Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşlığı haqqında qanun - Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşlıq normalarını müəyyən edən qanunvericilik aktı.
1919 il avqustun 11 –də Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti tərəfindən qəbul edilmişdir.
Qanun 4 bölmədən ibarət idi:
düşməsi. Qanunun birinci bölməsinin 1-ci maddəsinə əsasən, milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, özləri və ya valideynləri Azərbaycan Xalq Cümhuriyyəti ərazisində doğulmuş keçmiş Rusiya imperiyası vətəndaşları Azərbaycan Xalq Cümhuriyyətinin vətəndaşları hesab olunurdu
Qanuna görə, Azərbaycan vətəndaşlarından doğulanlar, Azərbaycan vətəndaşlarına ərə getmiş xarici vətəndaşlar, 17 yaşı tamam olmamış və Azərbaycan vətəndaşı tərəfindən övladlığa götürülmüş xarici vətəndaşlar Azərbaycan Xalq Cümhuriyyəti vətəndaşı hüququ qazanırdılar. Xarici vətəndaşa ərə getmiş Azərbaycan vətəndaşı boşandıqda, 17 yaşına çatmamış Azərbaycan vətəndaşının xarici vətəndaşdan doğulmuş övladı, elmi və digər istedadı ilə Azərbaycana xüsusi xidmət göstərmiş və Azərbaycana köçmüş xarici vətəndaş, Azərbaycanda hərbi və mülki xidmətdə olan xarici vətəndaş da Azərbaycan vətəndaşlığı hüququ əldə edirdi. Azərbaycan vətəndaşlığını qəbul edən hər bir şəxs Azərbaycan dövlətinə sədaqət barədə Əsasnamədə olan xüsusi mətn əsasında and içməli idi
Azərbaycan vətəndaşı başqa ölkənin vətəndaşlığını qəbul etdikdə o, Azərbaycan vətəndaşlığı hüququnu itirirdi. Azərbaycan vətəndaşlığından çıxmaq istəyən şəxslər yerli dairə məhkəmələrinin inzibati bölməsinə ərizə ilə müraciət etməli və öz ərizələrində hansı ölkənin vətəndaşlığını qəbul etdiklərini bildirməli idilər.
Azərbaycan vətəndaşlığından çıxmış şəxs yenidən Azərbaycan vətəndaşlığına qayıtmaq barədə yalnız 5 ildən sonra ərizə ilə müraciət edə bilərdi. İcazəsiz olaraq xarici vətəndaşlığı qəbul etmiş şəxslər isə yalnız Cümhuriyyət Hökuməti daxili işlər nazirinin xüsusi icazəsi ilə yenidən Azərbaycan vətəndaşlığını qəbul edə bilərdilər.