Azərbaycan Xalq Cümhuriyyətinin xronologiyası — bu məqalədə Azərbaycan Xalq Cümhuriyyətinin tarixində baş verən əsas hadisələrlə yanaşı, respublikanın yaranması və mövcudluğu ilə bilavasitə bağlı olan hadisələr də təqdim olunur. Bütün hadisələr xronoloji ardıcıllıqla izlənilir.
- 1918, 23 fevral – Zaqafqaziya Seyminin açılması, Gegeçkorinin başçılığı ilə Zaqafqaziya hökumətinin təşkili
- 1918, 7 mart – Zaqafqaziya Seymi tərəfindən aqrar qanunun qəbulu.
- 1918, 14-20 mart – Zaqafqaziya Seymi ilə Türkiyə arasında Trabzon konfransının keçirilməsi.
- 1918, mart-aprel – Bolşevik-daşnak qüvvələri tərəfindən Azərbaycanlıların soyqırımı
- 1918, 22 aprel – Zaqafqaziya Seymi tərəfindən Zaqafqaziyanın müstəqilliyinin elan edilməsi
- 1918, 25 aprel – Bakı Soveti Xalq Komissarları Şurasının təşkili.
- 1918, 1 may – Qubanın Bakı Soveti qoşunları tərəfindən tutulması 1918, 11may – Batum Sülh Konfransı
- 1918, 26 may – Zaqafqaziya Seyminin son iclası
- 1918, 27 may – Azərbaycan Milli Şurasının təşkili; Azərbaycanın müstəqillik aktının qəbulu
- 1918, 28 may – Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsi
- 1918, 28 may – Azərbaycanın istiqlaliyyəti haqqında Aktın (Əqdnamə) qəbul edilməsi
- 1918, 28 may – 17 iyun - F. Xoyskinin başçılığı altında I hökumət kabinetinin fəaliyyət dövrü
- 1918, 4 iyun – Azərbaycan və Osmanlı hökumətləri arasında Sülh və Dostluq müqaviləsinin imzalanması
- 1918, 5 iyun – Türk ordusunun Yelizavetpola daxil olması
- 1918, 16 iyun – Azərbaycan Cümhuriyyəti Milli Şurasının və hökumətinin Tiflisdən Gəncəyə köçməsi
- 1918, 17 iyun – Milli Şuraının buraxılması
- 1918, 17 iyun-7 dekabr – F. Xoyskinin başçılığı altında II Hökumət Kabinetinin fəaliyyət dövrü
- 1918, 23 iyun – Azərbaycanda hərbi vəziyyətin elan edilməsi
- 1918, 26 iyun – Müsəlman korpusunun Azərbaycan korpusuna çevrilməsi haqqında Azərbaycan hökumətinin qərar qəbul etməsi. Azərbaycan Milli Ordusunun yaradılması
- 1918, 26 iyun – Zaqatala Quberniyasının yaradılması
- 1918, 27 iyun – Qafqaz İslam Ordusunun Göyçay yaxınlığında Bakı Sovet qoşunları üzərindəki qələbəsi
- 1918, 27 iyun – Azərbaycan (türk) dilinin Azərbaycan Cümhuriyyətinin Dövlət Dili elan edilməsi
- 1918, 10 iyul – Qafqaz İslam Ordusunun Kürdəmir və Şamaxını azad etməsi
- 1918, 11 iyul – Azərbaycan hökumətinin ümumi səfərbərlik haqqında qərar qəbul etməsi
- 1918, 25 iyul – Bakı Soveti tərəfindən ingilislərin Bakıya dəvət edilməsi haqqında qərarın qəbulu
- 1918,30 iyul – Çar Rusiyasının istilası zamanı Yelizavetpol adlandırılmış Gəncə şəhərinin tarixi adının bərpa edilməsi
- 1918, 31 iyul – Bakı Xalq Komissarları Şurasının süqutu
- 1918, 1 avqust – Sentrokaspi Diktaturası və Fəhlə Əsgər Deputatları Sovetinin Müvəqqəti İcraiyyə Komitəsinin birgə hökumətinin təşkili
- 1918, 4 avqust – İlk ingilis qoşun dəstəsinin Bakıya gəlməsi
- 1918, 28 avqust – Azərbaycan dilinin tədris edilməsi haqqında Nazirlər Şurasının qərarı
