Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi (Azərbaycan SSR MİK) — 1921–1938-ci illərdə Azərbaycan Sovet Sosialist Respublikasının ali qanunverici, sərəncamverici və nəzarətedici orqanı.
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi | |
---|---|
| |
Ümumi məlumatlar | |
Ölkə | Azərbaycan SSR |
Yurisdiksiya | Azərbaycan SSR |
Yaradılma tarixi | 19 may 1921 |
Əvvəlki qurum | Azərbaycan Müvəqqəti İnqilab Komitəsi |
Ləğv edilib | 18 iyul 1938 |
Sonrakı | Azərbaycan SSR Ali Soveti |
Baş qərargah | Bakı |
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin ilk tərkibi 1921-ci ilin may ayında Birinci Ümum-Azərbaycan Sovetlər qurultayında seçilmişdir. İlk sədri Muxtar Hacıyev olmuşdur.[1]
Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi respublikada fəhlə-kəndli hökuməti və bütün dövlət orqanlarının fəaliyyətinə ümumi rəhbərlik edir, dekret və qərarlar verir, respublika hökumətinin verdiyi qanun layihələrinə baxaraq təsdiq edirdi. Respublikanın siyasi və ictimai həyatının ümumi normaları, respublika büdcəsi mütləq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsində müzakirə və təsdiq olunurdu. Komitə sovetlər qurultayları qarşısında məsul idi və ona hesabat verirdi.[1]
Komitənin sessiyaları iki ayda bir dəfə çağırılırdı və sessiyalararası dövrdə onun funksiyalarını Mərkəzi İcraiyyə Komitəsinin Rəyasət Heyəti həyata keçirirdi.[1]
1937-ci il Azərbaycan SSR Konstitusiyasının qəbul edilməsi və onun əsasında Azərbaycan SSR Ali Sovetinin seçilməsi ilə əlaqədar olaraq Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi fəaliyyətini dayandırmışdır.[1]
Sədr | Başlama tarixi | Bitmə tarixi | |
---|---|---|---|
Adı | Yaşadığı illər | ||
Muxtar Hacıyev | 1876–1938 | 1921 | 1922 |
Səməd ağa Ağamalıoğlu | 1867–1930 | 1922 | 1929 |
Sultanməcid Əfəndiyev (i. e.) | 1887–1938 | 1929 | 1930 |
Qəzənfər Musabəyov | 1888–1938 | 1930 | 13 dekabr 1931 |
Sultanməcid Əfəndiyev | 1887–1938 | 13 dekabr 1931 | 1937 |
Mir Bəşir Qasımov (i. e.) | 1879–1949 | 1937 | 1938 |