Azərbaycan təhsil tarixi (I cild) — "Azərbaycan təhsil tarixi" çoxcildliyinin birinci cildi.
Azərbaycan təhsil tarixi | |
---|---|
Azərbaycan təhsil tarixi | |
Müəllif | Misir Mərdanov |
Janr | Tarix |
Orijinalın dili | Azərbaycanca |
Ölkələr | Azərbaycan |
Orijinalın nəşr ili | 2011: I |
Nəşriyyat | Təhsil |
Cild | I |
Səhifə | 296 səhifə |
Çoxcildlikdə verilən yeni materiallar, arxiv sənədləri, şəkillər, qədim məktəblərin tarixi ilə bağlı məlumatlar. Qori Müəllimlər Seminariyası Azərbaycan şöbəsinin məzunlarının və bolşevik diktaturasının qurulması ərəfəsində yaşayıb-yaratmış 400 nəfərdən çox ziyalımızın adı toplanmış siyahı təhsil tariximizin təhrif edilmiş səhifələrinin bərpası baxımından çox qiymətlidir.
Görkəmli maarif fədailərimizin , mütəfəkkirlərimizin və pedaqoqlarımızın həyatı, onların xalqın maariflənməsi yolunda, qeyri-bərabər mübarizədə göstərdikləri dözüm və casarət haqqında qısa oçerklər bu fundamental əsəri daha maraqlı və oxunaqlı edir. Bu baxımdan çoxcildliyi həm də təhsil tariximizin publisistik dillə qələmə alınmış ensiklopediyası da adlandırmaq olar.
Kitabda təhsilimizin inkişafında müstəsna xidmətləri olan bu böyük şəxsiyyətlər və digər ziyalılar haqqında portret-oçerklər verilmişdir. "Azərbaycan təhsil tarixi" çoxcildliyi bir orjinal xüsusiyyəti ilə də oxucuların diqqətini çəkəcəkdir: indiyədək çap olunmuş əsərlərin, məqalələrin, dərsliklərin, əlavə oxu materiallarının əksəriyyətində tarixi şəxsiyyətlərin, müəlliflərin, tədqiqatçıların soyadları tam, ad və ata adı isə inisiallarla verilirdi.
Birinci cilddə qədim dövrdən 1920-ci ilin aprel işğalına kimi təhsilin inkişaf mərhələləri təhtil edilir. "Azərbaycan təhsil tarixi" Azərbaycan təhsilinin çətin və şərəfli inkişaf yolu haqqında salnamədir. Kitabda 1080 azərbaycanlı haqqında məlumat var.
Kitabın yazılmasında məqsəd Azərbaycan təhsil tarixinin şərəfli keçmişini, bügünkü nailiyyətlərini aydın göstərməkdir. Hər bir vətəndaş ötən əsrlərdə ziyalılarımızın necə çətinliklərlə qarşılaşdığını, millətin balalarını təhsilə cəlb etmək üçün hansı məhrumiyyətlərə dözdüyünü bilsin.
Heydər Əliyevin ziyalılara müraciətlə dediyi: "Azərbaycan təhsili, məktəbləri sona çatan XX əsrdə çox böyük nailiyyətlər əldə edib. Əsrin əvvəllərində Azərbaycanın mütəfəkkir şəxsləri, maarifçiləri, ziyalıları, müəllimləri xalqımızı savadsızlıqdan, ətalətdən çıxarmaq, maarifləndirmək, təhsil inkişaf etdirmək üçün çox işlər görmüşlər. Əgər Azərbaycan Respublikasının təhsil tarixi yazılsa (bu tarix yazılmalıdır), şübhəsiz ki, hər mərhələdə görülən işlər orada əksini tapacaq və öz qiymətini alacaqdır".
Qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk-islam dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun sakinləri hələ qədim zamanlardan yazı və oxu mədəniyyətinə sahib olmuşlar. "Azərbaycan təhsil tarixi"nin hazırlanmasında tədqiqatçı alimlərin "Şərqdə təhsillə bağlı humanist, demokratik fikirlər Qərbdən xeyli əvvəl formalaşmış və inkişaf etmişdir" — fikri metodoloji əsas kimi götürülmüşdür.
Qədim tarixə və zəngin mədəniyyətə malik olan, coğrafi cəhətdən türk-islam dünyasının mərkəzində yerləşən Azərbaycan və bu yurdun sakinləri hələ qədim zamanlardan yazı və oxu mədəniyyətinə sahib olmuşlar.
XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycanda ali təhsil müəssisələri olmasa da, Həsən bəy Zərdabi, Əsgər ağa Gorani, Nəcəf bəy Vəzirov, Nəriman Nərimanov, Əbdürrəhim bəy Haqverdiyev, Əli bəy Hüseynzadə, Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtlı, Əlimərdan bəy Topçubaşov və onlarla digər ziyalılarımız Avropanın, Rusiyanın, Türkiyənin və digər qabaqcıl ölkələrin ali təhsil ocaqlarında təhsil almışlar. Onlar millətin tərəqqisini, inkişafını hər zaman özlərinin həyat amalı hesab etmişlər.
Amerika alimlərindən biri Nəsirəddin Tusi haqqında yazırdı: "Əgər Qərb alimləri Tusinin nələr yaratdığından xəbərdar olsaydılar, o zaman öz kəşflərini yeni hesab etməzdilər. Çünki təhsil-tərbiyə sahəsində XIV-XV əsrlərdə Qərb humanistlərinin irəli sürdüyü ideyaların bir çoxu daha mükəmməl, daha humanist və demokratik şəkildə XIII əsr Azərbaycan alimi Nəsirəddin Tusi tərəfindən irəli sürülmüşdür".
Kitab tədqiqatçılar, müəllimlər, tələbələr və geniş pedaqoji ictimaiyyət üçün nəzərdə tutulmuşdur.