Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi (qısaca: AITF) — Hər il Azərbaycan Respublikasında keçirilən, sənayenin aparıcı üzvlərini bir araya gətirən, onlara yeni əlaqələr qurmaq, satış coğrafiyasını əhəmiyyətli dərəcədə genişləndirmək, sənayedəki ən son yeniliklər və tendensiyalar haqqında öyrənmək imkanı verən turizm bazarının aparıcı tədbirlərindən biridir.[1]. İşgüzar turizm qovşağı ("hub") kimi fəaliyyət göstərən "AITF" sərgisi mühüm görüşlərin keçirildiyi, müqavilələrin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi məkandır. Təşkilatçısı "Caspian Event Organisers" şirkəti olan "AITF" sərgisi yarandığı gündən etibarən Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi tərəfindən dəstəklənir.[2]

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər sərgisi
ing. Azerbaijan International Travel and Tourism Fair
Loqonun şəkli
Status aktiv
Janr sərgi
Tezliyi hər ilin yazında
Məkan Bakı Ekspo Mərkəzi
Yer Bakı
Ölkə Azərbaycan Azərbaycan
Yaradılıb 1995-ci il
Növbəti 25-27 Aprel, 2023-cü il
Təşkilatçı Caspian Event Organisers
aitf.az

Tarixi və iştirakçıları

[redaktə | mənbəni redaktə et]

Keçirildiyi illər ərzində Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgilərində dünyanın 40-dan çox ölkəsindən təxminən 2500 şirkət iştirak edib[1].

AITF 2016 sərgisində Azərbaycan, Belarus, Gürcüstan, İtaliya, Latviya, Xorvatiya, Çexiya, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər, o cümlədən tibb mərkəzi, sağlamlıq ocağı və sanatoriyalar müalicə-sağlamlıq və SPA turizmi üzrə ən son nailiyyətləri təqdim ediblər.[3][4]

AITF 2017 sərgisində 90-a yaxın turizm istiqamətini təqdim edən 22 ölkədən 272 şirkət iştirak edib. İştirakçılar arasında Belarus, Bolqarıstan, Macarıstan, Gürcüstan, Dominikan Respublikası, Mərakeş, Tailand, Türkiyə, Çexiya kimi ölkələrin milli stendləri, eləcə də "Roqaşka Slatina" (Sloveniya) və Stavropol əyalətinin (Rusiya) regional stendləri də var idi.[5][6][7]

AITF 2018 sərgisində 20 ölkəni təmsil edən 277 şirkət iştirak edir. İştirakçılar arasında Azərbaycan, Bolqarıstan, Çexiya, Dominikan, Gürcüstan, İndoneziya, İtaliya, İsveçrə, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə və digər ölkələri təmsil edən şirkətlər yer alıb.[8]

AITF 2019 sərgisində ənənəvi olaraq, Belarus, Bolqarıstan, Dominikan Respublikası, Mərakeş, Sloveniya, Tailand və Çex Respublikası milli stendlər ilə çıxış ediblər. Qeyd etmək lazımdır ki, əvvəlki il ilə müqayisədə, bu il Belarus və Tailand daha böyük sərgi ərazisini bron etmişdilər.[9][10]

Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi sənaye peşəkarlarınən yeni əlaqələr qurması ilə yanaşı, satış coğrafiyasını da xeyli genişləndirmək, habelə ən son sənaye yenilikləri və tendensiyalar barədə məlumat almaq, eləcə də yeni tərəfdaşlar və müştərilər tapmaq üçün biznes platformasıdır.

Sərgi bölmələri

[redaktə | mənbəni redaktə et]
  • Milli və regional turizm idarələri, nazirliklər, səfirliklər
  • Otellər və yaşayış yerləri
  • Səyahət agentlikləri və turoperatorlar
  • Aviaşirkətlər
  • Müalicə və sağlamlıq turizmi
  • İdman turizmi
  • Velosiped sənayesi
  • Turist inventarları, avadanlıqları
  • Təhsil turizmi
  • Qastronomik turizm
  • Avtomobil turizmi
  • Kruiz sənayesi
  • Ovçuluq və balıqçılıq
  • Tarixi və mədəni məkanlar
  • MICE və biznes turizmi
  • İstirahət turizmi
  • Lüks turizm
  • Suvenirlər
  • Turizmdə İT texnologiyaları
  • Xaricdə daşınmaz əmlak

Müstəqil auditin məlumatlarına əsasən, bu sərgi regionda ölkə, şirkət və turizm marşrutlarının sayı üzrə bütün digər turizm sərgiləri arasında birinci yeri tutmuşdur[1]. Belə ki, bu sərgi keçirildiyi illər ərzində bütövlükdə Xəzəryanı regionda mühüm tədbirlərin təşkil olunduğu, tərəfdaşlıq müqavilələrinin imzalandığı, habelə yeni proqram və istiqamətlərin elan edildiyi əsas turizm tədbirinə çevrilib, bu sənaye sahəsinin qovşağı statusunu qazanıb[1].

Sərgi Ümumdünya Sərgi Sənayesi Assosiasiyası tərəfindən təşkilat səviyyəsinin auditindən keçmiş və ona "UFİ tərəfindən bəyənilmişdir" nişanı verilmişdir[2].

  1. 1 2 3 4 İlham Əliyev "AITF-2016" XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub Arxivləşdirilib 2018-03-24 at the Wayback Machine. president.az, 08.04.2016  (az.)
  2. 1 2 ŞİRKƏT HAQQINDA Arxivləşdirilib 2017-06-17 at the Wayback Machine. iteca.az  (az.)
  3. "İlham Əliyev "AITF-2016" XV Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  4. "Bakıda "AITF-2016" sərgisi keçirilir". SalamNews.org (az.). 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  5. ""AITF 2017" sərgisi: Azərbaycanda turizm potensialının xəzinəsi". azertag.az. 2018-02-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  6. "İlham Əliyev "AITF-2017" XVI Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  7. "Bugün "AİTF 2017" sərgisinin sonuncu günüdür – FOTOREPORTAJ". TravelNews.Az (az.). 8 aprel 2017. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  8. "İlham Əliyev "AITF-2018" XVII Azərbaycan Beynəlxalq turizm və səyahətlər sərgisi ilə tanış olub » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  9. ""AITF 2019" daha fərqli olacaq - SƏRGİ". Sia.az (az.). 5 mart 2019. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.
  10. "Azerbaijan International Travel and Tourism Fair to be held in Baku". Azernews.Az (ingilis). 3 aprel 2019. 2022-10-31 tarixində arxivləşdirilib. İstifadə tarixi: 31 oktyabr 2022.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]