Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şivələrdə ahəng qanunu ədəbi dilə nisbətən bir o qədər də möhkəm deyildir. Ayrı-ayrı şivələrdə ahəng qanununa eyni dərəcədə riayət olunmur. Saitlər ahənginin saxlanması və pozulması baxımından baxımından şivələr üç qrupa bölünür:
1. Ahəng qanununa ciddi riayət olunan şivələr
2. Ahəng qanununun tez-tez pozulduğu şivələr
3. Ahəng qanunu bəzi hallarda pozulan şivələr
Bu qrupa Qazax, Qarabağ və Gəncə şivələri daxildir. Qazax və Qarabağ şivələrində dodaq ahəngi də ədəbi dilimizə nisbətən inkişaf etmişdir. Ədəbi dildə damaq ahənginə əsasən iki variantda işlənən şəkilçilərin Qazax və Qarabağ şivələrində dodaq variantları da özünü göstərir: otlayırdı (ədəbi dil) – otdordu (Qazax) – otduyurdu (Qarabağ). Ədəbi dildə ahəng qanununa tabe olmayaraq, sözün əvvəlində i səsi işləndiyi halda, Qazax, Gəncə və Qarabağın bəzi şivələrində ı səsi ilə işlənir: ışıx, ılxı, ıldırım.
Buraya Quba, Bakı, Şəki, Zaqatala, Qax, Ordubad, Culfa, Lənkəran və Təbriz şivələri aiddir. Bu şivələr də ahəng qanunu həm söz köklərində, həm də şəkilçilərdə pozulur. İncə saitli sözlərə qalın saitli şəkilçilər qoşulur: gidax, gəlmax, günnux, dedıx və s. Bakı şivəsində əksər hallarda qalın saitli sözlərə incə saitli şəkiləilər əlavə olunur: alaceg, almeg, almani və s.
Bu qrupa Şamaxı, Naxçıvan və Muğan şivələri daxildir. Ahəng qanununun pozulma məqamları:
Şivələrlə dodaq ahəngi damaq ahəngi ilə müqayisədə zəifdir. Lakin qərb şivələrində, xüsusilə Qazax şivəsində açıq dodaq saitlərinin ardıcıllığı gözlənilir. Bu hadisəyə daha çox sözün iki hecasında riayət olunur. Qazax şivəsində açıq dodaq saitlərinin ardıcıllığı iki şəkildə təzahür edir:
1) Açıq dodaq saitlərinin ardıcıllığı: olmor, yoxlo:r, ötö:r, köçmör və s.
2) Açıq və qapalı dodaq saitlərin ardıcıllığı: quror, düşör, tutordu.
Bakı şivəsində bəzən açıq dodaq saitlərinin ardıcıllığına rast gəlinir: bobon öydödü? Dodaq ahənginin pozulma məqamları:
Şivələrdə damaq ahəngi qüvvətlidir. Lakin bəzi şivələrdə damaq ahənginin pozulması halları da mövcuddur:
Assimilyasiya hadisəsi şivələrdə geniş yayılmışdır. Təsir istiqamətinə görə assimilyasiyanın iki növü var:
1) İrəli assimilyasiya;
2) Geri assimilyasiya.
İrəli assimilyasiya da bir səs özündən sonra gələn səsə təsir edərək onu ya tamamilə öz məzrəcinə uyğunlaşdırır və ya başqa səsə çevirir. Aşağıdakı tipləri var:
Geri assimilyasiyada isə bir səs özündən əvvəl gələn səsi ya tamamilə öz məxrəcinə uyğunlaşdırır və ya başqa səsə çevirir. Əsas tipləri bunlardır:
Dissimilyasiya hadisəsinə görə eyni cinsdən olan iki səsdən biri başqa (fərqli) səslə əvəz olunur və ya düşür. Dissimilyasiya da təsir istiqamətinə görə iki növü olur:
1) İrəli dissimilyasiyada;
2) Geri dissimilyasiyada.
İrəli dissimilyasiyada eynicinsli səslərdən ikincisi başqa səsə çevrilir. Əsas tipləri bunlardır:
Geri dissimilyasiyada eyni cinsli səslərdən birincisi başqa səslə əvəz olunur:
Yerdəyişmə də şivələrə xas olan fonetik hadisələrdəndir. Bu hadisə şivələrdə iki şəkildə özünü göstərir:
1) yanaşı yerdəyişmə;
2) yanaşı olmayan yerdəyişmə.
Yanaşı yerdəyişmədə qonşu səslər dəyişir. Əsas tipləri bunlardır:
Yanaşı olmayan yerdəyişmə də müxtəlif mövqeli səslər dəyişilir. Aşağıdakı tipləri yayılmışdır:
Səs artımı hadisəsinə şivələrdə tez-tez rast gəlinir. Bu hadisə həm saitləri, həm də samitləri əhatə etməklə sözün bütün mövqelərində özünü göstərir.
Söz əvvəlində saitlərin artımı (proteza). Bu hadisə alınma sözlərdə st, sk, sp, şk, ş, r, l səslərindən əvvəl baş verir: Alınma sözlərdə st, sk, sp, şk səslərindən əvvəl qapalı saitlərin artımı Azərbaycan dilində söz əvvəlində iki kar samitin yanaşı işlənməməsi və st, sk, sp, şk, r samitləri ilə başlayan heca tiplərinin olmaması ilə bağlıdır:
Söz əvvəlində samitlərin artımı:
1) y səsinin artımı (Zaqatala, Qax, Naxçıvan, Qazax) şivələrdə qapalı saitlərdən və açıq a səsindən əvvəl müşahidə olunur: yeniş (Naxçıvan), yıldız, yıldırım, yılxı, yuca, yüzük (Zaqatala, Qax), yaloy/ yalov (Qazax) və s.
2) h səsinin artımı əksər şivələrdə, xüsusilə də Zaqatala və Qax şivələrində nəzərə çarpır: haçar hindi, hasan (əksər şivələrdə), herik, ho, hoны//huna, həmək (Zaqatala, Qax).
Söz ortasında sait artımı (epenteza). Şivələrdə alınma sözlərdə iki samit arasına sait artımı nəzərə çarpır:
Söz ortasında samitlərin artımı:
Söz sonunda saitlərin artımı. Şivələrdə bu hadisəyə az hallarda sonor səslərdən sonra rast gəlinir: həmi, qədərə, metrə, indiyənətənə.
Söz sonunda samitlərin artımı.
Səslərin düşümü hadisəsi də sözün əvvəlində, ortasında və sonunda müşahidə olunur.
Saitlərin düşümü hadisəsi vurğusuzluqla bağlı və sözlərin birləşməsi nəticəsin- də meydana çıxır: Smail, xəznə, qəhrman oğlun, oğla, qayya, quyya, Əlquli, qaroğlan.
Samitlərin düşümü:
Söz köklərində samitlərin qoşalaşması türk dillərinə xas olan fonetik hadisələrdəndir. Bu hadisə Azərbaycan şivələrində həm kar, həm də cingiltili samitləri əhatə edir: