Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti (APYC; Азәрбајҹан Пролетар Јазычылар Ҹәмијјәти) — Azərbaycan SSR-də ədəbi təşkilat.
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti | |
---|---|
Yaranma tarixi | 1928 |
Ləğvolma tarixi | 23 aprel 1932 |
Rəsmi dili | |
Mərkəzi |
Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti 1928-ci ildə Bakıda "Qızıl qələmlər" cəmiyyəti əsasında yaradılmışdır. 1928 və 1929-cu illərdə iki qurultayı olmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin fəaliyyətində proletar ədəbiyyatının hegemonluğu uğrunda və burjua ideologiyası əleyhinə mübarizə ilə yanaşı, ədəbi inkişafa maneə olan qrupbazlıq, inzibatçılıq halları nəzərə çarpır, vulqar sosioloji səhvlərə yol verilirdi. Ümumittifaq Kommunist (bolşevik) Partiyasının Mərkəzi Komitəsinin "Ədəbi-bədii təşkilatların yenidən qruplaşması haqqında" 23 aprel 1932-ci il tarixli qərarına əsasən Azərbaycan Proletar Yazıçılar Cəmiyyəti ləğv edilmiş və Azərbaycan Yazıçılar İttifaqı yaradılmışdır.[1]