Azərbaycan kinosu və müharibə (kitab)

Azərbaycan kinosu və müharibəAzərbaycan kinosunun İkinci Dünya müharibəsi ərəfəsində, dövründə və ondan sonrakı tarixi haqqında kitab.[1]

Azərbaycan kinosu və müharibə
Müəllif Aydın Kazımzadə
Orijinalın dili Azərbaycan
Ölkələr Azərbaycan Azərbaycan
Rəssam Xalidə Kazımova
Tərtibat Aydın Kazımzadə
Nəşriyyat Nağıl evi
Nəşr 2005
Səhifə 198
Növ Kitab
Tiraj 500

Kitab haqqında

[redaktə | mənbəni redaktə et]

Kitabın müəllifi Aydın Kazımzadə, redaktoru Mürvət Bəyişli, rəyçisi sənətşünaslıq elmləri namizədi İlham Qazızadə, rəssamı Xalidə Kazımova, korrektoru isə İlahə Hüseynovadır.

Kitabda İkinci Dünya müharibəsi dövründə Azərbaycan kino işçilərinin ön cəbhədə həm çəkilişlər aparmalarından, həm də əldə silah düşmənlə üz-üzə vuruşmalarından, arxa cəbhədə gecəni gündüzə qataraq dövrün kino salnaməsini lentə almalarından danışılır. Burada müharibədən sonrakı illərdə kinematoqrafçılarımızın müharibə mövzusunda bədii və sənədli filmlər yaratmalarından geniş söhbət açılır. Bu filmlərdə faşizm üzərində Qələbənin qazanılmasında ölkəmizin bütün zəhmətkeşlərinin, ələlxüsus neftçilərin, neftçi-alimlərin, Azərbaycan neftinin müstəsna rolu haqqında da bəhs olunur.

Kitab, mədəniyyət və incəsənət işçiləri, kinoşünas – mütəxəssislər, kino həvəskarları və oxucuların geniş dairəsi üçün nəzərdə tutulmuşdur.

Kitab, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çap olunmuşdur.

  1. "Arxivlənmiş surət". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-04.