- 1918, 28 avqust - Azərbaycanın bütün qəzalarında Azərbaycan (türk) dilində axşam kurslarının təşkil edilməsi
- 1918, 4 sentyabr – İngilis qoşunlarının Bakını tərk etməsi
- 1918, 15 sentyabr – Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi
- 1918, 17 sentyabr – Azərbaycan hökumətinin Bakıda fəaliyyətə başlaması
- 1918, 5 oktyabr – Azərbaycan Xalq Cumhuriyyətinin Bakı Sovetinin milliləşdirmə haqqında dekret və sərəncamlarını ləğv etməsi və müəssisələrin əvvəlki sahiblərinə qaytarılması
- 1918, 18 oktyabr – Bakı şəhərində “Türk Ocağı” cəmiyyətinin yaranması
- 1918, 30 oktyabr – Türkiyə və Antanta ölkələri arasında Mudros müqaviləsinin imzalanması
- Oktyabr - Dövlət teatrının təşkili
- 1918, 1 noyabr – Hərbi Nazirliyin təsis edilməsi
- 1918, 9 noyabr – Azərbaycan Cümhuriyyətinin Dövlət Bayrağı haqqında qanunun qəbul edilməsi
- 1918, 16 noyabr – Azərbaycan Milli Şurasının bərpası; Qori seminariyasının Azərbaycan bölməsinin Qazaxa köçü- rülməsi
- 1918, 17 noyabr – General Tomsonun başçılıq etdiyi ingilis qoşunlarının Mudros müqaviləsinə əsasən Azərbaycana daxil olması
- 1918, 20 noyabr – Azərbaycan Cümhuriyyəti Parlamenti haqqında qanunun qəbulu
- 1918, 29 noyabr – Xəzər Donanması ticarət gəmilərinin ingilis komandanlığının ixtiyarına keçməsi, “İngilis dəniz nəqliyyatı”nın yaranması
- 1918, 7 dekabr – Azərbaycan Cümhuriyyəti Parlamentinin açılışı
- 1918, 26 dekabr – F. Xoyskinin başçılığı ilə III Hökumət Kabinetinin təşkili; Gürcüstan və Azərbaycan arasında tranzit müqaviləsinin bağlanması
- 1918, 28 dekabr – Azərbaycan Cümhuriyyəti hökumətinin tanınması haqqında Bakı general-qubernatoru Tomsonun deklarasiyası
- 1919, 15 yanvar – Qarabağ general-qubernatorluğunun yaradılması; Azərbaycan Cümhuriyyəti Silahlı Qüvvələri Baş Qərargahının təşkili
- 1919, 4 fevral – Parlamentin Aqrar Komissiyasının təşkili
- 1919, 25 fevral – F.Xoyskinin III Hökumət Kabinetinin istefası
- 1919, 5 aprel – Hərbi Nazirliyin Bakıya köçürülməsi
- 1919, 14 aprel – Azərbaycan Cümhuriyyəti Parlamentinin N.Yusifbəyli başda olmaqla IV Hökumət Kabinetini təsdiq etməsi
- 1919, 28 may – Azərbaycan nümayəndə heyətinin Paris Sülh Konfransında ABŞ prezidenti Vilsonla görüşü
- 1919, 29 may – Cənubi Qafqaz Respublikalarının Tiflis kohfransının keçirilməsi
- 1919, 31 may – Arbitraj orqanının yaradılması haqqında hökumətin qərar qəbul etməsi
- 1919, 11 iyun – Hökumətin Dövlət Müdafiə Komitəsinin təşkili haqqında qərar qəbul etməsi; Dövlət Müdafiə Komitəsi tərəfindən Azərbaycan Cümhuriyyəti ərazisində hərbi vəziyyət elan edilməsi
- 1919, 13 iyun – Paris Sülh Konfransında Kolçakın Rusiya ərazisində ali hakimiyyətinin tanınması haqqında sənədin qəbul edilməsi; Azərbaycan, Gürcüstan, Şimali Qafqaz, Belarusiya Ukrayna, Estoniya və Latviya nümayəndələrinin buna etiraz etməsi
- 1919, 13 iyun – İngilislərə qarşı Bakıda nümayişlərin keçirilməsi
- 1919, 16 iyun – Azərbaycan-Gürcüstan arasında hərbi müdafiə aktının imzalanması
