Azərbaycanda badminton — Azərbaycanda badminton idman növü.
Azərbaycanda badminton idman növü 1960-cı ildən inkişaf etməyə başlayıb.[1] 2015-ci ildə Azərbaycan millisi dünya reytinqində 82-ci yerdə qərarlaşıb.[1]
1974-cü ildə Badminton üzrə SSRİ çempionatı Bakıda keçirilmişdir.[2]
Bakıda keçirilən 2015 Avropa Oyunlarının proqramına daxil edilən badminton yarışlarında 31 ölkədən 160 atlet 5 komplekt medal uğrunda mübarizə aparır.[1] Azərbaycan bu yarışlarda 2 idmançı - Orxan Qələndərov və Kənan Rzayevlə təmsil olunur.[1]