Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci

Bakı Dövlət Rabitə və Nəqliyyat KolleciAzərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində, Azərbaycan Texniki Universitetinin nəzdində olan orta-ixtisas təhsili müəssisəsi[1]

Rabitə və Nəqliyyat Kolleci
Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci
Əsası qoyulub 26 avqust 2002
Tip orta-ixtisas təhsili müəssisəsi
Direktor Bəxtiyarov Bəxtiyar
Şəhər Bakı Bakı
Ölkə
Ünvan Yasamal rayonu, Şərifzadə küçəsi, 131

26 avqust 2002-ci ildə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarına əsasən Bakı Rabitə KolleciBakı Dəmir Yolu Nəqliyyatı Texnikumu birləşdirilərək onların bazasında yaradılmışdır[2].

Bakı Rabitə Elektrotexnikumu 1931-ci ildə Bakı mərkəzi teleqrafın nəzdində fabrik-zavod təhsili bazası kimi fəaliyyətə başlamışdır. Texnikum 1990-cı ilədək keçmiş SSRİ Rabitə Nazirliyinin tabeçiliyində fəaliyyət göstərmişdir. 1991-ci ildə SSRİ Rabitə Nazirliyinin 157 saylı əmri ilə texnikuma Azərbaycanda ilk dəfə olaraq kollec statusu verilmişdir və Bakı Rabitə Kolleci adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 17 avqust tarixli, 280 nömrəli qərarı ilə adı dəyişdirilərək Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci adlanmışdır.[3]

Kollec müstəqillik illərində

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 13 iyul 2000-ci il tarixli fərmanı ilə kollec Azərbaycan Respublikası Rabitə Nazirliyinin tabeçiliyindən Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 140 saylı və Təhsil Nazirliyinin 786 saylı əmrinə müvafiq olaraq Bakı Rabitə Kollecinin bazasında Bakı Dəmir Yolu Texnikumu ilə birlikdə Bakı Dövlət Rabitə və Nəqliyyat Kolleci yaradılmışdır.

Bakı Dəmiryolu Texnikumunun tarixi

[redaktə | mənbəni redaktə et]

Bakı Dəmir Yolu Texnikumu 1933-cü ildən ZSFSR üçün peşə təhsili bazasında mütəxəssis hazırlanması üçün yaradılmışdır. 1946-cı ildən təhsil ocağı texnikum adlandırılmışdır.

1950-ci ildə Azərbaycan Dəmiryolu Zaqafqaziya Dəmir Yolundan ayrılaraq müstəqil olmuş və Dəmir Yolu Texnikumu SSRİ Yollar Nazirliyinin tabeçiliyində fəaliyyətini davam etdirmişdir.

Azərbaycan müstəqillik əldə etdiyi dövürdən 2000-ci ilədək texnikum Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinə tabe olmuşdur.

2000-ci ildən etibarən texnikum məlum fərmanla Təhsil Nazirliyinin tabeçiliyinə verilmişdir.

Kollecdə aşağıdakı ixtisaslar üzrə mütəxəssislər hazırlanır:[4]

  • Mühasibat uçotu;
  • Vaqon və refrijerator təsərrüfatı;
  • Nəqliyyatda daşımaların təşkili;
  • Poçt rabitəsi;
  • Radiorabitə. radio verilişləri və televiziya;
  • Çoxkanallı telekommunikasiya sistemləri;
  • Rabitə qovşaqları və kommunikasiya sistemləri;
  • Mobil şəbəkələr;
  • Kompüter sistemləri və kompleksləri.
  • Kompüter şəbəkələri ve hesablama texnikasının temiri ve servis xidmeti.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]