- 1919, 27 iyun – Ərazi bütövlüyünü birgə qorumaq haqqında Azərbaycan-Gürcüstan müqaviləsini Parlamentin təsdiq etməsi
- 1919, 6 avqust – General Tomsonun Xəzər Hərbi Donanmasını Denikinin könüllülər ordusuna vermək barədə sərəncam imzalaması
- 1919, 11 avqust – Cümhuriyyət Parlamentinin Azərbaycan vətəndaşlığı haqqında qanunu qəbul etməsi
- 1919, 24 avqust – İngilislərin Bakını tərk etməyə başlamaları
- 1919, 24 avqust – Azərbaycan Dövlət Bankının yaradılması haqqında qanun qəbul edilməsi
- 1919, 1 sentyabr – Bakı Dövlət Universitetinin açılması haqqında qanun qəbul edilməsi
- 1919, 13 sentyabr – Baş nazir N.Yusifbəylinin IV Hökumətin Sədri vəzifəsindən istefası
- 1919, 25 oktyabr – Azərbaycan Dövlət Bankının açılışı
- 1919, 23 noyabr – Tiflisdə Azərbaycan və Ermənistan tərəfləri arasında baş verən bütün münaqişələrə son qoyulması və sərhəd məsələsinin sülh yolu ilə həll edilməsini nəzərdə tutan müqavilənin imzalanması
- 1919, 2-11 dekabr – Türk Ədəmi-Mərkəziyyət Müsavat partiyasının II qurultayı
- 1919, 22 dekabr – Parlamentin N.Yusifbəylinin başçılığı ilə V Hökumət Kabiheti tərkibini təsdiq etməsi
- 1920, 2 yanvar – Sovet Rusiyasının Denikinə qarşı birgə mübarizə aparmaq təklifi haqqında Azərbaycan Cümhuriyyətinə birinci dəfə nota verməsi
- 1920, 11 yanvar – Azərbaycanın müstəqilliyini Paris Sülh Konfransında Antanta Ali Şurasının de-fakto tanıması
- 1920, 14 yanvar – F.Xoyskinin Rusiyanın Denikinlə mübarizəsinin onun daxili işi olması haqqında Çiçerinə cavab notası verməsi
- 1920, yanvar – Paris Sülh Konfransının Azərbaycan Cümhuriyyətinə kömək göstərilməsi haqqında qərar qəbul etməsi
- 1920, 23 yanvar – Q.Çişerinin Azərbaycan hökumə- tini Denikinə qarşı mübarizəsindən imtina etməkdə ittiham edən ikinci notasının verilməsi
- 1920, 18 fevral – M.Hacınskinin Daxili İşlər naziri vəzifəsindən istefa verməsi
- 1920, 20 mart – Azərbaycan-İran müqaviləsinin bağlanması; Bu müqaviləyə əsasən Azərbaycanın İran tərəfindən de-yure tanınması
- 1920, 23 mart – Əkin və Əkinçilik naziri Ə.C.Pepinovun istefa verməsi
- 1920, 23 mart – Azərbaycan və Gürcüstan arasında ticarət müqaviləsinin imzalanması
- 1920, 9 aprel – Poçt və Teleqraf naziri sosialist C.Hacınskinin istefa verməsi
- 1920, 15 aprel – F.Xoyskinin Q.Çiçerinə Rusiya qoşun hissələrinin Azərbaycan sərhədlərində cəmləşməsi ilə bağlı Azərbaycan dövlətinin narahatlığını ifadə edən notası
- 1920, 27 aprel – XI Qızıl Ordunun Azərbaycan Xalq Cumhuriyyəti ərazisinə daxil olması
- 1920, 28 aprel – Azərbaycan Cümhuriyyəti Parlamenti tərəfindən Azərbaycan İnqilab Komitəsinin hakimiyyəti ona təhvil verməsi haqqında ultimatumunu qəbul etməsi.[1][2][3]
- ↑ Qeyd: Azərbaycan tarixi. Yeddi cilddə. V cild.- B., 2001.
- ↑ Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi, M.F.Afundov adına Azərbaycan Milli Kitabxanası, AXC - 90 (1918-1920), Bakı, 2008
- ↑ "Arxivlənmiş surət" (PDF). 2022-03-03 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2018-05-02.