Azərbaycan Biznesinin İnkişafı Fondu

Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu (ing. Entrepreneurship Development Fund of the Republic of Azerbaijan) — sahibkarlıq fəaliyyətinin maliyyələşdirilməsi və təşviq edilməsi istiqamətində fəaliyyət göstərən publik hüquqi şəxsdir. Fond ölkədə sahibkarlığın inkişafına dəstək verməklə qeyri-neft sektorunda innovativ texnologiyalara əsaslanan yeni istehsal, emal və infrastruktur müəssisələrinin yaradılmasına, ixracyönümlü və idxalı əvəzedən məhsul istehsalının artırılmasına, real sektora investisiya qoyuluşlarının sürətləndirilməsi ilə iqtisadiyyatda özəl sektorun payının daha da artırılmasına xidmət edir.

Sahibkarlığın İnkişaf Fondu
Loqonun şəkli
Ümumi məlumatlar
Ölkə Azərbaycan Respublikası
Yaradılma tarixi 12 oktyabr 1992
Tabelik Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi
Ünvan A. Şərifzadə küç., 172, AZ1122
Rəhbərlik
Rəhbər Osman Xaliyev (İdarə Heyətinin sədri)

Rəsmi saytı edf.gov.az

12 oktyabr 1992-ci ildə Azərbaycan Respublikasının Prezidentinin 269 nömrəli Fərmanına əsasən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun Əsasnamə"sinin təsdiq edilməsi ilə dövlət büdcəsinin vəsaiti hesabına güzəştli kreditlər verəcək ilk maliyyə qurumunun əsası qoyuldu.[1]

1993-cü ilin fevralından Dövlət Antiinhisar Siyasəti və Sahibkarlığa Kömək Komitəsinin xüsusi struktur bölməsi kimi yaradılan Sahibkarlığa Kömək Milli Fondu fəaliyyətə başlamışdır.

27 avqust 2002-ci ildə dövlət büdcəsinin vəsaiti hesabına verilən güzəştli kreditlərin istifadəsində yaranmış problemlərin aradan qaldırılması, Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyətinin Azərbaycan iqtisadiyyatının inkişafının prioritetləri və mərhələlər üzrə həlli tələb olunan vəzifələrlə uzlaşdırılması, sahibkarlığa dövlət dəstəyinin gücləndirilməsi və bu fəaliyyətin genişləndirilməsinin təmin edilməsi məqsədilə Ümummilli lider Heydər Əliyevin 779 nömrəli Fərmanı ilə "Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu haqqında Əsasnamə"nin və ’’Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitinin istifadəsi Qaydaları’nın təsdiq edilməsi ilə Sahibkarlığa Kömək Milli Fondunun fəaliyyəti və sahibkarlıq subyektlərinin investisiya layihələrinin güzəştli şərtlərlə maliyyələşdirilməsi mexanizmi yenidən qurulmuş və bununla da, Fond daha aktiv fəaliyyət fazasına daxil olmuşdur.[2]

31 iyul 2018-ci ildə Azərbaycan Respublikasının Sahibkarlığa Kömək Milli Fondu ləğv edilmiş və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin tabeliyində Azərbaycan Respublikasının Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxs təsis edilmişdir.[3][4][5]

11 oktyabr 2021-ci ildə Prezident İlham Əliyevin "Sahibkarlığın inkişafına dövlət dəstəyi sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında" Fərmanına əsasən, İqtisadiyyat Nazirliyinin tabeliyindəki Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsin və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin birləşmə formasında yenidən təşkili yolu ilə İqtisadiyyat Nazirliyinin tabeliyində "Azərbaycan Biznesinin İnkişafı Fondu" publik hüquqi şəxs yaradılıb. Fond Sahibkarlığın İnkişafı Fondunun və "Azərbaycan İnvestisiya Şirkəti" ASC-nin hüquqi varisidir, onların hüquq və öhdəlikləri, habelə əmlakı Fonda keçir.

Əsas vəzifələri

[redaktə | mənbəni redaktə et]

Fond Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir:[6]

