Bu məqaləni vikiləşdirmək lazımdır. |
Süleyman Sərdar oğlu Əliyarlı (18 dekabr 1930, Şahsevən eli – 16 yanvar 2014, Bakı) — Azərbaycan tarixçisi, tarix elmləri doktoru, professor[1]
Süleyman Əliyarlı | |
---|---|
Süleyman Sərdar oğlu Əliyarlı | |
Doğum tarixi | |
Doğum yeri | Şahsevən, Karyagin rayonu, Azərbaycan SSR, SSRİ |
Vəfat tarixi | (83 yaşında) |
Vəfat yeri | Bakı, Azərbaycan |
Vətəndaşlığı | |
Həyat yoldaşı | Mina xanım |
Elm sahəsi | Tarix |
Elmi dərəcələri | tarix elmlər doktoru, professor |
Təhsili |
18 dekabr 1930-cu ildə Karyagin (indi Beyləqan) rayonunun Şahsevən kəndində dünyaya gəlmişdir.
1954-cü ilində Moskva Dövlət Universitetini fərqlənmə ilə bitirmişdir.
Moskva Dövlət Universitetinin tam beşillik kursunu 1954-cü ildə fərqlənmə diplomu ilə bitirdikdən sonra Azərbaycan MEA Tarix İnstitutunda 5 il çalışmışdır. Aspiranturanın son kursundan Bakı Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasına müəllim vəzifəsinə dəvət edilmiş və ömrünün sonunadək həmin kafedrada çalışmışdır.
1962-ci ildə "Bakı proletariatının vəziyyəti" adlı namizədlik dissertasiyasını müdafiə etmiş və tarix elmləri namizədi adını almışdır 1975-ci ildə "Azərbaycan neft sənayesində inhisarlar" mövzusunda doktorluq dissertasiyasını müdafiə edərək tarix elmləri doktoru elmi dərəcəsini almışdır. 1989–2000-ci illər Azərbaycan Milli Məclisinin Yer adları (Toponimiya) komissiyasına başçılıq edib. 1992–2001-ci illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olub. 1990-cı ildə Azərbaycan Əməkdar elm xadimi fəxri adına layiq görülüb. 2000-ci ildə Türk Tarix Kurumunun fəxri üzvü seçilib.
1978 mayından 2001-ci ilin iyun ayına kimi, yəni 23 il Azərbaycan tarixi kafedrasına başçılıq etmişdir. Elmi fəaliyyəti zamanı hər zaman konyukturadan uzaq tutmağa çalışıb. 1969-cu il tarixində Azərbaycanın Rusiyaya könüllü birləşməsi tezisinə qarşı çıxaraq, onun işğal edilməsini, Rusiya metropoliyasının iqtisadi müstəmləkəsinə çevrildiyini bəyan etmiş və nəticədə sovet rejiminin təqiblərinə məruz qalmışdır. 1983–84 illərdə Azərbaycan etnogenezinin ümumtürk tarixi köklərə dayandığını araşdıraraq bir sıra elmi əsərlər çap etdirmiş, buna görə də Moskva və Bakı retroqradlarının hücumları ilə üzləşmişdir.
1989–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin Yer Adları (Toponimiya) Komissiyasına başçılıq etmiş; 1992–2001 illərdə Azərbaycan Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin üzvü olmuşdur. 1990 da "Azərbaycanın Əməkdar Elm Xadimi" adına layiq görülüb.
2000-ci ildə "Türk və Türkiye tarihi ile ilgili değerli araştırmalarından dolayı" Türk Tarix Qurumunun "Şərəf Üyəsi" (fəxri üzvü) seçilib. Adı çəkilən "Türk Tarix Kurumu" və "Center For Balkan Turkology Researches" kimi beynəlxalq elmi təşkilatlar ilə elmi əməkdaşlıq etmişdir.
Türkcə və ingiliscə çap olunmuş 26 cildlik "Türklər (The Turks)" (Ankara, 2002) adlı ensiklopedik əsərin, Yayın Kurulu heyətinin üzvü və müəlliflərindən biridir.
AMEA Tarix İnstitutunda çalışıb. 1959-cu ildən Bakı Dövlət Universitetinin Tarix fakültəsində "Azərbaycan tarixi "(ümumi kurs) və magistraturada ixtisas kursları: "Türk epik abidələri tarixi mənbə kimi" və "Azərbaycan türklərinin etnogenezisi" və s. üzrə mühazirələr oxumuşdur. 150-dən çox elmi məqalə, 7 monoqrafiya və 8 kitab müəllifidir. 18 elmlər namizədi və 3 nəfər elmlər doktoru yetişdirib.
Azərbaycan və əski Türk tarixində epik abidələr və etnogenezis problemi üzrə beynəlxalq seminar, simpozium və konfranslarda iştirak etmişdir: XI, XII, XIII, XIV, XV Türk Tarix konqresləri (1990, 1994, 1999, 2002, 2006); I türk Dünyası Tarix Konqresi (New York, 1992); III Uluslararası Atatürk Sempozyumu (Gazi Maqusa, Kuzey Kıbrıs Türk Cumhuriyeti, 1995); Uluslararası Dede Korkut konfransı (Konya 1998); "Türk Xalqlarının ədəbi keçmişi" Uluslararası sempozyum (Kafkas Universiteti, 2004); IV Uluslararası Güney-Doğu Avrupa Türkolojisi sempozyumu (Prizren-Kosovo, 2007) və onlarca başqaları.