Girdimançay

GirdimançayKürün sol qoludur. İsmayıllı, AğsuKürdəmir rayonları ərazisindən axır.

Girdimançay
Lahıc qəsəbəsi yaxınlığında (İsmayıllı rayonu)
Lahıc qəsəbəsi yaxınlığında (İsmayıllı rayonu)
Ölkə  Azərbaycan
Mənsəbi Kür
Uzunluğu 88 km
Hövzəsinin sahəsi 727 km²
Girdimançay (Azərbaycan)
mənbəyi
mənsəbi
Girdimançay Azərbaycanın fiziki xəritəsində:

40°59′34″ şm. e. 48°17′01″ ş. u.HGYO

40°09′25″ şm. e. 48°02′50″ ş. u.HGYO
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Uzunluğu 88 km, hövzəsinin sahəsi 727 km²-dir. Başlanğıcını Babadağ aşırımının 1 km cənub-şərqindən (2900 m) alaraq süni kanal vasitəsilə Kürə tökülür. İllik axımı qar (24%), yağış (39%) və yeraltı (37%) sulardan əmələ gəlir. Orta illik su sərfi 4,20 ml/san-dir. Axımının 36%-i yazda, 25%-i yayda, 24%-i payız-da, 15%-i isə qışda keçir. İntensiv suvarma dövründə (iyul, avqust aylarında) keçən axım illik axımın 15%-ni təşkil edir. Çayda ən çox su yaz-yay daşqını dövründə müşahidə edilir. Daşqın dövründə keçən su sərfi orta illik su sərfindən 15–20 dəfə çox olur. Çayda ən az su (4–6%) yanvar-fevral aylarında keçir. Çayın asılı gətirmələr sərfi 10,6 kq/san, orta lillənməsi isə 2500 q/kub m-dir. Suyu sulfatlı-natriumlu olmaqla minerallaşması 500--.1000 mq/l, orta minerallaşması isə 560 mq/l-dir.

Qaraməryəm yaylası qarşısında çay bir neçə qola ayrılıb Şirvan düzünə çıxır və əkin sahələrinin suvarılmasından geniş istifadə edilir. Çayda tez-tez küclü sellər baş verir.

İsmayıllı, AğsuKürdəmir rayonları ərazisində çay. Kürün sol qoludur. Baş Qafqaz silsiləsinin, Babadağın c. yamaclarından (2900 m. yüksəklikdən) başlanıb, Qaraməryəm yaylası qarşısında bir neçə qola ayrılır və Şirvan düzünə çıxır. Aşağı axınında suyu kanalla Ağsuçaya axıdılır. Çayda sel hadisələri olur. Hidronim erkən orta əsrlərdə mövcud olmuş, Qafqaz Albaniyasının tərkibinə daxil olan Girdiman tarixi vilayətinin adındandır.

Vilayətin adı isə Girdiman qalasının adından alınmışdır. Tədqiqatçıların ehtimalına görə, bu qala İsmayıllı rayonunun Talıstan kəndi yaxınlığında, Ağçayın sahilində, sıldırım qaya üzərində yerləşən Cavanşir qalasıdır. Fələki ġirvani (XII əsr) bu qalanı Girdimanqala adlandırmışdı. Erməni mənbələrində Qardman kimi adı çəkilən bu əyalət Uti nahiyəsinin 6 əyalətindən biri olub, Girdiman hökmdarlığının mərkəzi idi. Bəzi tədqiqatçılar toponimin İran mənşəli karta(qala) sözündən və məkan bildirən -man şəkilçisindən olduğunu söyləyirlər.[1]

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. iki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007