Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası — 5–6 fevral 1993-cü ildə Azərbaycan Həmkarlar İttifaqlarının qurultayında təsis edilmişdir. Həmkarlar ittifaqları üzvlərinin əmək, sosial-iqtisadi hüquq və mənafelərinin təmsil və müdafiə edən Naxçıvan Muxtar Respublikasının və 26 Sahə həmkarlar ittifaqı birliklərinin könüllü ittifaqıdır. AHİK 17430 həmkarlar ittifaqı təşkilatını və təqribən 1600000 həmkarlar ittifaqı üzvünü əhatə edir. 24 fevral 1994-cü ildə "Həmkarlar İttifaqları haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası AHİK | |
---|---|
Yaranma tarixi | 5 fevral 1993 |
Sədr | Sahib Məmmədov |
ahik.org |
Qurultay Məclis-hər üzv təşkilatdan 5 nəfər təmsil olunur. İcraiyyə Komitəsi- hər üzv təşkilatdan 1 nəfər təmsil olunur. AHİK-in sədri: Mehbalıyev Səttar Suliddin oğlu "Ülfət" qəzeti-AHİK-in mətbu orqanı AHİK 2000-ci ildən Beynəlxalq Həmkarlar İttifaqı Konfederasiyasının üzvüdür. AHİK sədri Səttar Mehbalıyev 2014-cü ilin may ayından BHİK-in vitse-prezidenti, 2015-ci ilin dekabr ayından isə BHİK-in Pan Avropa Regional Şurasının vitse-prezidentidir. AHİK 1992-ci ildən hökumət və işəgötürənlər birlikləri ilə birgə Beynəlxalq Əmək Təşkilatında təmsil olunur. 1998-ci ildə I Qurultayı, 2003-cü ildə II Qurultayı, 2008-ci ildə III Qurultayı, 2013-cü ildə IV Qurultayı keçirilib.
AHİK 17 oktyabr 2000-ci il tarixdən Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür və bu beynəlxalq təşkilatın keçirdiyi bütün tədbirlərdə fəal iştirak edir. AHİK-in nümayəndəsi bu mötəbər beynəlxalq həmkarlar ittifaqı təşkilatının icraiyyə komitəsində təmsil olunur. AHİK 26 may 2004-cü ildən Ümumhəmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatıdır. Elektroenergetika və Elektrotexnika Sənayesi İşçiləri HİRK, Neft və Qaz Sənayesi İşçiləri HİRK, "İnşaat-iş" Həmkarlar İttifaqı, Toxucq və Yüngül Sənaye İşçiləri, Metal İşçiləri Hİ Federasiyası Beynəlxalq "İndustry All" təşkilatının, Dəniz nəqliyyatı Müstəqil HİRK Beynəlxalq Nəqliyyat Federasiyasının (London), Səhiyyə işçilərinin, Yerli, sənaye və kommunal — məişət müəssisələri fəhlələrinin, Müdafiə sənayesi işçilərinin həmkarlar ittifaqları PSI-nın üzvüdürlər.
Türkiyə, Fransa, Belçika, İngiltərə, Almaniya, Misir, Yaponiya, Bolqarıstan MDB dövlətləri, Çin Respublikası və 70-ə yaxın ölkələrin həmkarlar ittifaqları mərkəzləri ilə ikitərəfli dostluq əlaqələrindədir.