Azərbaycan Pedaqoji İnstitutu-50 (film, 1973)

Azərbaycan Pedaqoji İnstitutu-50 filmi rejissor Niyazi Bədəlov tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Film V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuşdur.

Azərbaycan Pedaqoji İnstitutu-50
Janr sənədli
qısametrajlı
Rejissor Niyazi Bədəlov
Ssenari müəllifi Niyazi Bədəlov
Operator Seyfulla Bədəlov
İstehsalçı "Azərbaycanfilm" Kinostudiyası
İlk baxış tarixi 1973
Filmin növü qısametrajlı sənədli film
Ölkələr Azərbaycan Azərbaycan SSR
İl 1973
Texniki məlumatlar 1 hissə
270 metr
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film V.Lenin adına Azərbaycan Pedaqoji İnstitutunun yaradılmasının 50 illik yubileyinə həsr olunmuşdur. Kinolentdə təntənəli yubiley gecəsi, institutun 50 illik fəaliyyətini əks etdirən sərgi, müxtəlif laboratoriyalar, bu laboratoriyalarda təcrübə keçən müəllim və tələbələr, institutun ilk müəllimlərinin, APİ-ni bitirmiş şairlərin, nasirlərin, filoloq alimlərin fotoşəkilləri, yubileydə iştirak edən qonaqlar öz əksini tapmışdır.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenari müəllifi: Niyazi Bədəlov
Rejissor: Niyazi Bədəlov
Operator: Seyfulla Bədəlov

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Aydın Kazımzadə. Azərbaycan kinosu — 2 (filmlərin izahlı kataloqu (1898-2002)). Bakı: 2003, səh. 154-155

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
1973-cü ilin Azərbaycan filmləri
1970-ci illər Azərbaycan filmlərinin siyahısı