Azərbaycan gölləri

Azərbaycanın gölləriAzərbaycan Respublikasında mövcud olan göllər nəzərdə tutulur.

Azərbaycanda 450-dək müxtəlif mənşəli böyük və kiçik göl var. Onların bir çoxu turizm məkanlardan uzaq yaxud mühafizə olunan ərazilərdə yerləşdiyi üçün çox az sayda göl istirahət edənlər üçün əlçatandır. Bunların içərisində təbii olanlarla yanaşı süni göllər də mövcuddur.[1]

Göllərin tipləri

[redaktə | mənbəni redaktə et]

Mənşəyinə görə Azərbaycanda 7 tip göl müşahidə edilir:

  1. Buzlaq mənşəli göllər (Şahdağ, Bazardüzü, Murovdağ və s. zirvələr olan yüksəklik zonada yerləşirlər);
  2. Subasar mənşəli göllər (əsasən Kürün subasar hissəsində yerləşirlər – Sarısu, Hacıqabul, Mehman, Ağgöl və s.);
  3. Bənd mənşəli göllər (Kiçik Qafqazda müşahidə olunurlar – Göygöl, Maralgöl, Ağgöl, Qaragöl və s.);
  4. Laqun mənşəli göllər (Xəzər dənizinin sahilboyu zonasında yerləşirlər – Gümüşovan, Ağzıbirçala və s.);
  5. Karst mənşəli göllər (Qobustanda, Acınohurda, Ceyrançöldə yerləşirlər);
  6. Sürüşmə mənşəli göllər (Ataçay, Sumqayıtçay, Girdimançay və s. çayların hövzələrində yerləşirlər);
  7. Relikt mənşəli göllər (Abşeron yarımadasında yerləşirlər – Masazır, Böyükşor, Kürdəxanı, Qanlıgöl və s.).
Ağgöl
Sarısu
Mingəçevir
  1. "Azərbaycanın əsrarəngiz gölləri - AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi". web.archive.org. 2022-03-25. Archived from the original on 2022-03-25. İstifadə tarixi: 2024-10-03.