Mətin Balasən oğlu Eynullayev (22 mart 1975, Bakı) – Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi (06 may 2021-ci il tarixindən)[1], Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri (19 avqust, 2020-ci ildən)[2], Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidmətinin rəis müavini və Xidmətin rəisi səlahiyyətlərinin icraçısı (13 may, 2020-ci il tarixindən)[3], Azərbaycan Respublikasının vergilər nazirinin müavini (2018–2020)[4], 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri (27 dekabr 2018)[5], Azərbaycan Respublikasının təhsil nazirinin müavini (2017–2018)[6], Azərbaycan Respublikasının Təhsil Nazirliyinin aparat rəhbəri (2013–2017)[7]
Mətin Eynullayev | |
---|---|
Vəzifədədir | |
6 may 2021-ci ildən | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 22 mart 1975 (49 yaş) |
Doğum yeri | |
Təhsili |
|
Rütbəsi |
3-cü dərəcəli dövlət vergi xidməti müşaviri |
|
|
Təltifləri |
Mətin Eynullayev 1975-ci il 22 mart tarixində Bakı şəhərində anadan olub. Evlidir, 2 övladı var.
1992–1997-ci illər – Bakı Dövlət Universitetində təhsil alıb və hüquq fakültəsini fərqlənmə diplomu ilə bitirib.[8]
1998–2002-ci illər – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nəzdində Əlillərin Sosial Müdafiə Fondunda baş hüquqşünas vəzifəsində çalışıb.
2002–2007-ci illər – Özəl sektorda çalışıb.
2007–2009-cu illər – Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi vəzifəsində çalışıb.
2009 – 2013-cü illər – Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində sektor müdiri, şöbə müdirinin müavini, şöbə müdiri vəzifəsində çalışıb.
2013 – 2017-ci illər – Azərbaycan Respublikası Təhsil Nazirliyində Aparat rəhbərinin müavini, Aparat rəhbəri vəzifəsində çalışıb.
11 yanvar 2017-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təhsil nazirinin müavini vəzifəsinə təyin edilib.[6]
17 yanvar 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə vergilər nazirinin müavini vəzifəsinə təyin edilib.[4]
27 dekabr 2018-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi verilib.[5]
13 may 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilib və Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi səlahiyyətlərini icra edir.[1]
19 avqust 2020-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan İnvestisiya Holdinqinin İdarə Heyətinin sədri təyin edilib.[2]
06 may 2021-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin rəisi vəzifəsinə təyin edilib.[1]
16 may 2022-ci il — Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri təyin edilib.[9]
22 iyun 2015-ci il – Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif edilib.[10]