  • Fondun vəsaiti hesabına Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini maliyyələşdirmək;
  • Fonda sahibkarlıq subyektlərinin maliyyələşdirilməsi üçün verilmiş vəsaitdən səmərəli və təyinatı üzrə istifadəni təmin etmək;
  • Fonda təqdim olunan investisiya layihələrinin ekspertizasını həyata keçirmək;
  • Sahibkarlığın inkişafına yönəldilmiş dövlət proqramlarından irəli gələn investisiya layihələrinin maliyyələşdirilməsinə üstünlük vermək;
  • Sahibkarlığın inkişafını, yeni iş yerlərinin yaradılmasını təmin edən sahəvi və regional proqramların işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • Fonda təqdim olunan investisiya layihələrinin tərtib olunmasına dair minimal tələbləri və investisiya layihələrinin qiymətləndirilmə meyarlarını müəyyən etmək;
  • Kreditlərdən öz təyinatına uyğun istifadə olunmasına nəzarət etmək məqsədilə monitorinqlərin keçirilməsi qaydasını müəyyən etmək;
  • Sahibkarlıq subyektlərinə zəruri hüquqi, iqtisadi və digər məlumatların toplanmasında və yayılmasında, bazar konyunkturunun öyrənilməsində, sahibkarlıq fəaliyyəti ilə bağlı proqramların və investisiya layihələrinin işlənib hazırlanmasında kömək etmək;
  • İqtisadiyyatın sahələri üzrə beynəlxalq təcrübəni öyrənmək, müvafiq təhlil və araşdırmalar aparmaq;
  • Sahibkarlıq subyektləri üçün zəruri elmi-texniki biliklərin və yeniliklərin təbliğinə kömək etmək;
  • Azərbaycan Respublikası Prezidentinin aktları ilə müəyyən edilmiş digər vəzifələri həyata keçirmək.[7]

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun Nizamnaməsi ilə Fondun aşağıdakı fəaliyyət istiqamətləri müəyyən edilmişdir:[8]

  • Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının prioritet istiqamətləri üzrə sahibkarlıq subyektlərinin investisiya layihələrini güzəştli kredit vəsaiti hesabına maliyyələşdirmək;
  • Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilən hallarda və qaydada sahibkarlıq subyektlərinin manatla aldıqları kreditlərə zəmanət və faiz subsidiyası vermək;
  • Sahibkarlığın inkişafına dəstək sahəsində proqramların (o cümlədən dövlət proqramlarının) hazırlanmasında, həyata keçirilməsində və maliyyələşdirilməsində iştirak etmək;
  • Müasir texnologiyalara əsaslanan investisiya layihələri üzrə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə müvafiq təhlil və araşdırmalar aparmaq;
  • Sahibkarların yeni bazarlara çıxış imkanlarını öyrənmək və əldə olunan beynəlxalq təcrübəni sahibkarlara çatdırmaq, maarifləndirmə işləri aparmaq və onlara məsləhət xidmətləri göstərmək.[9]

Dəstək mexanizmləri

[redaktə | mənbəni redaktə et]

Fond sahibkarlığın inkişafı məqsədilə maliyyələşdirmə, maarifləndirmə və məsləhət xidmətlərini həyata keçirir.

Maliyyə dəstəyi mexanizmləri

Güzəştli kredit mexanizmi — Fondun güzəştli kredit vəsaiti ölkənin sosial-iqtisadi inkişafı istiqamətləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin aktları ilə, eləcə də Fondun Müşahidə Şurasının qərarı ilə müəyyən edilmiş prioritet sahələr[10][11], xüsusilə qeyri-neft sektorunun inkişafı, innovativ texnologiyaların tətbiqi və ixrac əməliyyatları üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə yönəldilir.[12] Güzəştli kreditin məbləği 5 min manatdan 10 milyon manatadək, faiz dərəcəsi illik 5%-dək, kreditin müddəti 10 ilədək, kredit üzrə güzəşt müddəti isə kredit müddətinin yarısınadək müəyyən olunmuşdur.[13][14] Güzəştli kreditlərin sahibkarlıq subyektlərinə çatdırılması müvəkkil banklar və ya bank olmayan kredit təşkilatları vasitəsilə onların öz adından və öz riskləri hesabına həyata keçirilir.[15][16]

"İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi çərçivəsində işğaldan azad edilmiş ərazilərdə investisiya layihəsi həyata keçirən sahibkarların bank və bank olmayan kredit təşkilatlarından əldə etdikləri kreditlərin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Həmçinin sahibkarlar bu kreditlər üzrə subsidiyadan yararlana bilərlər. Mexanizm çərçivəsində bu ərazilərdə fəaliyyət göstərən sahibkarların məbləği 5 milyon manatadək, müddəti 7 ilədək, illik faiz dərəcəsi 15%-dək olan biznes kreditlərinin 90%-dək hissəsinə dövlət zəmanəti verilir. Bununla yanaşı, həmin kreditlərin illik faiz dərəcəsinin 10% bəndi 36 aya qədər müddətdə dövlət tərəfindən subsidiyalaşdırılır və kreditin müddətinin yarısından çox olmamaqla, 36 aya qədər güzəşt müddəti tətbiq edilir. Mexanizmə işğaldan azad edilmiş ərazilərdə qeyri-neft sektoru üzrə qanunla qadağan olunmayan bütün iqtisadi sahələrdə fəaliyyət göstərən sahibkarlar müraciət edə bilərlər. Müraciətlər e-edf.gov.az portalı və edf.gov.az saytı üzərindən "Elektron kredit və zəmanət" informasiya sistemi vasitəsilə qəbul edilir. Qeyd edək ki, "İşğaldan azad edilmiş ərazilərdə fəaliyyət göstərən sahibkarlara dəstək" mexanizmi İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən işğaldan azad edilmiş ərazilərdə iqtisadi aktivliyin bərpa olunması və bu ərazilərdə investisiya qoyuluşlarının sürətlənməsinə dəstək məqsədilə həyata keçirilir. .[17] Kreditin məbləği 5 min manatdan 3 milyon manatadək, faiz dərəcəsi illik 9%-dək, kreditin müddəti 5 ilədək, güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 ayadək müddəti təşkil edir.[18][19]

