim kimi çalışmış, 2009–2010-cu illərdə "Kaspi Education" MMC-də Beynəlxalq əlaqələr şöbəsinin müdiri vəzifəsində işləmişdir. 2011-ci ildə Cenevrə şəhərində BMT-nin Avropa üzrə İqtisadi Komissiyasında (UNECE) təcrübə keçmişdir. 2012-ci ildə Azərbaycan Diplomatik Akademiyasında (indiki ADA Universiteti) Enerji və Ətraf Mühit Mərkəzinin icraçı direktoru vəzifəsində, 2013-cü ildə isə "Kaspi Education" MMC-də Təhsilin keyfiyyətinə nəzarət üzrə direktor müavini vəzifəsində çalışmışdır.

2013-cü ilin iyun ayından etibarən Azərbaycan Respublikasının Təhsil Nazirliyində baş məsləhətçi vəzifəsində işə başlamış, 2013–2014-cü illərdə sektor müdiri, 2014–2015-ci illərdə şöbə müdirinin müavini, 2015–2020-ci illərdə isə şöbə müdiri vəzifələrində işləmişdir. 2020-ci ilin yanvar ayından iyul ayına qədər Azərbaycan Respublikası Təhsil İnstitutunun direktoru olmuşdur.

Azərbaycan Respublikasının Prezidentinin 27 iyul 2020-ci il tarixli Sərəncamı ilə Emin Əmrullayev Azərbaycan Respublikasının təhsil naziri təyin edilmişdir.[1] 28 iyul 2022-ci ildən — Təhsil Nazirliyinin Elm və Təhsil Nazirliyi adlandırılmasından bu günədək Azərbaycan Respublikasının elm və təhsil naziri kimi əmək fəaliyyətini davam etdirir.

14 dekabr 2021-ci ildə Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilmişdir.[2] 30 noyabr 2022-ci ildən Neftçi PFK Müşahidə Şurasının üzvüdür.[3]

  1. "Emin Eldar oğlu Əmrullayevin Azərbaycanın təhsil naziri vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Prezidentinin Sərəncamı". president.az. 27 iyul 2020. 2020-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2024.
  2. "Emin Əmrullayev Azərbaycan Basketbol Federasiyasının prezidenti seçilib". Report İnformasiya Agentliyi. 14 dekabr 2021. 2023-05-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2024.
  3. "Emin Əmrullayev". Neftçi PFK. 2024-07-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 iyul 2024.