Azərbaycan Turizm və Menecment Universiteti — Azərbaycan Respublikasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən ali təhsil müəssisəsi.[1]
Azərbaycan Turizm və Menecment Universiteti | |
---|---|
40°23′52″ şm. e. 49°51′26″ ş. u. | |
Əsası qoyulub | 2006 |
Rektor | İlham Mədətov |
Şəhər | Bakı |
Ölkə | |
Ünvan | Koroğlu Rəhimov küc., 822/23 |
Sayt |
atmu.edu.az/en/web/index atmu.edu.az/az/web/index |
Universitetin tarixi Azərbaycan Turizm İnstitutunun yaranma tarixindən başlayır.
Azərbaycan Respublikası Prezidentinin 25 avqust 2005-ci il tarixli 972 saylı sərəncamına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 13 fevral 2006-cı il tarixli 45 saylı qərarı ilə təsis edilmişdir. İnstitut dövlət təhsil sistemi standartına uyğun olaraq Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin nəzdində yaradılmışdır.
Azərbaycan Respublikası Prezidentinin 5 iyul 2006-cı il tarixli, 1556 nömrəli Sərəncamına əsasən Cəfər Məmməd oğlu Cəfərov Azərbaycan Turizm İnstitutunun rektoru təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2014-cü il tarixli, 945 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin Turizm İnstitutunun bazasında ali təhsilin bütün pillələrində turizm və menecment sahələri üzrə kadr hazırlığını həyata keçirən Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin tabeliyində Azərbaycan Turizm və Menecment Universiteti yaradılmışdır.[1]
Universitetin ilk rektoru Cəfər Məmməd oğlu Cəfərov olmuşdur. O, Azərbaycan Respublikası Prezidentinin 30 dekabr 2014-cü il tarixli, 976 nömrəli Sərəncamına əsasən Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir[2].
Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2017-ci il tarixli Sərəncamı ilə İlham İsa oğlu Mədətov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsinə təyin edilmişdir[3].