Azərbaycan paxlavası — Azərbaycan, Türk, Cənubi Asiya, Orta Şərq və Balkan mətbəxlərində yer almış önəmli bir xəmir şirniyyatdır. Amma 8 avqust 2013-cü ildə AB Komissiyası tərəfindən paxlavanın Türk mətbəxinə məxsus şirniyyat olduğu qeyd olunmuşdur. Nazik xəmirlər arasında qoz, fındıq, badam və ya püstə əlavə edilərək hazırlanır. Azərbaycanda daha çox qoz ləpəsi ilə hazırlanır.
Xəmiri hazırlayaq. Südü qaba töküb ilıq qızdırırıq. Yağı əridirik. Mayanı ilıq suda qarışdırırıq 5–10 dəqiqə qalır köpüklənir. Unun ortasına yumurtanı, mayanı, südü, yağı, xamanı və duzu əlavə edirik. Yumşaq xəmir yoğururuq. Xəmirin üstünə neylon çəkib, dəsmal qoyub, ədyala bükürük, 2 saat acımağa qoyuruq. İçlik hazırlayırıq. Qozu tavada qovurub qabığını təmizlədikdən sonra qoz çəkən maşından keçiririk. Çəkilmiş qozu şəkər tozu və hil ilə qarışdırırıq. Yuxaları yağlamaq üçün yağı əridirik. Şərbəti hazırlayırıq. Qaba suyu və şəkər tozunu əlavə edib qaynara düşən kimi 2–3 dəqiqə qaynadıb, götürük. Üzünə çəkmək üçün yumurta sarısını bir qaba sındırıb çalırıq. Üzü üçün badam ləpəsini təmizləyirik. Bax: Badam ləpəsinin təmizlənməsi Xəmir 2 saata acıyır. Xəmiri hər tava üçün12 hissəyə bölürük. İki kündəni böyük qalanlarını balaca kündələyirik.
Yuxanı (az) unla yayırıq. Tavanı yağlayıb yuxanı səririk. Yuxaya yağ töküb yağlayırıq. Hər qata 1 stəkandan 1 barmaq aşağı içlik səpirik. Yenə yuxanı sərib yağlayırıq. Bu şəkildə bütün qatları hazırlayırıq. Axırıncı qatı qoyduqdan sonra kənarlarını yaxşı düzəldirik. Xəmiri romb şəklində kəsirik. Yarım saat saxlayırıq. Sonra yumurtalayıb ortalarına badam ləpələrini qoyuruq. 180 dərəcə qızdırılmış sobada üzü az qızarana qədər bişiririk. Sonra çıxarıb yağlayırıq. Dərəcəni 150 dərəcəyə qoyuruq. Üzü tam qızarana yaxın çıxarıb şərbətini tökürük. Hər iki halda bıçaqla kəsilən yerlərlə bir də gedirik ki, həm yağ həm də şərbət hər yana yaxşı yayılsın. Şərbəti tökdükdən sonra sobada 3–5 dəqiqə saxlayıb götürürük. Paxlava ilıq olanda tavadan tək-tək çıxarıb başqa düz qaba aralı yığırıq.
Qeyd: Paxlavanın üzünün parıltılı və gözəl olmağını istəyirsinizsə onda paxlavanın şərbətindən 3 x.q götürüb 1 x.q bal ilə əridib firça ilə hazır olan isti paxlavanın üzünə çəkirik.
Qabığı soyulmuş badam və ya qozdan hazırlana bilər. 8–10 təbəqədən ibarətdir. Üst təbəqəsi sarısı ilə qarışdırılmış zəfəranlaInsert non-formatted text here örtülmüşdür. Hər almaz formalı parçanın üst qatının ortasına yarım qoz və ya püstə qoyulur. Paxlava hazır olmamışdan 15 dəqiqə əvvəl üzünə şərbət və ya bal tökülür.
Bu növ paxlava xüsusilə rəngi ilə seçilir. Quba paxlavasının üzlük qatı zəfəran qarışığı və qırmızı rəngli əlavə ilə örtülmüşdür. Quba paxlavası təqribən 50 riştə qatından ibarətdir.
Şəki halvası da deyilir. Rişta, içlik (fındıq, hil və keşniş toxumu) və şərbətdən hazırlanır.