Səməd ağa Ağamalıoğlu

Səməd ağa Ağamalıoğlu (27 dekabr 1867, Qıraq Kəsəmən, Qazax qəzası6 oktyabr 1930, Moskva) — inqilabçı, publisist, SSRİ dövlət xadimi, Azərbaycan SSR MİK sədri, ZSFSR MİK sədri, Sovet İttifaqı Kommunist Partiyası MK Siyasi Bürosunun üzvü, ilk xalq torpaq komissarı, "Şərqdə Mədəni İnqilab"ın banisi, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Səməd ağa Ağamalıoğlu
6 may 1922 – 18 sentyabr 1929
ƏvvəlkiMuxtar Hacıyev
SonrakıQəzənfər Musabəyov
bayraq
Zaqafqaziya SSR MİK üzvü
bayraq2
15 yanvar 1923 – 26 yanvar 1930
Əvvəlkivəzifə təsis edilib
SonrakıQəzənfər Musabəyov
bayraq
Azərbaycan SSR xalq torpaq komissarı
bayraq2
1 may 1920 – 21 may 1921
Əvvəlkivəzifə təsis edilib
SonrakıSultanməcid Əfəndiyev
7 dekabr 1918 – 27 aprel 1920
FraksiyaSosialistlər fraksiyası
ƏvvəlkiVəzifə təsis edildi.
Sonrakıvəzifə ləğv edildi
Şəxsi məlumatlar
Doğum tarixi 27 dekabr 1867(1867-12-27)
Doğum yeri
Vəfat tarixi 6 oktyabr 1930(1930-10-06) (62 yaşında)
Vəfat yeri
Dəfn yeri
Partiya
Fəaliyyəti siyasətçi, yazıçı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Səmədağa Həsən oğlu 1867-ci ildə Qazax qəzasının Qıraq Kəsəmən kəndində, ağa ailəsində anadan olmuşdur. Qori Seminariyasında təhsil almışdır.1887-ci ildə Vladiqafqaz hərbi progimnaziyasını bitirmişdir.1905-ci ildə bütün varidatını xidmətçilərinə verərək, 1905–1907-ci illər inqilabında əhalinin sosial- iqtisadi vəziyyətini yaxşılaşdırmaq, insan hüquqlarını müdafiə etmək, daha dinc və ədalətli cəmiyyət qurmaq uğrunda fəal iştirak etmişdir. 1917-ci ilin aprelindən RSDFP-nin birləşmiş Komitəsi İcraiyyə komitəsinin və Yelizavetpol Sovetinin üzvü olmuşdur. 1918-ci ilin fevralında Tiflisə köçmüş, yerli bolşevik "Hümmət" təşkilatının görkəmli xadimlərindən, həmin təşkilatın orqanı "Gələcək" və "Pobujdeniye" qəzetlərinin redaktoru olmuşdur. 1918-ci ilin sonunda Bakıya gəlmişdir.

1920-ci ildən Sovet İKP üzvü olmuşdur. Müsavat parlamentində sosialist fraksiyasının üzvü olan Ağamalıoğlu bolşeviklərin xəttinə tərəfdar çıxmış, müsavatçıların siyasətini qətiyyətlə pisləmiş, ingilis silahlı müdaxiləçilərinin Bakıdan çıxarılmasını, Azərbaycan ilə Sovet Rusiyası arasında ittifaq tələb etmişdir. 1930-cu ildə Moskvada vəfat edən Səməd ağa Ağamalıoğlu orada da dəfn olunmuş, sonradan cənazəsinin qalıqları Bakıya Fəxri Xiyabana köçürülmüşdür.

Azərbaycan SSR-də Ağamalıoğlunun adına kənd, ali məktəb, küçələr və s. vardı.

SSRİ Poçt Markası.

Azərbaycanda Sovet hakimiyyətinin qələbəsindən sonra respublikanın ilk xalq torpaq komisarı, 1921-ci ildə Azərbaycan SSR MİK sədrinin müavini, SSRİ-nin 1-ci Sovetlər qurultayında (1922) SSRİ MİK üzvü, sonra SSRİ MİK Rəyasət heyətinin üzvü, 1922–1929-cu illərdə Azərbaycan SSR MİK sədri, habelə ZSFSR(Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası) MİK sədrlərindən biri olmuşdur. Dəfələrlə AK(b)P MK, ÜİK(b)P Zaqafqaziya Ölkə Komitəsi tərkibinə seçilmişdir. 1922 il avqustun 11-də V. İ. Leninlə görüşmüş, respublikanın ictimai, siyasi və iqtisadi vəziyyəti haqqında məlumatlar vermiş, Azərbaycan SSRİ-sində istifadə olunan ərəb-fars əlifbasının latın əlifbası ilə əvəz olunması və qadınlara çadranı çıxarma hüququnun verilməsi təkliflərini irəli sürmüşdür. V. İ. Lenin bu təklifləri çox bəyənmiş və bunu Şərqdə Mədəni İnqilab adlandırmışdır. Səməd ağa Ağamalıoğlu 1921-ci ildə yaradılmış Ümumittifaq Yeni Türk Əlifbası Komitəsinin sədri olmuşdur. Azərbaycanda və Sovet Şərqinin digər respublikalarında yeni latın əlifbasına keçilməsinə rəhbərlik etmişdir. Ağamalıoğlu geniş publisist fəaliyyət göstərmişdir.

  • "Azərbaycanın siyasi vəziyyəti" (1919)
  • "Bizim yolumuz hayanadır?" (1924)
  • "Türk aləmində mədəni məsələlər" (1924)
  • "Türk-tatar xalqlarının təxirəsalınmaz mədəni ehtiyacları" (1925)
  • В борьбе за новый тюркский алфавит: (К 1 Всесоюз. тюрколог. съезду): Сборник статей С. Агамалы-Оглы, Г. Бройдо, Л. Жиркова [и др.] / Под общ. ред. М. Павловича. Москва: Науч. ассоц. востоковедения при ЦИК СССР, 1926:
  • Elmdən və tarixdən. Bakı: Yeni Türk əlifba komitəsi, 1927.
  • Две культуры. Баку: Азгиз, 1927.
  • "Oktyabr inqilabı və yeni əlifba", (1927)
  • Культура и письменность востока: сборник Всесоюзного Центрального Комитета нового Тюркского алфавита [ред. кол.] С. А. Агамалы-оглы, С. Д. Асфендиаров [отв. ред.], С. М. Диманштейн, Н. Т. Тюрякулов. Москва: [б. и.], 1928:
  • İki mədəniyyət. Bakı: Azərnəşr, 1928;
  • Namus. Bakı: Azərnəşr, 1929.
  • Xəlil Nəcəfov. Səmədağa Ağamalıoğlu (bioqrafik oçerk). Bakı: Azərnəşr. 1966.;
  • Xəlil Nəcəfov. S. Ağamalıoğlunun ictimai-siyasi və ateist görüşləri. Bakı: Azərnəşr. 1968.;
  • Salatın Əhmədova. Böyük ömrün səlnaməsi. Bakı: Ecoprint. 2018.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]