Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı — Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində olan ali təhsil müəssisəsi[1].
Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı | |
---|---|
Əsası qoyulub | 1991-ci ildə |
Direktor | Yusif Alıyev |
Şəhər | Quba |
Ölkə |
Universitetdə 100 nəfər elmi işçi 1000-ə yaxın tələbə təhsil alır. 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxanası mövcuddur. Tələbələrin təhsildə fərqlənmələrini stimullaşdırmaq məqsədilə universitetin daxilində Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilib.[2]
Bu binada ilk dəfə 1943-cü ildə Azərbaycan SSR Maarif Nazirliyinin qərarı ilə Quba Müəllimlər İnstitutu fəaliyyətə başlayıb. 25 mart 1991-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 70 №-li qərarı ilə Quba şəhərində yerləşən binada Azərbaycan Dövlət İncəsənət Universitetinin Quba filialı yaradılıb.[3] Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1992-ci il tarixli, 212 nömrəli Fərmanına əsasən bu filialda Dağıstan türkləri, yerli əhali və azsaylı xalqlar üçün kadrlar hazırlanması nəzərdə tutulmuşdur.[4]
Sonradan Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli 349 №-li Fərmanına əsasən ADİU-nun Quba filialının bazasında Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) Quba filialı yaradılıb.[5][6]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 26 noyabr 2015-ci il tarixli 1582 №-li Sərəncamı ilə AMİ-nin ADPU-ya qoşulması ilə əlaqədar olaraq AMİ-nin Quba filialı ADPU-nun Quba filialı adlandırılmışdır.[7]
26 noyabr 2015-ci ildə AMİ-nin ADPU-ya qoşulduqdan sonra Quba filialı da Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı adlandırılmağa başlandı. Burada təhsil professor-müəllim heyəti tərkibində 100 nəfər çalışır ki, onlardan da 3 nəfəri elmlər doktoru, 15 nəfəri fəlsəfə doktoru, 14 nəfər baş müəllim, 4 nəfər magistr, 19 nəfəri doktorant və dissertantdır. Təhsil müəssisəsində 1000-ə yaxın tələbə təhsil alır. Tələbələr universitetdə 3 kafedrada 9 ixtisas üzrə təhsil ala bilərlər.[2] İxtisaslar:
Filialda tələbələrin təhsildə fərqlənmələrini stimullaşdırmaq məqsədilə Azərbaycanın görkəmli tarixi şəxsiyyətlərinin adlarına məbləğı 100 manat olan Heydər Əliyev adına təqaüd, hər birinin məbləği 50 manat olan Fətəli xan adına, Nadir İbrahimov adına, Səməd Vurğun adına, Abbasqulu ağa Bakıxanov adına, Badisəba xanım Köçərli adına, Kübra Fərəcova adına adlı təqaüdlər təsis edilib. Bundan başqa univeristetdə Elmi Şura, Tələbə Gənclər Təşkilatı, Tələbə Elmi Cəmiyyəti və Tələbə Həmkarlar Təşkilatı kimi strukturlar fəaliyyət göstərir.[2]
Filialın 2,5 hektar ərazisində 2 tədris binası, 35 otaqdan ibarət ikimərtəbəli yataqxana, yeməkxana binası və geniş idman meydançası var. Həmçinin filialda 190 nəfərlik Böyük akt zalı, 80 nəfərlik Kiçik akt zalı, Heydər Əliyev Məktəb-lektoriyası, Böyük Kompüter Mərkəzi, ağıllı lövhələrlə təchiz olunmuş auditoriyalar fəaliyyət göstərir.[2]