Azərbaycan SSR iqtisadiyyatı

Azərbaycan SSR iqtisadiyyatı — Azərbaycan SSR ərazisində formalaşmış, SSRİ iqtisadiyyatının bir parçası. Azərbaycan SSR iqtisadiyyatı Zaqafqaziya iqtisadi rayonuna daxil idi.

İlk sovet buruğu № 7575, Bakı, 1924.

Əsas aparıcı sənaye sahələri:

  • Neft
  • Qaz
  • Kimya
  • Maşınqayırma və metaləritmə
  • Yüngül
  • Yeyinti

Azərbaycan SSRi məkanında ən qədim neft və qaz çıxarılma rayonu olmuşdur. Neft və qaz əsasən Abşeron yarımadası, Kür-Araz ovalığı və dəniz sahələrində çıxarılırdı. Neftayırma sahəsi əsasən Bakıda cəmləşmişdi. Respublikanın Daşkəsən rayonunda dəmir filizi, alunit çıxarılırdı. Respublika iqtisadiyyatına tələb olunan elektrik enerjisinin 90 % İstilik Elektrik Stansiyaları ödəyirdi. İri elektrik stansiyaları:Azəırbaycan İstilik Elektrik Stansiyası, Əli-Bayramlı İstilik Elektrik stansiyası. Mingəçevir SES isə ən iri SES stansiya idi. Metallurgiya sənayesi isə əsasən Sumqayıt və Kirovabadda cəmləşmişdi. Burad polad istehsalı, cüqun boruların hazırlanması həyata keçirilirdi. Burada kimya və neft maşınqayırması sahələri daha çox inkişaf edirdi. Elektrotexnika və radioelektronika sahələri əsasən Bakıda cənlənmişdi. Kimya sənayesinə aid olan müxtəlif məhsullar istehsal edilirdi. Kimya sənayesinin əsas mərkəzləri Sumqayıt və Bakı şəhərləri idi. Müxtəlif növ tikimnti materialları istehsal edilirdi:sement, asbest məhsulları və dəımir-beton konstruksiyaları. Yükgül sənayenin pambılq, ipək, yun trikotaj parçaların hazırlanması və xalça istehsalı kəyata keçirilirdi (Bakı, Gəncə, Mingəçevir, Şəki, Xankəndi). Yeyinti sənayesinin əsas sahəsi isə konserv, tütün, çay və çərabçılıq olmuşdur.

Kənd təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

1986-cı ildə respublikada 808 sovxoz və 608 kolxoz vardı. Kənd təsərrüfatına cəlb olunmuş 4.1 mln ha torpaq sahəsi vardı:

  • əkin sahəsi — 1,4 mln ha.
  • otlaq — 2,1 mln ha.

Əkilən torpaq sahələri— 1,33 mln (1986).

Əkinçilik kənd təsərrüfatı istehsalının 70 % ödəyirdi. Əsas texniki bitki əkini pambıqılıq idi. 1986-cı ildə 784 min ton pambıq istehsal edilmişdi. Pambıqçılıq əsasən Kür-araz ovalığında cəmləşmişdi. Böyük və Kiçik Qafqazın ərazisində tütün, Lənkəran ovalığında çay yetişdirilirdi. Əkinçiliyin 31 % taxılçılıq sahəsini təşkil edirdi. Respublikada 1986-cı ildə 855 min ton tərəvəz, 1539 min ton üzüm istehsal olunmuşdu. Subtropik meyvə istehsalı önəmli yer tuturdu: Nar, əncir, heyva və s. Ətlik və sdlük istiqamətli heyvandarlıq inkişaf etmişdi. Respunlikada 2 mln baş iribuynuzlu, 5.7 mln baş isə qoyun və keçi vardı. İpəkçilik inkişaf edirdi.

Əsas nəqliyyat əlaqəsi dəmiryolu idi. 1986-cı ilə yolların uzunluğu:

  • dəmir yolları — 2,07 min km,
  • avto yollar — 24,4 min km (bunun 22,8 min km sərt örtüyə sahib idi.).

Ən iri dəniz limanı Bakı şəhərində yerləşirdi. Bakı ilə Türkmənbaşı arasınad vbərə əlaqəsi vardı. Neft kəmərləri: BakıBatumi, ŞirvanBakı; qaz kəmərləri: QaradağAğstafa və b.