Azərbaycan Xalq Cümhuriyyətində Avstriya-Macarıstanın hərbi heyəti — Avstriya-Macarıstan imperiyasının, Bakının azad edilməsindən sonra buraya göndərdiyi nümayəndə heyəti nəzərdə tutulur.[1]
Avstriya-Macarıstan hərbi heyəti polkovnik-leytenant Paulun yanındakı bir zabit, bir neçə əsgər və əlavə olaraq əsir məsələləri ilə məşğul olan iki-üç zabitdən ibarət idi. Polkovnik-leytenant Paul müəyyən müddət Bakıda qaldıqdan sonra Tiflisə qayıtdı. Yalnız əsir məsələləri ilə məşğul olanlar Bakıda qalmağa davam edirdi. Avstriyalılar Rusiyadan gələn Avstriya əsirləri arasında bəzilərinin ordu adından mülki şəxs kimi zavod və müəssisələrdə işləməsinə icazə vermişdilər.[1]
Avstriyalılar almanlardan fərqli olaraq heç nəyə müdaxilə etmirdilər. Ancaq Bakının işğalı zamanı uşaq evi, xəstəxana və yetimxanalarda baş verən təcavüz, zərər və ziyan haqqında təhqiqat aparılmasının zəruriliyinə dair Avstriyanın Tiflisdəki nümayəndəsi Baron de Franket Şitabet tərəfindən bir məktub göndərilmiŞdi. Bununla yanaşı, Baron 1918-ci il oktyabr ayının 12-də Tiflisdən öz ölkəsinə qayıdarkən mədəni şəkildə vidalaşaraq oradan yola düşmüşdü.[1]