Azərbaycan muğamı (film, 2009)

Azərbaycan muğamı filmi rejissor Emin Mirabdullayev[1] tərəfindən 2009-cu ildə çəkilmişdir. "Yaddaş" Sənədli Filmlər Studiyasında[1] istehsal edilmişdir. Film Azərbaycan muğamından bəhs edir.

Azərbaycan muğamı
Azərbaycan muğamı
Janr sənədli
qısametrajlı
Rejissor Emin Mirabdullayev
Prodüser Cavid İmamverdiyev
Ssenari müəllifi Şəhla Mahmudova
Operator Yusif Şəfiyev
İstehsalçı "Yaddaş" Sənədli Filmlər Studiyası
İlk baxış tarixi 2009
Filmin növü qısametrajlı sənədli film
Müddət 24 dəq.
Ölkələr Azərbaycan Azərbaycan
Dil azərbaycanca
İl 2009
Rəng rəngli

Məzmun[redaktə | mənbəni redaktə et]

Film Azərbaycan muğamından bəhs edir. Burada xanəndələr (Əlibaba Məmmədov, Alim Qasımov), musiqi xadimləri (Eldar Mansurov, Nadir Axundov) mürəkkəb ideya, emosional məna daşıyan, dərin və bitkin təfəkkür, bədii həyəcan və müxtəlif musiqi obrazlarının inkişafını ifadə edən Azərbaycan muğamı barədə öz fikirlərini söyləyirlər.

Eyni zamanda, yazıçı Anarın muğam sənəti haqqında fikirləri, onun həyat yoldaşı Zemfira Səfərin xanəndə Cabbar Qaryağdıoğlu haqqında söhbətləri də filmdə öz əksini tapıb.[1]

Filmin üzərində işləyənlər[redaktə | mənbəni redaktə et]

Ssenarist: Şəhla Mahmudova
Rejissor: Emin Mirabdullayev
Operator: Yusif Şəfiyev
Prodüser: Cavid İmamverdiyev

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. 1 2 3 Ayxan. ""Azərbaycan muğamı" hazırdır". Ekspress (az.). ANL. 22 iyun 2009. İstifadə tarixi: 2017-11-24.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]

Azərbaycan filmlərinin siyahısı
2009-cu ilin Azərbaycan filmləri
2000-ci illər Azərbaycan filmlərinin siyahısı