Azərbaycan tarixi (Z. Bünyadov və Y. Yusifov)

Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) — Ziya BünyadovYusif Yusifovun redaktəsilə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən tövsiyə edilmiş ali məktəblər üçün dərslik.

Azərbaycan tarixi
Orijinalın dili Azərbaycan dili
Ölkə Azərbaycan Azərbaycan
Nəşriyyat Azərnəşr (2014-cü ildə Apastrof)
Səhifə 680
ISBN ISBN 5-552-01386-7

Dərslikdə Azərbaycanın qədim və orta əsrlər etnik tarixindən, dövlət quruluşlarından, sosial-iqtisadi və siyasi həyatından, mədəniyyətindən, dini görüşlərindən, həmçinin Rusiya tərəfindən işğal edilməsindən, regionda kapitalist münasibətlərin yaranmasından və inkişafından bəhs edilir.[1]

Əsərin girişi tarix elmləri doktoru Y. Yusifov, I fəsil tarix elmləri doktoru H. Cəfərov, II-VI fəsillər Y. Yusifov, VIII-IX fəsillər tarix elmləri namizədi R. Əliyev, X fəsil tarix elmləri doktoru V. Piriyev, XI-XIV fəsillər tarix elmlər doktoru S. Məmmədov, XV-XXI fəsillər AMEA-ın müxbir üzvü M. İsmayılov, ("Azərbaycanın işğalı" bölməsi M. İsmayılov və S. Məmmədov), XXII fəsil tarix elmləri namizədi S. Bayramzadə tərəfindən hazırlanmışdır.[1]

Kitabın rəyçiləri Bakı Dövlət Universitetinin Azərbaycanın qədim və orta əsr tarixi kafedrasının professoru Süleyman Əliyarlı, Azərbaycanın yeni və ən yeni tarixi kafedrasının müdiri Q. Bayramov və AMEA-ın müxbir üzvü İ. Babayevdir. Kitabın əsas redaktorları Yusif Yusifov və Ziya Bünyadovdur.[1]

  1. 1 2 3 Azərbaycan tarixi, 2014. səh. x
  • Ziya Bünyadov və Yusif Yusifov (redaktorlar). Azərbaycan tarixi (ən qədim zamanlardan XX əsrədək) (PDF). Bakı: Apastrof. 2014.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]