Bu səhifənin səhifə silmə qaydasına əsasən silinə biləcəyi güman edilir. Əgər səhifənin silinməsinə dair etirazınız varsa, silinməyə namizəd səhifələr səhifəsində bu barədə fikrinizi bildirin. Müzakirə davam etdiyi müddət ərzində səhifədəki bu xəbərdarlığı silməyin.
Bu məqalə sonuncu dəfə 4 saniyə əvvəl Yousiphh (müzakirə | töhfələr) tərəfindən redaktə olunub. (Yenilə) |
Azərbaycan kinosu və müharibə — Azərbaycan kinosunun İkinci Dünya müharibəsi ərəfəsində, dövründə və ondan sonrakı tarixi haqqında kitab.[1]
Azərbaycan kinosu və müharibə | |
---|---|
Müəllif | Aydın Kazımzadə |
Orijinalın dili | Azərbaycan |
Ölkələr | Azərbaycan |
Rəssam | Xalidə Kazımova |
Tərtibat | Aydın Kazımzadə |
Nəşriyyat | Nağıl evi |
Nəşr | 2005 |
Səhifə | 198 |
Növ | Kitab |
Tiraj | 500 |
Kitabın müəllifi Aydın Kazımzadə, redaktoru Mürvət Bəyişli, rəyçisi sənətşünaslıq elmləri namizədi İlham Qazızadə, rəssamı Xalidə Kazımova, korrektoru isə İlahə Hüseynovadır.
Kitabda İkinci Dünya müharibəsi dövründə Azərbaycan kino işçilərinin ön cəbhədə həm çəkilişlər aparmalarından, həm də əldə silah düşmənlə üz-üzə vuruşmalarından, arxa cəbhədə gecəni gündüzə qataraq dövrün kino salnaməsini lentə almalarından danışılır. Burada müharibədən sonrakı illərdə kinematoqrafçılarımızın müharibə mövzusunda bədii və sənədli filmlər yaratmalarından geniş söhbət açılır. Bu filmlərdə faşizm üzərində Qələbənin qazanılmasında ölkəmizin bütün zəhmətkeşlərinin, ələlxüsus neftçilərin, neftçi-alimlərin, Azərbaycan neftinin müstəsna rolu haqqında da bəhs olunur.
Kitab, mədəniyyət və incəsənət işçiləri, kinoşünas – mütəxəssislər, kino həvəskarları və oxucuların geniş dairəsi üçün nəzərdə tutulmuşdur.
Kitab, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunmuşdur.