Azərbaycan Elektron İdman Növləri Federasiyası və ya qısaca AEİNF — Azərbaycanda kiberidman, videooyun və digər elektron idman növləri üzrə yarışları təşkil və nəzarət edən federasiya.[2] 25 iyun 2011-ci ildə yaradılmışdır. Federasiya, yalnız kompüter oyunlarının asudə vaxt keçirməyin bir yolu kimi deyil, insanların müəyyən fiziki və intellektual qabiliyyətlərini aşkar etmək üçün yaradılmışdır. Qurucusu və ilk prezidenti Ramil Əliyev olub.[3] 21 fevral 2023-cü ildə Adil Mahmudov yeni prezident[4] olaraq təyin olunub.
Azərbaycan Elektron İdman Növləri Federasiyası AEİNF | |
---|---|
| |
Növü | Kiberidman federasiyası |
Fəaliyyəti | 2011—h.h |
Yaranma tarixi | 25 iyun 2011 |
Rəsmi dili | Azərbaycanca |
Yarandığı yer | Bakı, Azərbaycan |
Prezident | Adil Mahmudov[1] |
Kiber İdman Azərbaycan |
2006-cı ildə Azərbaycan ilk dəfə olaraq WCG-yə üzv olmuşdur. Bu il Azərbaycan Gənclər və İdman Nazirliyi və Milli Kompüter Oyunları Assosiasiyasının dəstəyi ilə Azərbaycanın ilk Milli Kompüter Oyunları Çempionatı, habelə WCG yarışlarına təsnifat oyunları keçirildi. Təsnifat ilk 3 oyunda seçilmişdir: Counter-Strike 1.6, Need for Speed: Most Wanted və FIFA Soccer 2006. Qaliblər, 2006-cı ilin payızında İtaliyanın Montsa şəhərində WCG-nin böyük finalında iştirak etmişdir.[5][6][7]
Bundan sonra federasiya üzvləri arasında bir sıra qeyri-rəsmi görüşlər və müxtəlif əlamətdar tarixlərə həsr olunmuş bir sıra şou oyunları keçirilmişdir.[8] Bu tədbirlərin məqsədi ictimaiyyətin diqqətini cəlb etmək idi.[9]
Bu günə qədər ikinci Milli Kompüter Oyunları Çempionatı keçirildi.[10] Federasiyanın üzv kiberidmançıları ABŞ-nin Sietl şəhərində keçirilən WCG Grand Final 2007-də iştirak etmişdir. Federasiya, yarışmada təqdirəlayiq yer tutmasa da, keçən illə müqayisədə 13 pillə önə keçmişdir. 2007-ci ilin sonunda, dekabr ayında Milli Kompüter Oyunları Assosiasiyası və Azərbaycan Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə ilk rəsmi onlayn çempionat — Baku Open 2007 təşkil edilmişdir.[11]