Teleqraf (q.yun. τῆλε — "uzaq" + γρᾰ́φω — "yazıram") — siqnalların naqil və ya digər elektrorabitə vasitəsilə ötürülməsi.
24 may 1844-cü ildə amerikalı ixtiraçı Samuel Morze kəşf etdiyi teleqraf aparatının köməyi ilə, özünün yaratdığı kodla ilk teleqramı göndərmişdir. Morzenin teleqraf aparatı 1851-ci ildə Avropanın teleqraf xətləri üçün standart kimi rəsmi olaraq təsdiq edildi.
1853-cü ildə məşhur amerikalı ixtiraçı Devid Edvard Hyuz (David Edward Hughes) teleqraf çap qurğusunun yaradılması ilə məşğul olmuşdur. Bu qurğunun təkmilləşdirilməsində ona Corc Felps (George May Phelps) kömək etmişdir. Hyuzun qurğusu 1856-cı ildə Massaçusetsdə Vorçester və Sprinqfild şəhərləri arasında əlaqə yaratmaq üçün istifadə edilmişdir. Hyuz mikrofonun, induktiv tərəzinin və sonometrin də yaradıcısıdır. 1902-ci ildə London Kral Cəmiyyəti onun şərəfinə Hyuz medalını təsis etmişdir.[1]