Avadanlıq krediti mexanizmi — Avadanlıqların girov qoyulması yolu ilə mövcud avadanlıqlarını yeniləmək və ya yeni avadanlıqlar əldə etmək istəyən sahibkarlıq subyektlərinə verilir.[20] Kreditin məbləği 5 min manatdan 3 milyon manatadək, faiz dərəcəsi illik 9%-dək, kreditin müddəti 5 ilədək, güzəşt müddəti avadanlığın quraşdırılması üçün tələb olunan vaxt nəzərə alınmaqla, 12 ayadək müddəti təşkil edir.[21][22]

Dövlət zəmanəti və subsidiya mexanizmi — Dövlət zəmanəti pandemiyadan (COVİD-19) zərər çəkmiş sahələrin iqtisadi fəaliyyət növləri üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatlarından almaq istədikləri kreditlərə verilir. Zəmanət verilən kreditlərə faiz subsidiyaları da ödənilir.[23][24] Dövlət zəmanəti ilə kredit mexanizmi məbləği 3 milyon manatadək, illik faiz dərəcəsi 15%-dək, müddəti 3 ilədək olan kreditlərə şamil edilir.[25] Kreditlər üzrə 12 ayadək güzəşt müddəti tətbiq edilir. Bu mexanizmə əsasən, kreditlərin 60%-dək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50%-i dövlət tərəfindən subsidiyalaşdırılır.[26] Bu mexanizm üzrə maliyyə dəstəyi 2021-ci ildə başa çatıb. Hazırda zəmanət verilmiş kreditlƏr üzrə subsidiya ödənişi davam edir.

Mövcud kredit portfeli üzrə subsidiya mexanizmi — Faiz subsidiyası pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən və 2020-ci il 10 mart tarixinə aktiv kredit borcu olan sahibkarların kredit təşkilatlarından manatla aldıqları kreditlərə verilir. Faiz subsidiyası kreditlərin illik faiz dərəcəsinin 10% bəndi həcmində və 2020-ci ilin mart ayından başlayaraq 12 aydan çox olmayan müddətdə ödənilir.[27][28]

"Elektron kredit və zəmanət" informasiya sistemi (e-edf.gov.az)

[redaktə | mənbəni redaktə et]

İşğaldan azad olunmuş ərazilərdə fəaliyyət göstərən sahibkarlar zəmanət və subsidiya mexanizminə müraciətlərini "Elektron Kredit və Zəmanət" İnformasiya Sistemi vasitəsilə edir.[29] "Elektron Kredit və Zəmanət" İnformasiya Sistemi vasitəsilə sahibkarlar müvəkkil kredit təşkilatına getmədən onlayn rejimdə müraciət etmək, müraciətlərin statusunu real vaxt rejimində izləmək imkanına malikdirlər.[30]

  1. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  2. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  3. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-08-01.
  4. "Arxivlənmiş surət". 2022-08-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  5. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  6. "Arxivlənmiş surət" (PDF). 2022-03-20 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2021-08-11.
  7. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  8. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  9. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  10. "Arxivlənmiş surət". 2022-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  11. http://edf.gov.az/az/content/105 Arxivləşdirilib 2022-08-03 at the Wayback Machine,
  12. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  13. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  14. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  15. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  16. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  17. "Arxivlənmiş surət". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  18. "Arxivlənmiş surət". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  19. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  20. "Arxivlənmiş surət". 2021-09-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  21. "Arxivlənmiş surət". 2021-09-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  22. "Arxivlənmiş surət". 2022-08-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  23. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  24. "Arxivlənmiş surət". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  25. "Arxivlənmiş surət". 2022-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  26. "Arxivlənmiş surət". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  27. "Arxivlənmiş surət". 2022-08-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  28. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  29. "Arxivlənmiş surət". 2021-08-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.
  30. "Arxivlənmiş surət". 2021-08-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-08-11.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]