Sahib Məmmədov (iqtisadçı)

Sahib Əli oğlu Məmmədov (1978) — Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini.

Sahib Məmmədov
Vəzifədədir
26 avqust 2024-cü ildən
ƏvvəlkiSəttar Möhbalıyev
23 dekabr 2021 – 28 avqust 2024
NazirMikayıl Cabbarov
Şəxsi məlumatlar
Doğum tarixi 1978
Təhsili
Atası Hacı Əli Məmmədov

Təltifləri "Tərəqqi" medalı "Dövlət qulluğunda fərqlənməyə görə" medalı

1978-ci ildə anadan olub.

2000-ci ildə Kiyev Dövlət Universitetinin "Beynəlxalq hüquq" fakültəsini bitirərək bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini Maliyyə və kredit ixtisası üzrə bitirib.

BMT-nin Proqramların və layihələrin idarəolunmasının əsasları (Azərbaycan), Asiya İnkişaf Bankının İnvestisiyalar (Laos), UNİDO-nun "Qida məhsullarının qablaşdırılması və onun davamlılığının izlənməsi" (Türkiyə), Avropa İttifaqı Tasis layihəsi çərçivəsində "Regional iqtisadi inkişafın dəstəklənməsi" üzrə kursları (İrlandiya), Harvard Biznes Məktəbininin "Menecerlər üçün iqtisadiyyat" Sertifikat Proqramını bitirib.

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Əmək fəaliyyətinə 2001-ci ildə Belçika Krallığında Avropa Məsləhətçilər Təşkilatında (ECO) Avropa İttifaqı TACIS layihəsi üzrə ekspert köməkçisi kimi başlayıb.

2002-ci ildə BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının (İOM) Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə, Avropa İttifaqı və Azərbaycan arasında tərəfdaşlıq və əməkdaşlıq sazişinin icrası üzrə Azərbaycanda Avropa İttifaqı TACİS layihəsində ekspert işləyib.

2003–2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində "Europe House", BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Azərbaycan nümayəndəliyində informasiya üzrə məsul şəxs vəzifələrində işləyib.

2004–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və Davamlı inkişaf və regional siyasət şöbəsinin müdiri vəzifələrində işləyib.

2009-cu ildən İqtisadi İnkişaf Nazirliyinin Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 13 mart 2014-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini, 30 yanvar 2016-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının iqtisadiyyat nazirinin müavini vəzifəsinə təyin edilib.

Azərbaycan Respublikası Prezidentinin 13 may 2020-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi vəzifəsinin müvəqqəti icraçısı təyin olunub.[1][2]

Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2021-ci il tarixli Sərəncamı ilə iqtisadiyyat nazirinin müavini təyin edilib[3][4].

Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 2012-ci ildə "Dövlət qulluğunda fərqlənməyə görə"[5], 2018-ci ildə "Tərəqqi" medalları ilə təltif olunmuşdur.

Ailə vəziyyəti

[redaktə | mənbəni redaktə et]

Ailəlidir, 2 övladı var.

  1. "Sahib Məmmədov İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə rəis müavini vəzifəsinə təyin edilib". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  2. "İqtisadiyyat Nazirliyində kadr təyinatları aparılıb". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  3. "Sahib Məmmədov iqtisadiyyat nazirinə müavin təyin olundu". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  4. "S.Ə.Məmmədovun Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini təyin edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.
  5. "Azərbaycan Respublikasında dövlət qulluqçularının təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı". 2022-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-16.