Azərbaycan SSR MİK

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi
Azərbaycan Sovet Sosialist Respublikasının gerbi
Azərbaycan Sovet Sosialist Respublikasının gerbi
Ümumi məlumatlar
Ölkə Azərbaycan Azərbaycan SSR
Yurisdiksiya Azərbaycan SSR
Yaradılma tarixi 19 may 1921
Əvvəlki qurum Azərbaycan Müvəqqəti İnqilab Komitəsi
Ləğv edilib 18 iyul 1938
Sonrakı Azərbaycan SSR Ali Soveti
Baş qərargah Bakı

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur.[1]

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi.[1]

Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi.[1]

1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.[1]

Sədr Başlama tarixi Bitmə tarixi
Adı Yaşadığı illər
Muxtar Hacıyev 1876–1938 1921 1922
Səməd ağa Ağamalıoğlu 1867–1930 1922 1929
Sultanməcid Əfəndiyev (i. e.) 1887–1938 1929 1930
Qəzənfər Musabəyov 1888–1938 1930 13 dekabr 1931
Sultanməcid Əfəndiyev 1887–1938 13 dekabr 1931 1937
Mir Bəşir Qasımov (i. e.) 1879–1949 1937 1938
  1. 1 2 3 4 Азәрбајҹан ССР Мәркәзи Иҹраијјә Комитәси // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. I ҹилд: А—Балзак. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1976. С. 174.