Azərbaycan medalı

Azərbaycan medalı (fars. نشان آذرآبادگان‎) — İran şahı Məhəmməd Rza Pəhləvi tərəfindən 12 dekabr 1946-cı il tarixində təsis edilmiş medal. 1945-ci ilin dekabrında Azərbaycan Demokrat Firqəsi Seyid Cəfər Pişəvəri öndərliyindəki Azərbaycan Milli Hökumətini təsis etmişdir. Buna baxmayaraq, İran ordusu ABŞBöyük Britaniyanın dəstəyi ilə Təbriz şəhərinə yenidən daxil olur və Azərbaycan Milli Hökumətini işğal edir. Şah Azərbaycan böhranı zamanı vuruşmuş hərbi qulluqçuları bu medalla mükafatlandırmışdı.[1][2]

Azərbaycan medalı
fars. نشان آذرآبادگان

Ölkə  İran
Kimə verilir Azərbaycan böhranında vuruşmuş hərbçilər
Status təqdim olunmur
Statistika
Təsis tarixi 12 dekabr 1946
  1. "Iran Persia Shah Pahlavi Order of Azarabadegan Medal | #25686559". worthpoint.com (ingilis). Worthpoint. July 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2020.
  2. "The Pahlavi Dynasty". royalark.net (ingilis). Royal Ark. February 5, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: January 29, 2020.