Azərbaycan Elektron İdman Növləri Federasiyası

Azərbaycan Elektron İdman Növləri Federasiyası və ya qısaca AEİNFAzərbaycanda kiberidman, videooyun və digər elektron idman növləri üzrə yarışları təşkil və nəzarət edən federasiya.[2] 25 iyun 2011-ci ildə yaradılmışdır. Federasiya, yalnız kompüter oyunlarının asudə vaxt keçirməyin bir yolu kimi deyil, insanların müəyyən fiziki və intellektual qabiliyyətlərini aşkar etmək üçün yaradılmışdır. Qurucusu və ilk prezidenti Ramil Əliyev olub.[3] 21 fevral 2023-cü ildə Adil Mahmudov yeni prezident[4] olaraq təyin olunub.

Azərbaycan Elektron İdman Növləri Federasiyası
AEİNF
Təşkilatın 2022-ci ildən bəri istifadə etdiyi loqo
Təşkilatın 2022-ci ildən bəri istifadə etdiyi loqo
Növü Kiberidman federasiyası
Fəaliyyəti 2011—h.h
Yaranma tarixi 25 iyun 2011
Rəsmi dili Azərbaycanca
Yarandığı yer Azərbaycan Bakı, Azərbaycan
Prezident Adil Mahmudov[1]
Kiber İdman Azərbaycan

2006-cı ildə Azərbaycan ilk dəfə olaraq WCG-yə üzv olmuşdur. Bu il Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Kompüter Oyunları Assosiasiyasının dəstəyi ilə Azərbaycanın ilk Milli Kompüter Oyunları Çempionatı, habelə WCG yarışlarına təsnifat oyunları keçirildi. Təsnifat ilk 3 oyunda seçilmişdir: Counter-Strike 1.6, Need for Speed: Most WantedFIFA Soccer 2006. Qaliblər, 2006-cı ilin payızında İtaliyanın Montsa şəhərində WCG-nin böyük finalında iştirak etmişdir.[5][6][7]

Bundan sonra federasiya üzvləri arasında bir sıra qeyri-rəsmi görüşlər və müxtəlif əlamətdar tarixlərə həsr olunmuş bir sıra şou oyunları keçirilmişdir.[8] Bu tədbirlərin məqsədi ictimaiyyətin diqqətini cəlb etmək idi.[9]

Bu günə qədər ikinci Milli Kompüter Oyunları Çempionatı keçirildi.[10] Federasiyanın üzv kiberidmançıları ABŞ-nin Sietl şəhərində keçirilən WCG Grand Final 2007-də iştirak etmişdir. Federasiya, yarışmada təqdirəlayiq yer tutmasa da, keçən illə müqayisədə 13 pillə önə keçmişdir. 2007-ci ilin sonunda, dekabr ayında Milli Kompüter Oyunları Assosiasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ilk rəsmi onlayn çempionat — Baku Open 2007 təşkil edilmişdir.[11]

  1. "AEINF yeni prezident təyin edildi". lent.az (az.). 14 iyun 2019. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  2. "Azerbaijan Cybersport Federation". www.facebook.com (ingilis). İstifadə tarixi: 21 aprel 2020.
  3. "Глава AzKIF: киберспортсмен с зарплатой в тысячи долларов начинается с игровой консоли". Sputnik Азербайджан (rus). 2019-07-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  4. "В Федерации электронных видов спорта Азербайджана избран новый президент". 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-22.
  5. "Киберспорт выходит на новый уровень: Все, что нужно знать о Gaming League Azerbaijan - ФОТО". 1news.az (rus). 2020-09-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  6. "Kompüter oyunları üzrə XII Azərbaycan milli çempionatının final mərhələsinə start verilib". www.infocity.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  7. "Kompüter oyunları üzrə XII Azərbaycan milli çempionatına qeydiyyat başlandı". www.infocity.az. 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  8. "Есть ли будущее у киберспорта в Азербайджане?". www.gapp.az. 2018-11-25 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  9. "DÇ-nın rəsmi oyunlar təsdiqləndi". www.infocity.az (rus). 2023-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  10. "В Азербайджане стартует крупный проект по развитию "E-sport" в стране - ФОТО (R)". Day.Az (rus). 19 noyabr 2019. 2019-11-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.
  11. "О Федерации Киберспорта Азербайджана". www.cybersport.az. 2022-01-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 aprel 2020.