Fəxri ad - mədəniyyət, ədəbiyyat, elm, təhsil, səhiyyə, memarlıq, jurnalistika, mühəndislik, bədən tərbiyəsi və idman, mülki aviasiya, habelə dövlət qulluğu və hüquq sahəsində xüsusi xidmətlərə, yüksək peşə ustalığına və ictimai həyatda fəal iştiraka görə həm dövlət, həm ictimai təşkilat tərəfindən verilən xüsusi ad.
Bəzi ölkələrdə tarixən gələn fəxri adlar sistemi də mövcuddur. Məsələn, lord, qraf, bəy, monarx nəsli və s.
Azərbaycan Respublikasının fəxri adları Azərbaycan Respublikasının vətəndaşlarına verilir, lakin digər ölkələrin vətəndaşlarına da verilə bilər. Azərbaycanda fəxri adların verilməsi şərtləri "Azərbaycan Respublikasının fəxri adları haqqında Əsasnamə"[1] ilə tənzimlənir və Azərbaycan Respublikası Prezidentinin sərəncamı əsasında verilir. Eyni fəxri ad bir şəxsə təkrar verilmir.