Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Azərbaycan Mədəniyyətinin Dostları Fondu (AMDF) — qeyri-hökumət xeyriyyə fondudur.
Fond 1995-ci ildə yaradılmışdır. Təşkilatın rəhbəri birinci vitse-prezident, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevadır.
Milli incəsənətimizin inkişafı, təbliği, xarici ölkələrdə daha geniş tanınması, Azərbaycan xalqının dünya mədəniyyətinə inteqrasiyası, yeni beynəlxalq əlaqələrin formalaşması məsələlərinin həyata keçirilməsindən ibarətdir. Fondun işi 3 istiqamətdədir — mədəni tədbirlər, xeyriyyə aksiyaları, naşirlik fondun əsas məqasədidir.
Fond Azərbərbaycanın görkəmli incəsənət xadimlərinin yubiley gecələrini təşkil etmiş, "Azərbaycan-İrs" jurnalının xüsusi nömrələrini çap etdirmiş, müxtəlif sənətkarların mahni albomlarının diskini buraxdırmışdır.
Fəaliyyət dövrü ərzində Fondun Azərbərbaycanda keçirdiyi xarici ölkə incəsənət xadimlərinin konsertləri, teatr tamaşaları, təqdimat mərasimləri, sərgilər, festivallar, mədəniyyət günləri və s. tədbirlər beynəlxalq miqyaslı hadisələr olmuşdur. Dünya şöhrətli incəsənət xadimlərinin — Bakıdakı çıxışları bu qəbildəndir.
Bu istiqamətdə təşkil olunan tədbirlər arasında "Musiqinin Böyük İpək Yolu" Beynəlxalq Klassik Musiqi festivalı və SEBA (Seul-Bakı) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyası (AKMMA) ilə birgə keçirilən Koreya Mədəniyyəti Günləri xüsusi qeyd olunmalıdır. Azərbaycan muğamını dünya miqyasında təbliğ etmək və eyni zamanda, yaymaq, həmçinin bu ulu sənəti yaşadan musiqiçi və müğənnilərə qayğı göstərmək Fondun qarşısında duran mühüm işlərdəndir. Bu istiqamətdə atılan addımlar arasında "Bakı Muğam Mərkəzi"nin yaradılması, nəfis, əhatəli, rəngarəng şəkildə tərtib edilmiş "Qarabağ xanəndələri" musiqili albomun buraxılması və onun dünyanın bir çox mötəbər incəsənət mərkəzlərində yayılması, "Bakı payızı" Beynəlxalq festivalı, IX Şərq-Qərb Bakı beynəlxalq kino festivalı, "Reklam acgözləri gecəsi" — beynəlxalq reklam filmlərinin nümayişi, 2007 ildə artıq üçüncü dəfə keçirilən Beynəlxalq Bakı Caz Festivalı (BBCF) ənənəyə çevrilmişdir.
AMDF keçirdiyi mədəni tədbirlərin, təşkil etdiyi xeyriyyə aksiyalarının miqyasına, yüksək səviyyəsinə görə təkcə vətənimizdə deyil, dünyanın bir çox ölkəsində böyük diqqətə və qiymətə layiq görülmüş, beynəlxalq aləmdə nüfuz qazanmışdır.[1]