Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi - dövlət əmlakının idarə edilməsi, onun özəlləşdirilməsi, daşınmaz əmlakın dövlət reyestrinin, daşınmaz əmlakın vahid dövlət kadastrının tərtibi və aparılması, ünvan reyestrinin aparılması, dövlət torpaq kadastrı, yerquruluşu, torpaqların dövlət idarəetməsi, torpaq bazarının təşkili sahəsində dövlət siyasətini, habelə torpaqlardan istifadəyə və onların mühafizəsi sahəsində dövlət nəzarətini həyata keçirən, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olan qurumdur.
Əmlak Məsələləri Dövlət Xidməti |
---|
- Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti
|
|
Ölkə |
Azərbaycan |
Yaradılma tarixi |
19 may 2009 |
Əvvəlki qurum |
Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi |
Tabelik |
İqtisadiyyat Nazirliyi |
Baş qərargah |
Bakı Bakı |
Ünvan |
Bakı şəhəri, AZ 1029, Nizami rayonu, Heydər Əliyev pr., 139 |
Rəis |
Mətin Eynullayev[1] |
Rəis müavinləri |
Rüstəm Şahbazov |
|
Rəsmi saytı |
emlak.gov.az |
23 oktyabr 2019-cu ildə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin funksiyalarının və strukturunun genişləndirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Əmlak Məsələləri Dövlət Komitəsi müvafiq dövlət xidməti statusunda Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin strukturuna daxil edilib.[2]
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsi Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmişdir. [3]
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti haqqında qəbul edilmiş Əsasnamə ilə müəyyən edilmiş bir sıra vəzifələri həyata keçirir:[4]
- müvafiq sahəni tənzimləyən normativ hüquqi aktların hazırlanmasında iştirak etmək, onlara dair rəy və təkliflər vermək;
- müvafiq sahədə dövlət proqramlarının, inkişaf konsepsiyalarının layihələrinin hazırlanmasında iştirak etmək və həyata keçirilməsini təmin etmək;
- dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi ilə əlaqədar iqtisadiyyatın ayrı-ayrı sahələrinin inkişafının təhlilində, proqnozlaşdırılmasında və perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində iştirak etmək;
- dövlət əmlakının idarə edilməsini və özəlləşdirilməsini, onun barəsində sərəncam verilməsini, qeydiyyatının aparılmasını, özəlləşdirilən dövlət müəssisələrinə investisiyaların cəlb olunmasını təmin etmək;
- dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək, dövlətə məxsus olan hüquqi şəxslər tərəfindən dövlət əmlakının inventar siyahılarının tərtib olunmasını təşkil etmək, əmlakdan istifadə barədə hesabatlar əsasında dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, daşınmaz dövlət əmlakının təyinatının dəyişdirilməsinə razılıq vermək;
- Dövlət Əmlakının Registrinin aparılmasını təşkil etmək, bu məqsədlə dövlət orqanlarından (qurumlarından) zəruri məlumatların alınmasını həyata keçirmək;
Xidmətin strukturuna aşağıdakı qurumlar tabedir:
Strukturuna daxil olan qurumlar:
- Xidmətin Aparatı
- Bakı ərazi şöbəsi
- Sumqayıt ərazi şöbəsi
- Abşeron ərazi şöbəsi
- Gəncə ərazi şöbəsi
- Şirvan ərazi şöbəsi
- Mingəçevir ərazi şöbəsi
- Lənkəran ərazi şöbəsi
- Bərdə ərazi şöbəsi
- Ucar ərazi şöbəsi
- Qazax ərazi şöbəsi
- Xaçmaz ərazi şöbəsi
- Beyləqan ərazi şöbəsi
- Cəlilabad ərazi şöbəsi
- Şamaxı ərazi şöbəsi
- Şəki ərazi şöbəsi
- Qəbələ ərazi şöbəsi
- Şərqi Zəngəzur ərazi şöbəsi
Strukturuna daxil olmayan tabeliyindəki qurumlar:
- "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" Publik Hüquqi Şəxs
- "Hərracların Təşkili Mərkəzi" Publik Hüquqi Şəxs
- "Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi" Publik Hüquqi Şəxs